Ermənilərlə bundan sonra NƏ OLACAQ?
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bir neçə gün əvvəl vəd verdiyi kimi İrəvanda mətbuat konfransı keçirib. Koçaryan hazırkı vəziyyətin Ermənistan və Qarabağ erməniləri üçün ağır olduğunu etiraf edib. Keçmiş prezident onu da bildirib ki, bölgədə Ermənistanın rolu xeyli azalıb. Əsas söz sahibi Türkiyə və Azərbaycandır. Koçaryanın bir başqa etirafı Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bölgədə rolunun və Azərbaycana təsir imkanlarının azalmasıyla bağlıdır. Koçaryan “bəs çıxış yolu nədir” sualına cavab verə bilməyərək, əvvəlcə hakimiyyətə yiyələnməyin vacib olduğunu bildirib.

Ancaq bunun çıxış yol olmadığını Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib. O, Ermənistan üçün çıxış yolunun Qarabağ məsələsinin unudulmasından, o cümlədən Azərbaycan və Türkiyə ilə sülh sazişlərinin imzalanmasından keçdiyini bildirib. Koçaryan Levon Ter-Petrosyanın bu yanaşmasını qəbul etməsə də, hakimiyyətə gəldiyi halda vəziyyətdən çıxış yolunu göstərə bilməyib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğulayıb ki, Koçaryan “itirilmiş torpaqları geri qaytaracağıq” şüarını səsləndirməyə də risk etməyib. Çünki artıq o da anlayır ki, Ermənistan indi o halda deyil ki, Azərbaycana nəsə diktə edə bilsin:

"Koçaryan təklif edib ki, Ermənistan İranla birgə Qərbi Zəngəzurda birgə hərbi təlimlər keçirsin. Onun fikrincə, bu, Azərbaycanın Qərbi Zəngəzur istiqamətində irəliləməsinin qarşısını ala bilər. Qeyd edib ki, Tehran belə təlimlərlə bağlı bir il əvvəl Baş nazir Nikol Paşinyana müraciət edib. Paşinyan isə məsələni uzadıb. Görünür, Paşinyan Vaşinqtonun məsləhəti ilə İranla birgə hərbi təlimlərdən çəkinib. Bəs Koçaryan bunu hardan bilir? Böyük ehtimalla İran emisarları Paşinyandan narazılıqlarını onun əsas rəqiblərindən biri Koçaryana bildiriblər. İrandakı rejim bu saat canının hayındadır, Paşinyan ötən il İranla birgə hərbi təlimə razılaşmayıbsa, hazırda bu, İrəvanın maraqlarına heç uyğun deyil. Ermənistan rəsmiləri hər ay Tehrana deyil, Vaşinqtona səfər edirlər".
Analitik deyib ki, Koçaryan Ermənistan hakimiyyətinin Qarabağdan çəkildiyini və taleyin ümidinə buraxdığını söyləyib: "O hesab edir ki, “Qarabağ” Bakı ilə birbaşa dialoqa çalışmalıdır. Hazırkı şərtlər altında Qarabağın “müstəqllliyinin” mümkünsüzlüyünə işarə edib. Beləliklə, keçmiş "Dağlıq Qarabağ"da separatizmin əsasını qoyanlardan biri, torpaqlarımızın işğalının və azərbaycanlılara qarşı soyqırımların memarı olan şəxs də çarəsiz durumda olduqlarını etiraf edib. O, hakimiyyətin dəyişdirilməsi zərurətini vurğulasa da, bölgədə Azərbaycan və Türkiyə amili ilə hesablaşmaq məcburiyyətində qaldığını söyləyib. Levon Ter-Petrosyan da eynisini demişdi".

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti