b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_d268d7bf0bb11cfb56d73dae45f9e998.jpg
  

Deputat: “Prezidentin Çinə səfərində əsas müzakirə bu qlobal logistika layihəsi olacaq”

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaon Bakıya səfərində dövlət başçısı İlham Əliyevlə görüşüb. Prezident ölkələr arasında münasibətlərin yaxşı inkişaf dinamikasının olduğunu və bir çox sahələri əhatə etdiyini deyib. Dövlət başçısı vurğulayıb ki, ötən il Çin lideri Si Cinpinlə görüşünün nəticələrinə əsasən qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dostluq, tərəfdaşlıq və əməkdaşlığımızın nümayişi olmaqla, qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksəldib.

Baş nazir Əli Əsədovla görüşdə isə Orta Dəhlizin bütövlükdə Avrasiya, o cümlədən Cənubi Qafqaz ölkələri üçün əhəmiyyəti qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının Orta Dəhlizin inkişafına təkan verəcəyi vurğulanıb. “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Lyu Cyançao Prezident İlham Əliyevin aprel ayında Çinə səfər edəcəyini bildirib.

Bəllidir ki, Zəngəzur dəhlizinin açılması Çinin Avropa bazarına çıxması üçün yeni vasitədir. Çünki Rusiya ilə olan problemlərə görə, Şimal Dəhlizi effektivliyini itirib.

Deputat Aydın Hüseynov sosial şəbəkədə gülüş hədəfinə çevrildi - FOTO

Aydın Hüseynov 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Çin arasında dostluğun kökü tarixi İpək Yolundan başlayır: “Azərbaycan Çinin müəllifi olduğu ”Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı Azərbaycan və Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda söz sahibi olan lider dövlət, Çin isə Asiyanın və dünyanın iqtisadi güc mərkəzlərindən biridir. Siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi amillər və digər mühüm faktorlar hər iki ölkəni bir sıra ortaq baxış və strateji maraqlar bucağında tamamlayır. Prezident İlham Əliyevin ötən illərdə Çinə səfərləri ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinə səbəb olub".

A.Hüseynov qeyd etdi ki, BMT-nin beş daimi üzvündən biri olan Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyib, hazırda azad olunmuş torpaqlarda ən çox fəallıq edən investorlar arasında bu ölkənin şirkətləri xüsusi yer tutur. Deputat onu da bildirdi ki, siyasi təmasların möhkəmlənməsində hakim partiyaların da rolu xüsusi əhəmiyyət kəsb edir: “Yeni Azərbaycan Partiyası Çin Kommunist Partiyası ilə dostluq münasibətləri saxlayır. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun ölkəmizə səfəri və Prezidenti İlham Əliyev tərəfindən qəbul ediıməsi, habelə YAP-da geniş görüşlərin keçirilməsi ölkələrimiz arasında dostluq münasibətlərinin gələcəkdə də möhkəmlənməsi işinə xidmət edəcək”. A.Hüseynov əlavə etdi ki, Çin Zəngəzur dəhlizini dəstəkləyir və bu dəhlizi Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa magistral hesab edir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti