ABŞ-ın və RUSİYANIN SÜLH VARİANTLARI MASADA... -
“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin ABŞ variantını qəbul etmək qərarına gəlib”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı yazıb.

Erməni mediası bildirir ki, baş nazir “Qarabağın muxtariyyət olmadan Azərbaycan ərazisi kimi tanınmasına” razı olacaq.

“Bununla da Nikol Paşinyan Moskva ilə tam qarşıdurmaya getmək niyyətindədir. Nədən ki, Amerika variantının imzalanması Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına gətirəcək”, - yerli mətbuat qeyd edib.

Son vaxtlar xarici mediada bu qəbildən ehtimal və versiyalar çoxalıb. Məlumdur ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının əsas moderatoru Avropa Birliyidir (AB), Brüsseldir. Brüssel sülh prosesini dəstəkləyən ABŞ ilin sonunadək tərəflər arasında sülh müqaviləsinin imzalanmasına çalışır. Hərçənd ABŞ-la AB-nin sülh variantlarının mətnində müəyyən fərqlər olduğu haqda informasiyalar da yayılıb.

Belə ki, iddialara görə, rəsmi Vaşinqton sülh anlaşmasına keçmiş DQMV-nin muxtariyyətinin bərpası haqda bənd salınmasını istəyir. Bunu ermənipərəst konqresmen Frenk Pallone keçən həftə İrəvana elədiyi səfər zamanı söyləmişdi. Lakin onun nə dərədəcə Amerika hökumətinin mövqeyini əks etdirdiyi bilinmir.

Avropa Birliyinin sülh variantında isə status haqda heç nə deyilmir. Amma artıq erməni KİV-i iddia edir ki, “Amerika variantı”nda da muxtariyyət söhbəti yoxdur. Yaxud belə çıxır, ABŞ Brüssel variantını qəbul eləməli olub. Bəs gerçək haradadır, erməni KİV-lərini mötəbər saymaq olarmı?

Bunu da yada salaq ki, Kremlin öz xüsusi nümayəndəsi İqor Xovayev vasitəsilə tərəflərə təqdim elədiyi sülh müqaviləsi variantında uzaq zamanlar üçün də olsa, status məsələsinin nəzərdə tutulduğu haqda Rusiya mediasında yazı dərc olunub. Lakin rəsmi Bakının etirazından sonra Moskvanın status bəndini sülh müqaviləsi mətnindən çıxardığı və ayrıca protokol şəklində təqdim edəcəyi bildirilir.

Sadalanan üç versiyanın hansı birinin həqiqətə yaxın olduğu, tərəflərin hansı varianta üstünlük verəcəyi yəqin ki, ən geci, ilin sonunadək üzə çıxacaq. Çox şey əlbəttə ki, rəsmi İrəvanın, nəhayət, özünü konstruktiv aparıb-aparmayacağından asılı olacaq. Yaxud vasitəçi güclər, özəlliklə AB və ABŞ Ermənistanı buna məcbur eləməlidir.

Çünki İrəvanın öz cığallığını davam eləməsi üçün heç bir bəhanəsi qalmayıb. Əgər o, öz sərhədlərində həqiqətən sakitlik arzulayırsa, müharibə istəmirsə, o zaman sülh çağırışlarına adekvat cavab verməlidir. Məsələni yenə uzatmaq isə yeni müharibəyə tuş gəlmək demək olacaq. O halda, Qərbin Ermənistana hərbi yardım göstərmək üçün motivi, əsası da qalmayacaq. Çünki Azərbaycanın ona təklif elədiyi sülh - ən ədalətli sülhdür...
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti