Ardını oxu...
Çinin iki əyalətində təhlükəli "LayV" virusu aşkarlanıb.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada virusun Henan və Şandun bölgələrində 35 nəfərdə aşkar edildiyi bildirilib.

İddialarda virusun heyvandan insana keçdiyi deyilir. Zhu Feng adlı çinli həkim bu faktı təsdiqləyib. Yeni virus haqqında danışan mütəxəssis xəstəliyin siçan kimi canlılar tərəfindən insanlara keçdiyini açıqlayıb.

O, bəzi xəstələrdə simptomların ağır olduğunu söyləyib: "Bütün xəstələr yüksək hərarət şikayəti ilə xəstəxanaya gəlib. Əksəriyyətində öskürək və halsızlıq var, lakin bəzilərində pnevmoniya və trombosit sayının azalması kimi ciddi simptomlar müşahidə edirik".

Həkimin sözlərinə görə, virusun niyə heyvandan insana keçdiyi bilinmir. Araşdırmalar davam edir. Tədqiqat zamanı 262 kəpənəkdən 71-də Lanqa virusuna rast gəlinib.

Məlumata görə, siçanlarla yanaşı, virus it, kəpənək və keçilərdə də aşkar edilib. Xəstələrdə ilk günlər yüngül simptomlar müşahidə olunur.

Xəstəliyin əsas əlamətləri zəiflik, öskürək, iştahsızlıq, yüksək hərarət, ürəkbulanma və əzələ ağrısıdır.

Maraqlıdır, bu xəstəlik koronavirus kimi yayıla və ölkəmizdə də görülə bilərmi? Dia.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, bu tip virusların ciddi təhlükəsi olmur:

"Yeni virus yayılanda öncə onun iş qabiliyyəti öyrənilir, nələr törədəcəyi araşdırılır. Çox zaman bu tip virusların ciddi təhlükəsi olmur. Yəni orqanizmə dərin ziyan vurmur, bədəni narahat etmir. Hər bir virusun özünə uyğun fəaliyyəti var.

Məsələn, yeni yaranan virusları koronavirusla müqayisə etmək doğru olmazdı. Yox, əgər bu virusun çox sayda mutasiyaları yaranarsa, o zaman bu artıq təhlükəli ola bilər. Gələcəkdə daha da yayılıb yayılmamasını isə heç kim deyə bilməz. Bunu zaman göstərir. Amma hazırda onun barədə olan məlumat belədir ki, təhlükə gözlənilmir. Ümumi yüngül müalicəylə sağalcaq virusdur. Bu kimi çox virus yayılır, önəmlisi budur ki, müalicəsi mümkün olsun".
0
 
 
Ardını oxu...
Alimlər yağış suyundan istifadəni, hətta yağış altında dayanmağı tövsiyə etmir.

İsveçin Stokholm universitetinin alimləri dünyanın müxtəlif ərazilərindən yağış sularını test ediblər.
Onlar yağış suyunda PFAS adlı toksinləri təhlil ediblər.
Bu maddə süni və çox toksiki kimyəvi maddədir, Yerin atmosfer qatında yığılıb yayılır. Ona görə yağış yağdıqda bu toksiki maddələri aşağı endirir.
Elmi portal EurekAlert xəbər verir ki, getdikcə bu maddənin yağış sularında toplanması artır və təhlükəli həddi keçir.
ALimlər ona görə PFAS-dan ehtiyat edir ki, o dölün inkişafını saxlayır, xərçəngə səbəb olur, immun sistemdə problemlər yaradır.
Baxmayaraq ki, Avropa artıq bu maddənin istehsalatda istifadəsini dayandırıb, o hələ uzun illər ətraf mühitdə dövr edəcək.
Ona görə alimlər yağış suyunu heç bir məqsədlə istifadə etməməyi tövsiyə edir.
 
Ardını oxu...
Göygöldə zəhərlənmə faktı qeydə alınıb

Azərbaycanda başlarına bit dərmanı vuran qızlar zəhərləndi - Vəziyyətləri ağırdır
Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.

2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər. (Milli.az)
 
 

Ardını oxu...
Təzə tərəvəzlərin, quru meyvələrin və bitki çaylarının müntəzəm istehlakı hipertoniya ilə mübarizəyə kömək edə bilər.

Bu barədə Rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Qinzburq bildirib.

Onun sözlərinə görə, təzyiqi oynayanlar və hipertoniyadan əziyyət çəkən insanlar qida rasionuna maqnezium və kaliumla zəngin qidalar daxil etməli, həddindən artıq duzlu yeməklərdən isə uzaq durmalıdırlar.

“İlk növbədə bitki çaylarına, quru meyvələrə, həmçinin bütün təzə mövsümi giləmeyvə və meyvələrə diqqət yetirilməlidir. Bu, o demək deyil ki, yedinizsə təzyiq dərhal düşəcək, xeyr. Ancaq bu qidalar mütəmadi istehlak edilsə, çox duzlu yeməkdən çəkinilsə hipertoniyanı idarə etmək və tutmaların öhdəsindən gəlmək daha asan olar”, - deyə həkim bildirib.

Qinzburq belə insanlara tez-tez göyərti, xüsusən şüyüd və cəfəri yeməyi tövsiyə edib.

“Bütün yarpaqlı göyərtilər “K” vitamini ilə zəngindir, həmçinin mülayim sidikqovucu təsirə malikdir ki, bu da qan damarlarına yükü azaldır. Çin kələmi, ispanaq, bütün bunlar hipertoniya xəstələrinə vacibdir”, - deyə Qinzburq sözlərini yekunlaşdırıb.

Mənbə: Gazeta.ru
 
Ardını oxu...
Həkimlər indi koronavirus infeksiyasına yoluxma hallarının artmasından deyil, COVID-19-un qrip və ya adenovirusla mümkün birləşməsindən qorxurlar.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Tibb Akademiyasının Davamlı Peşəkar Təhsil Virusologiya kafedrasının müdiri Yelena Malinnikova bildirib. O vurğulayıb ki, bu gün səhiyyə sistemini narahat edən məsələ koronavirusa yoluxma hallarının artması deyil, qarışıq infeksiyaların - COVID-19 və qrip və ya adenovirus və koronavirusun birləşməsinin meydana çıxa bilməsi təhlükəsidir. Mütəxəssisin sözlərinə görə, belə xəstəliklərin qarşısını almağın əsas yolu peyvənddir. "COVID-19-a qarşı gücləndirici peyvənd çox yaxşı nəticələr verir və xəstəliyə dözməyi asanlaşdırır, bəzi hallarda isə, insan bu virusa, hətta yoluxmur",-deyə Malinnikova vurğulayıb.

İnfeksionist əlavə edib ki, hələ may ayında koronavirusa yoluxma hallarının artacağı proqnozlaşdırılmışdı. "Hazırda yeni koronavirus faktiki olaraq hər gün mutasiyaya uğrayır, buna görə də bu virusa yoluxanlar xəstəliyi yüngül keçirirlər",-deyə həkim izah edib. Xatırladaq ki, Hamaley adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq bir müddət əvvəl bildirmişdi ki, "Omikron"un yeni variantlarından qoruyacaq vaksin "Sputnik V" ilə eyni platformada yaradılıb.

Sevinc Tapdıqqızı
 
Ardını oxu...
Rusiya Federasiyasının Dağıstan Respublikasında ictimai yerlərdə maska ​​rejiminə qayıtmaq tövsiyə edilib.

Bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.

“Dağıstandakı operativ qərargah insanların sıx olduğu yerlərdə maska ​​rejiminin tətbiqini tövsiyə edib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl Primorsk vilayətinin hakimiyyəti maska ​​rejimini qismən qaytarmaq qərarına gəlib.

Mənbə: RT
 
 
 
Ardını oxu...
ABŞ-ın məşhur "Johnson & Johnson" firması 2023-cü ildə uşaq pudralarının satışını dayandıracağını elan edib.

Bakupost.az xarici mediaya istinadən bildirir ki, həmin pudraların tərkibində xərçəngə səbəb olan maddələrin olması ittihamları ilə dəfələrlə məhkəməyə verilən şirkət bu addımı atmağa məcbur olub.
Məlumata görə, şirkət bundan sonra qarğıdalı nişastasından hazırlanan yeni uşaq pudraları istehsal edəcək.
Xatırladaq ki, "Johnson & Johnson"un istehsal etdiyi pudraların qadınlarda yumurtalıq xərçənginə səbəb olduğu 2018-ci ildə öz təsdiqini tapıb. Buna görə şirkətin 22 qadına 4,7 milyard dollar təzminat ödəməsinə qərar verilib.
 
 
 
Ardını oxu...
Avstraliya hökuməti 2020-ci ildə ölkə üçün hazırlanan COVID-19 izləmə proqramını ləğv edib.

Bu barədə ölkənin səhiyyə və yaşlılara qayğı naziri Mark Batler bildirib.

Onun sözlərinə görə, əvvəlki Avstraliya hökumətinin 21 milyon Avstraliya dollarından çox (təxminən 25 milyon manatdan çox) xərclədiyi bahalı və səmərəsiz “COVIDSafe” tətbiqini silmək üçün tədbirlər görür.

Qeyd edək ki, tətbiqin virus daşıyıcılarına yaxın olan insanlara yoluxma təhlükəsi barədə tez bir zamanda xəbərdarlıq etməsi planlaşdırılırdı. Bunun yoluxmanın yayılmasının qarşısını əhəmiyyətli dərəcədə almağa kömək edəcəyi düşünülürdü. Mobil cihaza yüklənən proqram fasiləsiz işləməli, yaxınlıqdakı qadcetləri fonda aşkar etməli və əlaqə tarixçəsini qeyd etməli idi.

Qurum rəhbəri vurğulayıb ki, Avstraliya hakimiyyəti tərəfindən 2020-ci il 26 aprel tarixində tətbiqin işə salınmasından bu günədək onun köməyi ilə yalnız iki COVID-19 hadisəsi və yoluxanlarla yaxın əlaqədə olan 17 nəfər aşkar edilib.

“2020-ci ilin aprelindən 2022-ci ilin may ayına qədər 7,9 milyondan çox istifadəçi tətbiqdən istifadə edib, lakin onlardan 800-dən azının məlumatı “Cloud” yaddaşına yükləyib”, - deyə o əlavə edib.
Ardını oxu...
Mənbə: TASS
 
Ardını oxu...
“Gözdə batma və quruluq kompüter ekranı qarşısında işləyən insanlar arasında daha çox yayılıb. Pasiyentlərdən ən çox bununla bağlı şikayətlər daxil olur”.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova nazirliyin rəsmi “Instagram” hesabındakı canlı yayımda danışıb.

Həkim bildirib ki, biz ekrana baxdığımız zaman gözümüzü normadan az qırpırıq:

“Bu hal bir müddət sonra sözügedən xəstəliyə səbəb olur. Qarşısını almaq üçün nəmləndirici damlalardan istifadə edin və gözünüzü tez-tez qırpmağa çalışın.

Əgər işiniz ekran arxasında deyilsə və gözdə batma, quruluq kimi şikayətiniz varsa, o zaman mütləq şəkildə mütəxəssisə müraciət edin.
pressklub
 
 

Ardını oxu...
Son günlər COVİD-19-a yoluxmada dinamika müşahidə olunur. Bu da haqlı olaraq əhali arasında təşviş yaradır. İnsanlar yenidən qapanmaya gediləcəyindən, cəza tədbirlərinin yenidən sərtləşdiriləcəyindən çox narahatdır. Təbii ki, bu cür narahatçılıq və təşvişlər insanları mənfi enrji ilə yükləyir və hətta bir çoxlarını təvişə salır.

Məsələ ilə bağlı tanınmış həkim Aydın Əliyevlə əlaqə saxladıq. O, narahatçılığa heç bir əsas olmadığını bildirdi:

“Hal-hazırda bizim ölkəmizdə “COVİD-19 pandemiyası yoxdur. Bizim ölkəmiz üçün bu pandemiya bitib. TƏBİB gündəlik yoluxma sayını göstərir.

Biz TƏBİB-ə də təklif göndərmişdik ki, artıq bu sayı göstərməyə ehtiyac yoxdur. Artıq karonavirus mutasiyaya uğradığından yoluxanlar xəstəliyi çox yüngül formada keçirir. Biz onlarla xəstənin döş qəfəsinin kompüter tomaqrafiyası və rentgen müayinələrini görmüşük.
Heç birində ağ ciyər zədələnməsi aşkarlanmayıb. Bu xəstəlik artıq bizim bildiyimiz qrip kimi adi formada keçir. Ağırlaşma demək olar ki, yoxdur. İstisna hallarda əvvəldən hansısa xəstəlikdən əziyyət çəkən insanlar yoluxmanı nisbətən ağır keçirdirlər. Bu da təbii haldır”.

Aydın Əliyev təhlükənin arxada qaldığını onunla əsaslandırdı ki, bizim əhalinin böyük əksəriyyəti 3 doza peyvəndi qəbul edib:

“İndiyə qədər təqribən 3 milyon civarında insan bu xəstəliyə yoluxub, sağalıbdır. Beləcə, insanlar təbii immunitet əldə ediblər. Düzdür rəsmi statistika bunun bir milyon olduğunu göstərir. Amma hamımız bilirik ki, ən azından 3 milyondan artıq insan bu xəstəliyə yoluxub. Artıq əhalimizdə kollektiv immunitet formalaşıb. Ən vacibi isə koronavirus mutasiyaya uğrayaraq öldürücülük qabiliyyətini sıfırlayıb. Və yoluxan şəxslərdə ağır keçirmə qorxusu yoxdur”.

Həkim onu da vurğulayıb ki, bu məsələ bizim üçün artıq qeyr-aktualdır:

“Bundan hansısa bir maska geyinmək, qapanmaya getmək məqsədi ilə istifadə etmək yolverilməzdir, absurddur.
Hansısa sərt tədbirlərin görülməsi və insanlara cərimələrin tətbiqi qətiyyən yolverilməzdir. Hazırda ölkəmizdə statistika aparsaq su çiçəyi və digər yoluxucu xəstəliyə yoluxma daha çoxdur, nəinki koronavirusa” - deyərək Aydın Əliyev fikirlərini yekunlaşdırıb.

 
 

Dünyapress TV

Xəbər lenti