Qarabağda yenidən münaqişə yaratma cəhdləri...
Qarabağda separatçı rejimə “humanitar yardım” adı ilə silah daşınması faktı bəllidir: DTX rəsmisinin açıqlaması prosesin davam etdiyini yenidən gündəmə gətirdi;
Hazırda baş verənlər isə prosesin daha da təhlükəli miqyas aldığını göstərir:
- Erməni qoşunların qalıqlarının çıxarılması öhdəliyi icra edilmir və belə görünür ki, xoşluqla icra edilməyəcək də;
- Separatçı-terrorçular davamlı təxribatlar törədir;
- Vardanyan kartı işə düşəndən sonra qondarma “statusdan” daha çox danışmağa başlayıblar;
- Bölgəyə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları bütün bunlara nəinki şərait yaradır, hətta təşkilatçısı rolunda çıxış edir: hərbi yükləri Laçın dəhlizindən keçirir, separatçı-terrorçuların postlar qurmasına şərait yaradır, erməni əhalisinin Bakıya inteqrasiyasının qarşısını bütün yollarla alır;
Zamanın uzanması Azərbaycanın ziyanınadır, çünki geosiyasi şərtlərin dəyişməsi regiondakı proseslərə də təsir edə bilər və bu vəziyyət Bakının müəyyən addımlar atması zərurətini artırır:
- Separatçıların qurduğu hərbi postlarının ləğv edilməsi;
- Qeyri-siyasi və qeyri-hərbi müstəvidə separatçı-terrorçu rejimi erməni əhalisi arasında çətinə sala biləcək addımlar;
- Laçın dəhlizinin qeyri-humanitar məqsədlər üçün istifadə edildiyi faktının aktuallaşdırılması, Moskva qarşısında bu tələblərin qaldırılması və s;
İndiyə qədərki proseslər diplomatiyanın praktiki nəticələrə gətirib çıxarmadığına nümunədir.

***

- Qarabağda (Sarıbaba) son aşkarlanan minalar 2021-ci il Ermənistan istehsalıdır və Laçın dəhlizindən daşınıb;
- Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə edilir;
Rəsmi Bakı xarici işlər naziri Ceyhun Bayramov səviyyəsində məsələni aktuallaşdırır və “bütün lazımi addımlar atılacaq” mesajını verir. Hələki diplomatik müstəvidə...
Azərbaycan məsələni həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşları ilə müzakirə edəcək.
Bu faktlar dəhlizə praktiki nəzarət əsasını yaradır.

Asif Nərimanlı - DİA.AZ

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti