Dövlət rəsmilərinin Xocalıya səfəri nəyə işarədir? - “Yaxın vaxtda...”


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağdakı təbii ehtiyatların qanunsuz istismarını araşdırmaq üçün monitorinq qrupu yaradıb. Qrupa “AzerGold” QSC-nin mütəxəssisləri də daxildir.

Monitorinq qrupu 30 ildən sonra ilk dəfə Qarabağın dağlıq hissəsinə keçərək, hazırda Azərbaycan Respublikasının ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb. Dekabrın 3-də keçirilmiş müzakirələr dekabrın 7-də Rusiya sülhməramlılarının Xocalıdakı qərargahında bu kontingentin komandanlığı ilə davam etdirilib.

Görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.

Rəsmi məlumatda görüşün konstruktiv ruhda keçdiyi, aidiyyəti üzrə təmasların davam etdiriləcəyi bildirilib.

Azərbaycanın dövlət rəsmilərinin Xocalıya səfərləri barədə Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bunun müsbət hadisə olduğunu deyib. Xocalının deputatı hesab edir ki, belə səfərlər Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə nəzarətini bərpa etməyə başladığını göstərir:

“Bundan sonra gediş-gəlişlərin, araşdırmaların sayı daha çox olacaq. Müəyyən qədər vaxta ehtiyac var. Bir müddətdən sonra ərazilərimiz tamamilə nəzarətimizə keçəcək. Bu, erməniləri çox narahat edir. Ermənilər anlayırlar ki, həm Azərbaycanın hərbi, həm iqtisadi, həm də beynəlxalq hüquqa əsaslanan haqlı, ədalətli tələbləri, hərəkətləri qarşısında çox acizdirlər. Bu, Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir”.

Bununla belə deputat vurğulayıb ki, səfərlər zamanı Rusiya sülhməramlılarının özbaşınalıqlarına da rast gəlinir:

"Ötən gün azərbaycanlı jurnalistlərin Xocalıya girişinə icazə verilmədi. Necə ola bilər ki, həmin yoldan qeyri-qanuni silahlı birləşmələr, İran və Fransa kimi ölkələrin terror dəstələri gəlib-gedə bilir? Azərbaycana düşmən mövqe tutan dövlətlərin siyasətçiləri gəlirlərsə, biz niyə getməyək? Bu, sülhməramlıların kobud şəkildə qanunlarımızı pozması, ərazi bütövlüyünə hörmətsizliyidir. Qısa vaxtda bunun da qarşısı alınacaq və ərazilərimiz nəzarətə götürüləcək".

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti