Ardını oxu...
Ağstafa rayonunda 1991-ci il təvəllüdlü İlkin yetkinlik yaşına çatmayan Lalə (adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini İlkin Göygöl rayonunda yaşayan yetkinlik yaşına çatmamış tanışı Laləni Ağstafa şəhərində kafelərdən birinə aparıb və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən İlkinin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, onun Lalə ilə əlaqəsi olmayıb, aralarında heç nə baş verməyib: "Laləni ilk dəfə Ağstafada restoranda tanışım Nəsimi adlı şəxsin vasitəsilə tanımışam. Ağstafa şəhərinə gəzmək məqsədi ilə getmişdim. Burada Elmar, Aqil və Valeh adlı tanışlarımla görüşmüşəm. Bir neçə gün hoteldə qaldım. Mən Ağstafa şəhərinə gəldikdən bir gün sonra Nəsimi də ora gəldi. Daha sonra Lalə Nəsiminin yanına gəldi. Ağstafada restoranda olarkən mənim Nəsimi ilə sözüm çəpləşdi. Aramızda mübahisə baş verdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, Lalə və Nəsimi birlikdə əyləşdikləri stoldan duraraq gediblər: "Səhərisi Gəncə şəhərinə getmək üçün taksi sifariş verdim. Nəsimiyə zəng edərək onların da gedib-getməyəcəyini soruşdum. Nəsimi razılıq verdikdən sonra Ağstafa şəhərində yerləşən "Dərya" marketin yaxınlığından maşına əyləşərək getdik. Tovuz şəhərində hoteldə Nəsimi və Laləni düşürdük. Təxminən gecə saat 3 radələrində mən Nəsimiyə zəng etdim. Telefonu Lalə açaraq Nəsiminin hamamda çimdiyini bildirdi. Nəsimiyə zəng etməkdə məqsədim həmin günün sabahı Qazax rayonuna qayıdacağım, onların da gedib-getməyəcəyini bilmək idi. Nəsimi zəng edərək onları da götürməyimi istədi. Mən də taksi ilə Gəncədən gələrkən Nəsimi və Laləni də götürüb Ağstafa şəhərinə qayıtdıq".

İlkinin ifadəsinə görə, aprelin 22-də hoteldə qalıb: "Saat 21:00-dan 00:30-dək olan müddət ərzində Qazax şəhərində yerləşən "Damcılı" restoranında dostum Elmarla birlikdə olmuşam. Lalə ilə hoteldə gecə qalmamışam. Qeyd olunan gecəni Lalə Nəsimi ilə bir yerdə hoteldə qalıblar. Mən Lalə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Lalənin sözlərinə görə, Göygöl şəhərində yaşayır:

"Hadisədən əvvəl 9-cu sinfin attestatına şəkil çəkdirməli olduğum üçün evdən çıxdım. Tural adlı tanışıma zəng edərək evdən çıxdığımı, mənə qalmağa yer lazım olduğunu bildirdim. Tural mənə mərkəzi poçtun qabağına gəlməyi tapşırdı, 15 dəqiqəyə orada olacağını dedi. Tural mənimlə görüşdükdə xalası oğlu İlkini mənimlə tanış edəcəyini, Ağstafa şəhərinə onun yanına gedəcəyimizi bildirdi. Mən də razılaşdım".

Zərərçəkmiş qeyd edib ki, daha sonra Tural onu aprelin 22-də taksi ilə Ağstafa şəhərinə yola salıb: "Ağstafa şəhərində, qırmızı rəngli yanacaqdoldurma məntəqəsinin yaxınlığında İlkin Gürcüstan nömrəli avtomobillə məni qarşıladı. Məni kafeyə apardı. Orada əvvəlcə İlkinlə məndən başqa heç kəs olmayıb. Daha sonra Nəsimi adlı bir şəxs gəldi, biz birlikdə yemək yedik. Arada oradan çıxıb geri qayıtdıq. Kafedə olarkən mən İlkinə dedim ki, Tural sizin mənə iş tapacağınızı söyləmişdi. İlkin mənə iş tapacaqlarını dedi, ev tapılana kimi bir gün hoteldə qalmağı təklif etdi. Kərim adlı polis əməkdaşı İlkinlə məni avtomobilində hotelə apardı. İlkin məndən otaqda tək qalıb-qalmamağımı soruşdu. Mən tək qalacağımı bildirdim. İlkin mənə bu ərazidə narkomanların və oğruların çox olduğunu dedi, onunla birlikdə qalmalı olacağımı söylədi. Mən də onunla razılaşdım".

Lalənin ifadəsinə görə, həmin gün saat 21 radələrində İlkinlə öz razılığı əsasında bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olublar: "İlkin mənə cinsi əlaqədə olmağımız barədə heç kimə danışmamağı tapşırdı. Gecəni birlikdə orada qaldıq. Növbəti gün mən Nəsimiyə İlkinlə cinsi əlaqədə olduğumu dedim. İlkinlə barışmamışam, ondan şikayətçiyəm".

İş üzrə hotelin sahibi də ifadə verib. O, ifadəsində göstərib ki, aprelin 22-də dostları ilə balıq tutmağa gedib və dostuna onun yerinə kafedə durmasını xahiş edib:

"Saat 21-22 radələrində kafeyə qayıtdıqda dostum mənə bir polis əməkdaşının gəldiyini, qonaqlarının bir gün qalmaları üçün otaq verilməsini xahiş etdiyini bildirdi. Mən də razılaşıb həmin şəxslərə istirahət otağını verdim. Bir neçə gün sonra polis əməkdaşları tanımadığım bir qızla kafemə gəldi. Qıza məni tanıyıb-tanımaması, görüb-görməməsi barədə sual verdilər. Qız məni tanımadığını bildirdi. Sonra məni Ağstafa Rayon Polis Şöbəsinə dəvət etdilər. Polis şöbəsində olarkən mən baş vermiş hadisə barədə eşitdim".

Bu cinayət işinə Ağstafa Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlkin 1 il 1 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Ardını oxu...
   

Sumqayıtda 29 yaşlı qadın qaynının həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.//Report

Ardını oxu...
Məcburi hicab qaydalarının tətbiqinə etiraz əlaməti olaraq universitetin həyətində paltarlarını soyunan tələbə qız psixiartiya xəstəxanasına köçürülüb.
Bakupost.az xəbər verir ki, bu barədə Məsud Pezeşkian hökumətinin sözçüsü Fatimə Mühacirani məlumat yayıb.
O, həmin qızın univetsitetdən qovulub-qovulmayacağı məsələsinin müzakirə olunmadığını bildirib.
Mühacirani tələbə qızın həyat yoldaşına istinadən onun psixi problemlərinin olduğunu və müalicəsinin vacibliyini iddia edib.
Qeyd edək ki, Tehran Azad Universitetinin Fransız dili və ədəbiyyatı institunun tələbəsi olan Ahu Dəryayi noyabrın 2-də məcburi hicab qaydalarının tətbiqinə etiraz olaraq paltarlarını soyunub və alt paltarı ilə Universitet həyətində gəzməyə başlayıb
 
 
 
Ardını oxu...
Astara rayonunda intihar hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, rayonun Pensər kənd sakini, 2006-cı il təvəllüdlü Əfsanə Yalçın qızı İbadova özünü asaraq həyatına son qoyub.

Onun meyitini yaxınları evdə asılı vəziyyətdə aşkar ediblər.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Ardını oxu...
Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.
TEREF Milli.Az-a istinadən xəbər verir ki, dünyaya qız övladı gətirən qadına həyat yoldaşının etdiyi hədiyyə müzakirələrə səbəb olub.
Belə ki, ər onu sevindirən arvadına övladının çəkisi ağırlığında qızıl hədiyyə etmək qərarına gəlib.

Sözügedən görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Sosial şəbəkələrdə Tehranda motosikletli gənc qızların maraqlı videosu paylaşılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Qeyd edək ki, İranda yol hərəkəti qaydalarına əsasən, qadınların motosiklet sürməsi rəsmən qadağan olsa da, video izləyicilərin diqqətini çəkib.
Ardını oxu...
Elm və Tədqiqat Universitetinin tələbəsi olan qız məcburi hicab bəhanəsilə radikal və yarımhərbi "Bəsic" qüvvələrinin və təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qaldıqdan və paltarı cırıldıqdan sonra bütün paltarlarını çıxararaq Universitetin həyətində oturub.
İran molla rejimi qadınlara qarşı şiddəti davam etdirir. 7-ci əsrin quldarlıq qanunları insanları bezdirib.

 
Ardını oxu...
ABŞ-ın vitse-prezident Kamala Harris noyabrın 5-də keçiriləcək prezident seçkilərində Demokratlar partiyasının namizədidir.

59 yaşlı Harris ABŞ prezidentliyinə ilk qaradərili və asiyalı namizəddir.

Eyni zamanda, qalib gələcəyi təqdirdə Amerikanın ilk qadın prezidenti olacaq.

ABŞ Prezidenti Joe Biden namizədliyini geri götürərək Harris-in namizədliyini dəstəkləyib.

Biden-in 81 yaşı olmasının seçkilərdə partiyaya ziyan vuracağını düşünən bəzi demokratlar seçki kampaniyasına yeni enerji qatmaq üçün Harris-in namizədliyini irəli sürüblər.

Bəs Kamala Harris kimdir?

Kamala Harris siyasətə necə gəlib?
Kamala Harris 2020-ci ilin prezident seçkilərində ABŞ-ın ilk qaradərili və asiyalı qadın vitse-prezidenti kimi tarixə düşüb.

2021-ci ilin noyabrında Biden tibbi müayinədən keçən gün 75 dəqiqə prezident səlahiyyətlərini icra edib.
Ardını oxu...
ŞƏKLİN MƏNBƏYİ,KAMALA HARRIS

Şəklin alt yazısı,Kamala Harris uşaqlıq illərində anası və bacısı Maya ilə birlikdə

Kaliforniyanın Oklend şəhərində doğulmuş Kamala Harris-in anası Hindistanda, atası isə Yamaykada anadan olub.

Harris-in 5 yaşı olanda onlar boşanıblar, Kamalanı anası - xərçəng xəstəlikləri üzrə tədqiqatçı və qeyri-kommersiya təşkilatlarının müdafiəçisi Şyamala Qopalan Harris böyüdüb.

Anasının onu və bacısı Mayanı Oklenddəki qaradərili icmalara inteqrasiya etməyə çalışdığını qeyd edən Harris "The Truths We Hold" adlı avtobioqrafik kitabında belə yazıb: "Anam iki qaradərili qız böyütdüyünü bilirdi. O bizi özünə güvənən və qürurlu qaradərili qadınlar olaraq böyütməkdə qərarlı idi".

Qaradərililərin çox olduğu məktəblər siyahısında birinci olan Hovard Universitetini bitirəndən sonra Harris Cənubi Afrikada irqçilik və ABŞ-da irqi münasibətlər kimi siyasi mövzularla maraqlanmağa başlayıb.
Ardını oxu...
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

O, Kaliforniya Universitetində hüquq təhsili də alıb, vəkil kimi fəaliyyət göstərib. Sonra müxtəlif bölgələrin prokurorluqlarında çalışıb. 2010-cu ildə Kaliforniyanın Baş prokuroru olub.

2016-cı ildə Kaliforniyanın senatoru seçilib.

2020-ci ildə prezidentliyə namizədliyini irəli sürmək üçün kampaniya aparıb, yarış başlayandan az sonra namizədliyini geri götürüb və Joe Biden onu vitse-prezidentliyə namizəd seçib.

Biden Harris-i "ağıllı, sərt, təcrübəli döyüşçü" adlandırıb.

Onlar 2020-ci il seçkilərində Donald Trump-a və onun vitse-prezidentliyə namizədi Mike Pence-ə qalib gəliblər.

Biden-in kampaniyasında arxa planda görünsə də, qaradərili qadınların 90 faizinin onlara səs verməsi faktı deməyə əsas verir ki, Harris-in qaradərili olmasının bu qələbəyə təsiri olub.

Harris vitse-prezident olduğu müddətdə nələr edib?

ABŞ-ın vitse-prezidenti Kamala Harris, eyni zamanda ABŞ Senatının sədridir və hər hansı qanun layihəsiylə bağlı həlledici səsə malikdir.

Harris ABŞ tarixində bu səlahiyyətdən ən çox istifadə edən vitse-prezidentdir - düz 32 dəfə qərarlar onun səsiylə qəbul olunub.

Ali Məhkəmə ölkədə 1973-cü ildən bəri abortları qanuniləşdirən “Rou Ueydə qarşı” qərarını ləğv edəndən sonra Harris qadınların reproduktiv sağlamlıq hüquqlarını müdafiə etmək üçün 2022-ci ildən etibarən, bütün ölkə boyu kampaniya aparıb.

Harris mühacirlərin cənub sərhədindən ölkəyə qeyri-qanuni girişini azaltmağa çalışmayıb.

Vitse-prezident olduğu müddətdə seçicilərin ona etimadı yüksək olmayıb. “FiveThirtyEight” təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların 51 faizi onun fəaliyyətini qənaətbəxş hesab etməyib; Harris-in gördüyü işləri respondentlərin cəmi 37 faizi bəyənib.

ABŞ-da prezident seçkilərini izləyən BBC müxbiri Katty Kay-ın sözlərinə görə, Biden-in ona verdiyi əsas tapşırıq miqrasiyanı məhdudlaşdırmaq olsa da, Harris bu problemi həll edə bilməyib.

ABŞ Nümayəndələr Palatasının 5 demokrat üzvü 81 yaşlı Biden-in televiziyadakı seçki debatlarında rəqibi Donald Trump-a qarşı zəif çıxışını əsas gətirərək prezident seçkilərində namizədliyini geri götürməsi üçün ona açıq çağırış etmişdi.

Biden-i dəstəkləməyə davam etdiyini vurğulayan Kamala Harris həmin günlərdə deyib ki, "Bizim namizədimiz Joe Biden-dir. Biz əvvəl də Trump-ı məğlub etmişik, yenə məğlub edəcəyik. Bu mənim son sözümdür".

Sonra partiyanın bir çox məşhur üzvü Biden-in geri çəkilməsi çağrışına qoşularaq seçkiyə Harrisin qatılmasını təklif etdi. Biden namizədliyini geri götürdüyünü elan edəndən sonra Harris qurultay nümayəndələrinin razılığını alaraq seçkiyə qatıldı.

Son rəy sorğuları Harris-in Trump-a Biden-dən daha yaxşı rəqib ola biləcəyini göstərsə də, vəziyyət kritikdir və onun həlledici üstünlük əldə etmədiyini göstərir.

Harris-in siyasətində əsas xüsusiyyətlər hansılardır?
İqtisadiyyat:

Senator olduğu illərdə Harris ödənişli ailə məzuniyyəti, sosial mənzil, aşağı və orta gəlirli ailələr üçün pulsuz təhsil kimi mütərəqqi təklifləri dəstəkləyib.

Biden-in infrastruktura və yaşıl enerjiyə böyük sərmayələr nəzərdə tutan vacib iqtisadi tənzimləmələrinin qəbul edilməsində rolu olub.

Amma inflyasiya və yüksək faiz dərəcələri vətəndaşları narahat edir. Sorğular göstərir ki, iqtisadiyyat bir çox seçici üçün ən vacib məsələ olaraq qalmaqdadır.

Miqrantlar:

Harris-in mühacir məsələsinə münasibəti əvvəlkinə nisbətən xeyli dəyişib. 2020-ci il seçkilərində demokratların prezidentliyə namizədi olmaq üçün kampaniya aparanda Harris mühacirlərin qaldığı mərkəzləri bağlamağı vəd etmişdi.

İndi isə o, prezident seçiləcəyi təqdirdə “sərhəd təhlükəsizliyini gücləndirmək üçün hər iki partiyanın dəstəkləyəcəyi həll yollarına” sadiq qalacağını deyir.

Ukraynaya yardım və NATO

Keçən il Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Harris NATO-nu dəstəkləyib, təcrid siyasətini pisləyib.

Rusiyaya qarşı müharibədə Ukraynanı “nə qədər lazımdırsa” dəstəkləməyə söz verib.

Qəzza müharibəsi

Harris uzun müddətdir ki, bu konflikin ikidövlətli həllini müdafiə edir.

İsrail-Həmas müharibəsində o, İsraili Biden-dən daha çox tənqid edib.

Harris fələstinlilərin üzləşdiyi humanitar fəlakətdən narahatlığını dilə gətirib və "təcili atəşkəs" tələb edən ilk yüksək vəzifəli administrasiya üzvlərindən biri olub.

Netanyahuya Qəzzadakı itkilərlə bağlı "ciddi narahatlığını" ifadə edib, İsrailin özünümüdafiə tərzinin vacib olduğunu bildirib.

Ağ Evdə Netanyahu ilə görüşəndən sonra deyib: “Bu müharibəni bitirməyin vaxtı çatıb”.

Bununla belə, Harris ABŞ-dakı bəzi solçuların İsrailə silah embarqosu tətbiq etmək tələbini dəstəkləməyib. (BBC)
Ardını oxu...
ABŞ-də prezident seçkilərində səs verən qadınların kəskin fəallığı müşahidə olunub.

İqtisadiyyat.az-ın məlumatına görə, erkən səsvermədə qadınların sayı kişilərdən çoxdur: 58 milyondan çox bülletenin 54%-i qadınlar, 44%-i isə kişilər tərəfindən verilib.

Bu, onu göstərir ki, kişilər seçkilərə qatılmasa, Demokrat Partiyasından namizəd Kamala Harris ABŞ-nin növbəti prezidenti olacaq. Donald Trump tərəfdarları isə buna görə çox narahatdırlar. ABŞ prezident seçkilərinə bir həftə qalmış namizədlər arasında dəstək fərqi xeyli azalıb. Ümumrespublika sorğularına əsasən, Kamala Harris seçicilərin 48%-nin, Donald Trump isə 46%-nin dəstəyini qazanıb.

Qeyd edilir ki, seçkilərin nəticəsi yeddi tərəddüdlü ştatdan çox asılıdır. Bu ştatlardan dördündə – Arizona, Corciya, Nevada və Şimali Karolinada Tramp Harrisin aktiv səylərinə baxmayaraq öndədir. ABŞ prezident seçkiləri 5 noyabr 2024-cü ildə keçiriləcək. Mövcud prezident Co Baydenin Demokrat Partiyasından namizəd olacağı gözlənilirdi. Lakin o, 21 iyulda seçki yarışından çıxdığını və Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb.

ABŞ-də prezident seçkiləri dünya üzrə ən çox izlənilən və ən mürəkkəb seçki proseslərindən biridir. ABŞ seçki sistemi demokratiya və tarixin unikal qarışığını əks etdirir və bir çox yenilikçi xüsusiyyətlərə malikdir. Gəlin, bu maraqlı sistemi detallı və kreativ şəkildə nəzərdən keçirək.

İkili seçki prosesi: Xalq səsi və seçici kollegiyası

ABŞ-də seçkilər iki mərhələli sistem üzərində qurulub: birincisi xalq səsidir, ikincisi isə seçici kollegiyası. Qısaca desək, hər bir ştat öz səsvermə prosesini keçirir və ştatda qalib gələn namizəd həmin ştatın seçici kollegiya səslərini alır. Ölkədə prezident olmaq üçün namizəd 538 kollegiya səslərindən ən azı 270-ni qazanmalıdır. Bu sistemin yaratdığı maraqlı məqam isə odur ki, namizəd xalq səsini qazanmaya bilər, lakin seçici kollegiyasındakı üstünlüyü ilə prezident ola bilər.

Mavi və qırmızı ştatlar

ABŞ-də demək olar ki, ştatlar iki əsas siyasi partiyanın rənglərinə bölünüb: Demokratlar üçün "mavi" və Respublikaçılar üçün "qırmızı". Bununla yanaşı, tərəddüdlü və ya "swing" (dəyişən) ştatlar, məsələn, Florida və Pensilvaniya, hər seçkidə nəticəni dəyişdirə biləcək qədər önəmlidir. Bu ştatlarda bir neçə min səslə qazanılan qələbə, bəzən seçkilərin taleyini müəyyənləşdirir. Maraqlı fakt: Floridanın seçki nəticələri tarix boyu dəfələrlə ümumi seçkilərin nəticələrini təsir edib və hətta seçkilərin taleyini həll edən həlledici amil olub.

Erkən səsvermə: Poçt və onlayn seçimlər

Birləşmiş Ştatlarda seçkilərdə erkən səsvermə prosesi populyarlaşır. Poçt vasitəsilə səsvermə pandemiyadan sonra xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. İndi seçicilər seçki günündən həftələr əvvəl öz səslərini poçtla göndərə və ya seçki məntəqələrinə təhvil verə bilərlər. Maraq doğuran məqam isə odur ki, poçt səsi ilə nəticələr təxirə salınır və bu, seçkilərin nəticələrinin gec açıqlanmasına səbəb ola bilər.

Debatlar və kampaniyalar: Medianın rolu

Ölkədə seçki kampaniyaları öz miqyasına və səs-küylü təşviqat tədbirlərinə görə dünyanın ən diqqətçəkən proseslərindəndir. Televiziya debatları ABŞ seçki mədəniyyətinin ayrılmaz hissəsidir və seçici fikrini dəyişdirmədə çox güclü təsirə malikdir. Namizədlər təkcə rəqiblərini deyil, həm də öz proqramlarını xalq qarşısında müdafiə edərək seçiciləri inandırmağa çalışırlar.

Texnoloji tərəqqi və onlayn təsirlər

Son illərdə sosial media platformaları, xüsusilə Facebook, Twitter və TikTok, seçki prosesinə çox böyük təsir göstərir. Namizədlər bu platformalardan istifadə edərək, seçicilərlə birbaşa ünsiyyətə keçə və öz ismarıclarını daha geniş auditoriyaya çatdıra bilərlər. Məhz bu səbəbdən, ABŞ-də seçkilər sosial medianın gücünün test edildiyi bir arena halına gəlib. Texnoloji yeniliklər nəticəsində onlayn yalan məlumatların yayılması və saxta xəbərlər də bu prosesə təsirsiz ötüşmür.

Seçici aktivliyi və müraciət

ABŞ seçki sistemi seçici iştirakına çox diqqət yetirir. Təşviq kampaniyaları, erkən səsvermə imkanları və seçici qeydiyyatının asanlaşdırılması ilə ABŞ-da seçici aktivliyini artırmaq üçün müxtəlif yollar sınanır. Hər seçkidə, xüsusən gənc və ya əvvəllər səs verməyən seçicilərin aktiv iştirakını təmin etmək üçün ölkə miqyasında təşviqat aparılır.

ABŞ-də seçki prosesi çoxşaxəli və mürəkkəbdir. Bu sistemdə demokratik ənənələr, yeni texnologiyalar və sosial medianın təsirləri bir araya gələrək unikal bir seçki prosesi yaradır. Təkrar-təkrar sübut olunub ki, ABŞ-də hər bir səs dəyərlidir və hər bir fərdi seçici nəticələri dəyişə bilər. ABŞ seçkiləri təkcə ölkənin özündə deyil, həm də qlobal səviyyədə maraqla izlənilir, çünki seçilən prezidentin qərarları dünya siyasətinə təsir edir.

Davud Hüseynli
 

 

ABŞ lideri Co Baydenin bəyanatları Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harrisin məğlubiyyətinə səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Newsweek” jurnalı sosioloq Frank Lansa istinadla yazıb.

Lans Baydenin respublikaçı prezidentliyə namizəd Donald Trampın seçicilərini “zibil” adlandıran bəyanatını şərh edərkən bu qənaətini dilə gətirib.

“Bu, hansısa komediyaçının dəvət edilməli olmadığı mitinqdə axmaq və təhqiredici sözlər danışması deyil. Bu, ABŞ prezidentidir ki, öz vitse-prezidentini dəstəkləyir, nəsə deyir, onun dediklərinin müxtəlif şərhləri olsa da, yenə də yersizdir”, - deyə sosioloqı bildirib.

Lans əlavə edib ki, Tramp hipotetik olaraq 2016 və 2020-ci illərdə demokratlara səs verən, lakin özünü “partiya tərəfindən tərk edilmiş” hiss edən ortayaşlı kişilərdən faydalana bilər.

Bu arada Tramp zibil maşınına minib və beləliklə, Baydenə cavab verib. ABŞ prezidentinin onun yanlış başa düşüldüyünü israr etməsinə baxmayaraq, hətta Harris də amerikalı seçicilərin siyasi baxışlarına və seçimlərinə əsaslanan istənilən tənqidə qarşı çıxıb.

Görünür, buna görə Kamala Harris prezident Baydeni öz seçki kampaniyasına çox da yaxın buraxmır, anlayır ki, qoca Baydenin ehtiyatsız açıqlamaları ona yalnız ziyan gətirəcək.

Musavat.com

 
 
 

Dünyapress TV

Xəbər lenti