Sülh, yoxsa gərginlik - Paşinyanın təklifləri Bakıya nə deyir?
Ekspert: “Əliyev, deyəsən, hamının payını verib”
Baş nazir Nikol Paşinyan bir neçə gün öncə Facebook səhifəsində paylaşım edərək Ermənistanın Azərbaycana təqdim etdiyi təkliflərə dair bəzi detalları açıqlayıb. Təkliflərin əsas məqamları belədir:

1. Qərbi Azərbaycan anlayışı:
Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Qərbi Azərbaycanın tərkib hissəsidir. Bu siyahıdan kənar Qərbi Azərbaycan anlayışı mövcud deyil və ola da bilməz. Əgər əlavə axtarış aparmaq istəyənlər varsa, Naxçıvanı Qərbi Azərbaycanın bir hissəsi hesab edə bilərlər.

2. Qərbi Ermənistan anlayışı:
Armavir, Talin və Maralik Qərbi Ermənistanın tərkib hissəsidir. Bu siyahıdan kənar Qərbi Ermənistan anlayışı mövcud deyil və ola da bilməz.

3. Şərqi Ermənistan anlayışı:
İcevan, Berd, Çəmbərək, Vardenis, Cermuk, Gorus, Qapan, Nerkin Hand və Nrnadzor Şərqi Ermənistanın tərkib hissəsidir. Bu siyahıdan kənar Şərqi Ermənistan anlayışı mövcud deyil və ola da bilməz.

4. Qaçqınlar məsələsi və Qərbi Azərbaycan ritorikası:
Azərbaycan “Qərbi Azərbaycan” ritorikası altında Ermənistanın qaçqınlar məsələsini müzakirə etməsini tələb edir. Lakin bu ifadə Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaq və ərazi iddiaları irəli sürmək məqsədilə istifadə olunur. Bu məsələni müzakirə etmək üçün Azərbaycan “Qərbi Azərbaycan” ritorikasından imtina etməlidir.

5. Ermənistanın müdafiə hüququ:
Ermənistanın müdafiə qabiliyyətinə malik orduya sahib olmaq hüququnu şübhə altına alan Azərbaycan, Ermənistana cəzasız təcavüz etmək üçün zəmin yaradır.

Ermənistanın təqdim etdiyi sülh təklifləri:

Ermənistan regionda uzunmüddətli sabitlik və sülh üçün konkret təkliflər irəli sürüb:

Yəni, Nikol Paşinyanın artıq hətta Bakının təklifinə razılaşdığını və Minsk Qrupunun buraxılmasına razılıq verdiyini vurğulayır.

Azərbaycan tərəfi bu təklifləri necə qiymətləndirə bilər? Təkliflər məzmun baxımından konstruktiv görünsə də, Bakıya bu maddələrin hamısını qəbul etməyə nə mane olur? Səbəblər nədir?

Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, Azadlıq Radiosunun jurnalisti Vadim Dubnov (Praqa) məsələ bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

“Bakı əlindəki kartlarda elə bir fleş-royal (pokerdə ən yaxşı kombinasiya – red.) yığıb ki, onun istifadəsiz qalmasına imkan verə bilməz”, - o deyir, - “Bu, məntiqlidir, çünki belə kozır dəsti həqiqətən istifadə olunmalıdır. İndi ortaya Tramp Panama və Qrenlandiya problemləri ilə çıxıb, ortada Azərbaycan təyyarəsinin qəzaya uğraması var. Bu qəzadan sonra Əliyev Putinlə elə tonda danışır ki, o, Ermənistan, yaxud başqası ilə fərqli tonda danışsaydı, qəribə olardı. O, İran haqqında da gözlənilmədən sərt tonlarda danışıb. Və ümumiyyətlə, deyəsən, hamının payını verib”.

O hesab edir ki, bu, təkcə Ermənistanla sərt tonda danışıq deyil, geniş arealda özünütəsdiq aktıdır.

“Ancaq Ermənistanla bağlı bu, həqiqətən də çox vacibdir. Çünki özündə müəyyən risklər daşıyır, çünki indi (və burada Paşinyanla razılaşmamaq çətindir) mümkün eskalasiya qanuniləşdirilir. Yəni, bu o demək deyil ki, sabah Əliyev Ermənistanda “faşizmi” məhv etməyə başlayacaq. Lakin bu o deməkdir ki, sərhəd və ya təmas xəttinin harasındasa eskalasiya və ya kəskinləşmə ehtimalı artır, çünki delimitasiya hər yerdə həyata keçirilməyib. Və bu mənada, təbii ki, Paşinyan bəzi variantlar tapmalıdır.

Paşinyan isə eskalasiyadan kifayət qədər qaçır, çünki bu, onun taktikasıdır. Ona təkcə Azərbaycanla deyil, həm də öz müxalifəti ilə mübarizə aparmaq lazım gəlir. O, kifayət qədər dar dəhlizdə manevr etməli olur. Onun bunu öhdəsindən ustalıqla gəldiyini söyləmək mümkün deyil, çünki ölkə daxilində hücuma məruz qalır. Üstəlik, Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışının dərc olunması ilə bağlı çox qəribə hadisə Qərbi Azərbaycan məsələsində yeni vəziyyət yarada bilər”, - ekspert etiraf edib.

O qeyd edir ki, Əliyev də bəyanatında buna cəhdi edib. “Düşünürəm ki, harada və nədə güzəştə getmək mümkün olsa, Paşinyan bunu edəcək. Bu, siyasi baxımdan onun üçün cəzasız qala biləcək güzəştlərdir. Məsələn, ATƏT-in Minsk qrupunun buraxılması. Əslində, daha heç kim Minsk Qrupundan möhkəm yapışmır. Bu, çoxdan keçmiş və bir də geri dönməyəcək zamanların simvoludur. Və tamamilə mümkündür ki, burada tərəflər hansısa kompromis əldə edə bilərlər.

Artıq sərhədin delimitasiyası olan ərazilərdən avropalı müşahidəçilərin çıxarılması da kifayət qədər məntiqlidir. Məncə, burada da ümumi dil tapmaq mümkündür.

Qalan hər şey isə əslində, Paşinyanın bütün əvvəlki mövqelərini təkrarlayır. Ümumiyyətlə, hesab edirəm ki, bunlar sülh müqaviləsinin erməni variantında var.

Ümumilikdə götürəndə, bütün bunlar “sülh müharibədən yaxşıdır” modelinə uyğun gəlir. Bu da yəqin, çoxdan razılaşdırılıb və mübahisələrə səbəb olmur. Yəni, bu məqamlar çox aktual və çox da sensasiyalı deyil.

Amma Bakının İrəvanı yenidən özünü müdafiə etməyə məcbur etməsinə və Paşinyanı yenidən gərgin, daxili siyasi münasibətlərdə parçalanma vəziyyətinə salmasına gəlincə, bu, doğrudur və burada Paşinyan ilin əvvəlindən çox böyük çətinliklərlə üzləşəcək”, - deyə Dubnov vurğulayıb.

Rauf Orucov
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti