Ardını oxu...
Ukraynada azərbaycanlı qadın öldürülüb.

TEREF "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Odessa şəhərində baş verib.

Məlumata görə, avtomobilin atəşə tutulması nəticəsində 40 yaşlı Alena Hacıyeva 4 güllə yarası alıb və bu səbəbdən həlak olub. Onunla birlikdə avtomobildə rəfiqəsinin də öldüyü bildirilir.

Qeyd edək ki, Alena Hacıyevanın Birinci Qarabağ müharibəsində Lənkəran batalyonunun komandiri Cəmil Hacıyevin qızı olduğu bildirilir.
 
Ardını oxu...
Ermənilərin azərbaycanlılara düşmənçilik etməsi yeni məsələ deyil.

TEREF xəbər verir ki, tarixən bu düşmnçilik ermənilər tərəfindən edilib və bu gün də proses davam edir. Bildirək ki, Ermənistan hər nə qədər özünü “tolerant” olduğunu göstərməyə çalışsa da, iki gün öncə Azərbaycan əsilli şəxsi ölkəyə buraxmamaqla əsl mahiyyətini büruzə verib. Belə ki, Gürcüstan vətəndaşı olan Azərbaycan əsilli fəal Samirə Bayramova Varşava-Tbilisi reysi zamanı “Zvartnots” beynəlxalq hava limanına məcburi eniş etdikdən sonra Ermənistan ərazisinə buxarılmayıb. O bildirib ki, bu, onun azərbaycanlı olması ilə bağlı olub. “Mənim milliyyətim azərbaycanlı olduğu üçün Ermənistana buraxılmadım”./Tribunainfo.az/
Ardını oxu...
Dünya Bankı Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması" adlı hesabat hazırlayıb.

Hesabatda bildirilir ki, Azərbaycanın əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddur. Ən kəskin gender fərqi müəyyən sektor və peşələr üzrə müşahidə edilir: qadınlar qeyri-mütənasib olaraq daha az maaş alan sektorlarda və peşələrdə cəmləşiblər.

Həmçinin o da qeyd olunub ki, Konstitusiya gender əsaslı ayrı-seçkiliyi açıq şəkildə qadağan edir, kişilər və qadınlar üçün bərabər hüquq və azadlıqları təsdiq edir, azad peşə seçmək, təhlükəsiz şəraitdə işləmək və heç bir ayrı-seçkilik olmadan əməyinin qarşılığını almaq hüququnu vurğulayır.

Hüquqşünas Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, bu, ənənəvi problemdir və bütün dünya üçün xarakterikdir.

Onun sözlərinə görə, əksər ölkələrdə qadınlar daha az əməkhaqqının olduğu sahələrdə çalışırlar:

“Kişilərin çalışdığı sahələrsə daha ağır işlərdir, buna görə də əməkhaqqı daha yüksəkdir. Beləliklə, kişilərlə qadınların əmək haqları arasında orta hesabla təxminən 30 faiz fərq var. Amma ayrıseçkilik o zaman olur ki, eyni işə görə qadına fərqli əməkhaqqı verilir. Ölkəmizdə isə bu qadağandır. Son illərdə BMT-nin bir neçə orqanının tələbi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə bəzi dəyişikliklər edilib. Qadınlar üçün qadağan olunmuş 650-dən artıq iş yeri var idi.

Hazırda Əmək Məcəlləsinə dəyişiklik edilib və Nazirlər Kabinetinin 170 saylı qərarı ləğv edilib. Qadınlar da ağır əmək şəraiti olan iş yerlərində işləyə bilərlər. Yalnız hamilə və körpə uşağa baxın qadınlar istisnadır. Bu da 240 iş yeridir təxminən. Hamilə və süd verən qadınları bu zaman işəgötürən həmin iş yerində daha yüngül işlə təmin etməlidir. Bu islahatlardan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hədəf qoyub ki, 2030-cu ilə qədər əməkhaqqı arasındakı fərq təxminən 10 faizə endirilsin. Azərbaycan dövləti və ƏƏSMN bu sahədə müvafiq tədbirlər görür”.
Törə Zeynallı
 

     
Ardını oxu...
Manal Əsədin paylaşımı geniş müzakirələrə səbəb olub...

Musavat.com xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsədin qardaşı arvadı Manal Əsəd sosial media hesabında etdiyi paylaşımı ilə diqqət çəkib.

O, Instagram-da Suriya müxalifətinin simvolu olan azad Suriya bayrağını paylaşaraq bunları qeyd edib: “Ailəsini, vətənini satan birinin qəzəbinə rəğmən, yaşasın əbədi və azad Suriya!”

Bu açıqlama həm Suriyadakı daxili siyasi münasibətlər, həm də Əsəd ailəsi daxilində mümkün fikir ayrılıqları ilə bağlı suallar doğurub. Manal Əsədin rejimin simvolik əleyhdarı olan bayrağı paylaşması onun mövqeyinin ailədəki əsas siyasi xətdən fərqli olduğunu göstərir.

Paylaşımın ardınca nə Bəşər Əsəd, nə də ailənin digər üzvləri tərəfindən mövzu ilə bağlı rəsmi açıqlama verilməyib. Bu hadisə Suriyada vətəndaş müharibəsi və siyasi münaqişələr fonunda böyük rezonans yaradıb.

Manal Əsədin bu paylaşımı ictimaiyyət tərəfindən həm tənqidi, həm də dəstəkləyici şərhlərlə qarşılanıb və mövzu ətrafında müzakirələr davam edir.
Ardını oxu...
 
Ardını oxu...
Tələbə qızlar təcrübə keçmək üçün göndərildikləri oteldə təcavüzə məruz qaldılarAntalyada təcrübə keçmək üçün otelə göndərilən 3 tələbə qız otelin aşpazı Necmi K. tərəfindən təcavüzə məruz qalıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Respublika Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

Təcavüzə məruz qaldığı üçün psixoloji müalicə alan qızlardan birinin atası "Əhəmiyyətli heç nə yoxdur, bunlar uşaqdır" şərhinə görə lisseyin direktorunu günahlandırıb.

O: "Qızım 8 dəfə qıcolma keçirib, hazırda psixoloji müalicə alır, dərman qəbul edir. Direktor 'Bunlar uşaqdır, əhəmiyyətli birşey yoxdur" deyərək hadisəni ört-basdır etməyə çalışır. Bu işdə əli olan hər kəsdən şikayətçiyəm" , - deyə ifadə verib.

Faktla bağlı istintaq davam edir.
 
Ardını oxu...
ABŞ-da dərs zamanı sinifə girən yarasa müəllimi dişləyib.

TEREF Sonxeber.az-a istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında müəllim işləyən 60 yaşlı Lea Senenq dərs zamanı pəncərədən içəri girən yarasını çıxarmaq istəyib. Lakin bu zaman yarasa onu dişləyib.

Senenq hadisədən bir neçə həftə sonra vəfat edib. Onun ailəsi və dostları tərəfindən verilən açıqlamada Senenqdə quduzluq əlamətlərinin olmadığı bildirilib.

Səhiyyə rəsmiləri müəllimin hadisədən sonra tibbi yardım alıb-almaması və həmin dövrdəki sağlamlıq durumu ilə bağlı məlumatları araşdırdıqlarını açıqlayıb.

Səlahiyyətlilər həmçinin xatırladıblar ki, peyvənd quduzluq riski olan heyvanlarla təmasdan sonra tez bir zamanda edilməlidir.
 
Ardını oxu...
 

80 yaşlı milyarder Larri Ellisonun 33 yaşlı "gizli" arvadının olduğu üzə çıxıb.

Bu barədə "Daily Best" nəşri yazıb.

Məlumata görə, Miçiqan Universitetinin futbol azarkeşləri milyarderə və onun həyat yoldaşı "Colin"ə açıq şəkildə təşəkkür edərək Ellisonu ələ veriblər. Cütlük ABŞ futbolunun parıldayan ulduzunu komandaya cəlb etməyə kömək edib.

Qeyd edilir ki, milyarderin evliliyi ilə bağlı rəsmi məlumatlar yoxdur. Jurnalistlər aşkar ediblər ki, "Colin" adı altında Miçiqan Universitetinin 33 yaşlı məzunu Kejen Çju gizlənir.

Xatırladaq ki, bundan əvvəl "Forbes"un yazdığına görə, "Oracle" korporasiyasının təsisçilərindən biri və direktorlar şurasının sədri Larri Ellison planetin ən varlı adamları siyahısında ikinci yeri tutub.

206,5 milyard dollar sərvəti ilə Ellison "Amazon"un qurucusu Ceff Bezosu (202,9 dollar) qabaqlayıb. Həmçinin vurğulanır ki, "Oracle" rəhbərinin sərvəti sutkada 8,8 milyard dollar artıb. Reytinqin lideri isə "SpaceX" şirkətinin rəhbəri İlon Mask olaraq qalır. "Forbes" onun sərvətini 250,8 milyard dollar dəyərində qiymətləndirir. (oxu.az)

 
 
 
     
Ardını oxu...
Dünyanın ən yaşlı adamının hər gün yediyi üç yeməkJanna Luiza Kalman yeməkdə iddiasız idi, lakin bir neçə yeməyi çox sevirdi.

Qeydiyyata alınmış uzunömürlülər arasında ən çox yaş 122 il yaşamış (1997-ci ildə vəfat edən) fransalı Janna Luize Kalmanaaiddir. O, 120 yaşına çatan yeganə insan olaraq qalır və onun uzunömürlü olması sirr olaraq qalır.

TEREF Lent.az-a istinadən xəbər verir ki, Kalman rəsmi olaraq tarixin ən yaşlı insanı kimi tanınır. Müsahibədə o, uzun ömür sürməyə töhfə verdiyini söylədiyi üç qidadan bəhs edib.

Şokolad. Kalman hər yeməkdən sonra bir az qara şokolad yemək vərdişini qoruyub saxlayıb. Bəziləri bunu ağılsızlıq hesab edə bilər, bəziləri bunun parlaq seçim olduğunu düşünə bilər.

"Antioxidants & Redox Signaling Journal"da dərc edilən bir araşdırma şokoladın təkcə ürəyə faydalı təsirlərini deyil, həm də immunomodulyator xüsusiyyətləri sayəsində xərçəng və infeksiyalara qarşı mübarizə qabiliyyətini təsdiqləyib. Tərkibində antioksidantlar olan tünd şokolad ümumi sağlamlığı yaxşılaşdırır, metabolik və psixoloji faydalara malikdir.

Zeytun yağı. Bir çox uzunömürlülər "mavi zonalarda" - yüzilliklərin yüksək konsentrasiyası olan bölgələrdə yaşayırlar. Kalman belə bir ərazidə yaşamasa da, pəhrizinə bu həyat tərzinə xas qidalar, o cümlədən zeytun yağı daxil edib. Tək doymamış yağlar, E vitamini və digər qida maddələri pis xolesterini aşağı salmaqla və bədən hüceyrələrini dəstəkləməklə orqanizmə müsbət təsir göstərir. Zeytun yağı çəki nəzarəti, aşağı qan təzyiqi və iltihabı azaltmaqla da əlaqələndirilib.

Qırmızı şərab. Aralıq dənizi pəhrizinin bir hissəsi olan qırmızı şərab ənənəvi olaraq uzunömürlülüklə əlaqələndirilir. "Antioxidants" (Basel) jurnalına görə, ölçülü şəkildə qırmızı şərabın uzunömürlülük genlərinin ifadəsini artırdığı və metabolik sağlamlığı yaxşılaşdırdığı sübut olunub. Tədqiqatlar həmçinin müntəzəm qırmızı şərab istehlakı ilə gözlənilən ömür uzunluğu arasında əlaqə olduğunu göstərir.

Kalman, işdə tam gün keçirməmək imtiyazı ilə stressi minimuma endirərək aktiv hobbilərdən həzz ala bilib. Əsas amil kimi aşağı stress səviyyələri də uzunömürlülük üçün vacib hesab edilir. Kalman həyatını aktiv istirahət, tennis, üzgüçülük, musiqi və velosiped sürməklə keçirib.

Beləliklə, Janna Luiza Kalman tərəfindən seçilən üç qida və həyat tərzi seçimi uzunömürlülük və aktiv həyat tərzinə nail olmaq üçün müxtəlif və orta pəhrizin, fiziki fəaliyyətin və stressin idarə edilməsinin vacibliyini vurğulayır.
 

Ardını oxu...
  

Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.

Hadisə iaşə obyektində qeydə alınıb.

1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib.

Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Ardını oxu...
Bakıda həbs edilən “Moon Kids” uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmova cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

İş üzrə 100-dən çox zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178-ci (qulluq mövqeyindən istifadə etməklə təkrarən vəkülli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

Dünyapress TV

Xəbər lenti