Ardını oxu...
“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik nəzərdə tutulur.

Bu barədə Qanun layihəsi Azərbaycan Milli Məclisinə daxil olub.

Layihədə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 ildən 25 ilə çatdırılması təklif olunur.

Habelə hərbi xidmətdə son yaş həddi də dəyişir. Layihəyə əsasən, “Hərbi xidmət haqqında” Qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edəcəklər:

– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 36,5 yaş;

– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 48 yaş;

Mövcud qanunvercilikdə isə belədir:

– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 37 yaş;

– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş.

Digər tərəfdən minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə, qulluq əlavəsi faizinin də 60-dan 65 faizə qaldırılması təklif edilir.

Müdafiə Nazirliyindən bildirilib ki, ölkənin müdafiə qabiliyyətinin və ordunun daha da güclənməsi məqsədilə hazırlanan yeni islahatlar hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə edilməsinə xidmət edir.

Əlavə olunub ki, azı 17 ili xidmət etmiş hərbçi 25 ilini tamamlayanadək xidmətdən buraxıldığı halda, onun əvvəlki normalara uyğun olaraq 20 ilə görə hərbi qulluqçu kimi pensiya hüququ əldə etməsi, yəni ötən dövrdə qazanılmış pensiya hüquqlarının yeni dəyişikliklər qəbul edildikdən sonra da təmin olunması nəzərdə tutulub.

Vurğulanıb ki, hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin artan təminat xərcliyini almaqda davam etməsinə imkan verməklə yanaşı, eyni zamanda, onların yekunda daha çox pensiya almasına şərait yaradır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov da Turana deyib ki, hərbçilərin xidmət müddətinin bir az artırılması məhz onların sosial təminatın yaxşılaşdırılması məqsədini daşıyır: “Eyni zamanda dəyişikliklər sosial müdafiə xarakterlidir. Hazırda hərbçilərin xidmət həddi 20 il nəzərdə tutulub. Bu şəxslərin peşəsi hərbçidir. Tərxis olunandan sonra o gedib nə işlə məşğul olacaq? Peşəkar hərbçidir bu adam. Məhz ona görə də nəzərdə tutulur ki, onların xidməti 5 il uzadılsın”.

Hərbi ekspert, ehtiyatda zabit Üzeyir Cəfərov isə Azadlıq Radiosuna bildirib ki, pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 5 il artırılması təklifi çox yersizdir: “Bu təklifi verən adamlar sadəcə hərbi sahədən uzaqdır. Deyirlər ki, bundan sonra 25 il 65 faizlə hesablanacaq. Amma bunu deyənlər unudurlar ki, bundan əvvəl də 65 faizlə onsuz da hesablanırdı. İndi guya hərbi qulluqçuların sosial müdafiəsi məsələsini yaxşılaşdırmaq üçün, yaxşı pensiya alsınlar deyə xidmət müddətini uzadırlar. Amma onlar bilirlər ki, xidmət müddətini uzatmaqla insanın fiziki göstəriciləri də get-gedə zəifləyir”.

Ekspertin sözlərinə görə, tibbi cəhətdən sübut olunub ki, insanlar 20 il normal xidmət edə bilərlər: “Adam 5 il artıq xidmət edəcək və bu 5 ilə sağlamlığını daha da bərbad vəziyyətə düşəcək. Sabah da artıq alacağı pulu sağlamlığa sərf etməli olacaq. O qədər həll olunası məsələlər olduğu halda onlar belə dəyişiklik qəbul edirlər. Amma mən təəccüblənmirəm. O həmin deputatlardır ki, bir səsvermə ilə hərbi qulluqçuları əmək pensiyaçılara çeviriblər. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunu ləğv ediblər. Bu, dünyada görünməyən haldır”.

Ü.Cəfərovun fikrincə, qanuna dəyişikliklər qəbul olunarsa orduya həvəs azalacaq bu da böyük ziyan vura bilər.

(Turan)
 
 
 
Ardını oxu...
Ukrayna hökuməti hərbi xidmətə çağırış praktikasını dəyişməyi planlaşdırır və həmin dəyişikliklər bu həftə açıqlanacaq.

“AzPolitika.info” xəbər verir ki, bunu “The Guardian” Ukrayna hakimiyyətindəkiN yüksək vəzifəli mənbələrə istinadla yazıb.

Xəbərdə deyilir ki, hökumət məqsədyönlü və effektiv səfərbərlik üçün peşəkar kommersiya şirkətlərilə əməkdaşlıq edəcək və həmin şirkətlər çağırışçıların konkret peşə və bacarıqlarına uyğun şəkildə səfərbərliyə cəlb edilməsini təmin edəcəklər. Nəticədə çağırışçılar öz bacarıqlarına uyğun xidmət sahələrini seçə biləcəklər.

Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov isə bildirib ki, hökumət Ukraynanın iki ən böyük işə götürmə şirkəti ilə işləyəcək. Bu, xüsusi bacarıqlara malik insanları müəyyən etməyə şərait yaracaq: "Səfərbərlik daha çevik olacaq, tələb olunan ixtisaslar açıqlanacaq, konkret vəzifə üçün yerlər elan olunacaq”.

Qeyd edək ki, ötən həftə Danilov xidmət müddəti başa çatmış çağırışçıların yaxın vaxtlarda tərxis olunacağını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Müdafiə naziri Rustem Umerova, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnıya və nazirliklərə gələn həftəyə qədər hərbçilərin səfərbər edilməsi üçün kompleks plan hazırlamağı tapşırıb.
 

Ardını oxu...
Rus ordusunda qadınlardan ibarət “Hispaniola” adlı muzdlu batalyon yaradılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Mühüm hekayələr” nəşri məlumat yayıb.

Məlumata görə, batalyondakı qadınlar snayper, tibb, rabitə və elektron döyüş bölmələri üzrə təlim keçirlər.

Qeyd olunur ki, ilkin müqavilə 6 ay olur və bu müddət ərzində qadınlara 110-120 min rubl (təxminən 2300 manat) aralığında ödəniş edilir.

Daha sonra həmin qadınlar döyüş bölgəsinə göndərilir və bu zaman maaş ikiqat artır. Döyüş zamanı yaralanan qadınlara 1 milyondan 3 milyon rubla qədər, həlak olanların yaxınlarına isə 5 milyon rubl ödəniş ediləcəyi bildirilir.
 
 
 

Ardını oxu...
Fransanın erməni hərbçilərə təlim keçdiyinə dair məlumatlar "hansı ölkəyə hücum hazırlanır” sualını ön plana çıxardı. Bu məlumatı gündəmə gətirən rusiyalı hərbi bloger Anastasiya Kaşevarova erməni hərbçilərin Ukraynada Rusiyaya qarşı döyüşmək üçün hazırlandığını iddia edir. Lakin bu iddia bir qədər real görünmür.

Birincisi, Ukrayna cəbhəsinə ən az muzdlu döyüşçü göndərən ölkələrdən biri Fransadır;

İkincisi, Fransa hazırda Rusiyaya qarşı cəbhə almış kimi görünsə də, müharibənin əvvəlindən Moskva ilə anlaşmaqdan yanadır və Ukraynaya verdiyi dəstək daha çox "məcburiyyət” kimi görünür;

Üçüncüsü, Cənubi Qafqazda baş verənlər, Fransanın maraqları və gözlənilən mümkün ssenarilər fonunda erməni hərbçilərin məhz bu bölgədəki planlar üçün hazırlandığı ehtimalını gücləndirir;

Anastasiya Kaşevarovanın "Rusiyaya qarşı döyüşmək” fikirləri daha çox ictimai rəyi yönləndirməyə hesablanmış ola bilər, xüsusilə Moskva-İrəvan xəttində çatların dərinləşdiyi vaxt rus ekspert cameəsindən belə mövqelərin sərgilənməsi intensivləşib. Lakin rusiyalı blogerin Fransanın erməni hərbçilərə təlim keçdiyi haqda dediklərində həqiqət payı böyükdür. Kaşevarova bildirir ki, erməni hərbçilər Fransada yeddi təlim mərkəzində hazırlanır.

"Fontevrault L'Abbed” təlim mərləzi, Mayi-le-Kan ərazisindəki "CENTAC - Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və "CES - Center d'entrainement des post de” təlim mərkəzi erməni hərbçilərin hazırlandığı düşərgələrdir”, - rusiyalı jurnalist düşərgələrin konkret adını da çəkir. Əlavə edir ki, təlim görən erməni hərbçilər arasında könüllülər də var, əsasən də "artsax”dan (Qarabağdan) gələn gənclər bura cəlb olunurlar.

Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq güclənib. Hərbi anlaşmalara görə, Fransa Ermənistanı silahlandırır, o cümlədən, ordunun modernləşdirilməsi, təlimlərin keçirilməsi, kadrların hazırlanmasını da həyata keçirəcək. İstisna deyil ki, Fransa düşərgələrində erməni hərbçilərin təlimdən keçməsi bu prosesin tərkib hissəsidir. Qarabağdan olan "könüllü gənclər” isə bölgədən çıxarılan erməni silahlı dəstələrin üzvləri ola bilər. Çünki öz ölkələrinə qayıdan erməni hərbçilərin böyük hissəsi orduda xidmətə götürülmədi, bunun əsas səbəbi Ermənistan ordusunun onları saxlamaq imkanının olmamasıdır. Mümkündür ki, Qarabağdan geri qayıdan erməni hərbçilərin bir qismi Fransadakı təlimlərə göndərilib. Lakin burada sual yaranır: əgər Ermənistan ordusu bu hərbçiləri öz sıralarına daxil etməyibsə, o zaman niyə təlim keçirilir, yaxud onlar nəyə hazırlaşdırılır?

Bu sualın cavabını Fransanın Cənubi Qafqazda hazırladığı ssenarilərdə axtarmaq lazımdır. Rəsmi Parisin bölgədə İrəvan üzərindən möhkəmlənmək planı bəllidir və bunun üçün Rusiyanı Ermənistandan çıxarmağa hazırlıq gedir. Rəsmi İrəvana Moskvadan tamamiə imtina etmək üçün bəhanə lazımdır. Bu bəhanənin Azərbaycanla sərhəddə eskalasiyanın yaradılması olacağı gözləntiləri var. Bununla həm öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək, Rusiyadan imtina edə biləcəklər, həm də sülh danışıqlarında mövcud gündəliyi arxa plana keçirib, yeni reallıq yaratmaq istəyəcəklər. Bütün bunlar Fransada təlim keçən erməni hərbçilərin Azərbaycana qarşı hücuma hazırlaşdırıldığı versiyanı önə çıxır. Qarabağdan olan erməni hərbçilərdən ibarət xüsusi təxribat bölməsinin yaradılacağı və hücumda əsasən onlardan istifadə ediləcəyi istisna edilməməlidir.
Ardını oxu...
Ukrayna ordusu Rusiyanın dərinliklərinə dron hücumlarını davam etdirir.

“AzPolitika.info” xəbər verir ki, Rusiya KİV-ində Smolensk Aviasiya Zavoduna PUA hücumu barədə məlumat və görüntülər yayımlanıb.

Məlumatda deyilir ki, zavoda iki dron hücumu həyata keçirilib. Dronlardan biri zavodun sexlərindən birinin damına düşərək partlayıb. Lakin partlayışın ciddi təlafat törətmədiyi bildirilir.

Qeyd edək ki, Smolensk şəhəri Rusiya ilə Belarusun sərhədində yerləşir və oradan Ukraynaya ən yaxın məsafə təxminən 300 kilometrə qədərdir.
https://t.me/azpolitika/20830
 
Ardını oxu...
Pakistan bazar ertəsi ölkənin şimal-qərb bölgəsində hərbi konvoyu hədəf alan intiharçı bomba hücumu nəticəsində iki mülki vətəndaşın öldüyünü təsdiqləyib.

Hərbi qüvvələrin media kanalının bildirdiyinə görə, bazar günü Xayber-Paxtunxva vilayətindəki qarnizon bölgəsi Bannuda törədilən hücum zamanı yeddi mülki şəxs və üç əsgər yaralanıb.

Ordunun bəyanatında "motosikletdə olan intiharçının konvoyun yaxınlığında özünü partlatdığı" bildirilib və əlavə edilib ki, hücumdan sonra "bölgədə digər terrorçuların məhv edilməsi üçün" axtarış əməliyyatı aparılır.

İntiharçının Əfqanıstanın hakim İslamçı Taliban hərəkatının yaxın müttəfiqi kimi tanınan və dövlətə qarşı olan Hafiz Gül Bahadurun silahlı qruplaşması ilə əlaqəli Əfqanıstan vətəndaşı olduğu müəyyən edilib.

Keçən gecə açıqlanan hərbi bəyanatda eləcə də deyilib ki, Əfqanıstan sərhəd yaxınlığındakı Cənubi Vəziristan rayonunda “kəşfiyyata əsaslanan” reyd nəticəsində səkkiz “terrorçu” öldürülüb.

Bazar günü keçirilən reydin hədəfi müntəzəm olaraq təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirən qadağan olunmuş “Tehrik-i-Taliban Pakistan” və ya TTP kimi tanınan qruplaşmanın sığınacağı olub.

Pakistanın bildirdiyinə görə, Əfqanıstandakı sığınacaqlardan fəaliyyət göstərən “Tehrik-i-Taliban Pakistan” və digər qruplaşmaların qaçaq militantları Talibanın iki il əvvəl qonşu ölkədə hakimiyyətə qayıtmasından sonra hücumlarını kəskin şəkildə artırıb.

Rəsmilər eyni zamanda Pakistan Talibanı kimi tanınan“Tehrik-i-Taliban Pakistan”la əməkdaşlıq edən əfqan militantların bu il azı 16 intiharçı hücumu həyata keçirdiyini təsdiqləyib.

Zorakılıqlar Pakistan hökumətini ölkədəki təxminən 1,7 milyon sənədsiz əfqan vətəndaşının deportasiya edilməsi üçün ümummilli kampaniya başlatmağa vadar edib.

Rəsmi məlumatlara görə, basqılar nəticəsində sentyabrın ortalarından bəri 400 minə yaxın insan Əfqanıstana qayıtmağa məcbur olub.
amerikaninsesi
 
 
 
Ardını oxu...
Qəzza zolağında qısa müddətli atəşkəs elan edilsə, əsir dəyişimi həyata keçirilsə də, İsrail tərəfi ərazidə döyüşlərin davam etdiriləcəyini bildirib.

Hər iki tərəf bir-biri üzərində tam qələbə çalmayana kimi müharibənin dayanmayacağını açıqlayıblar. Lakin Yəməndən Hüsulər, Livanda “Hizbullah” qüvvələri tərəfindən mütəmadi şəkildə hava hücumuna məruz qalmasına baxmayaraq, İsrailin HƏMAS-a qarşı döyüşlərdə üstünlük əldə etdiyi, hətta qalib gələcəyi iddia edilir.

Bunu nə dərəcədə reallığa uyğun hesab etmək olar? Ümumiyyətlə, hazırda bütün dünyada əsas müzakirə mövzusu olan bu müharibə necə nəticələnəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli İsrailin döyüşlərin davam etdiyi müddətdə ciddi uğur qazana bilmədiyini deyib:

“Hələ ki, İsrail ordusu Qəzzada aparılan döyüşlərdə ciddi uğur əldə etməyib. Artıq iki həftədir Qəzza zolağına quru qoşunları yeridilib. HƏMAS-ın sıx yerləşdiyi bölgələri – İndoneziya xəstəxanası, Cəbəliyə düşərgəsi və digər əraziləri İsrail tam nəzarətə götürə bilməyib. Gündüz tanklarla hücum edir, gecə isə öz hüdudlarına geri çəkilirlər. İsrail tərəfi öncə kəskin şəkildə danışıqların və atəşkəsin olmayacağını bildirsə də, daha sonra bunların əksini gördük. Atəşkəs razılaşdırıldı, əsirlər dəyişdirildi. Hətta atəşkəs müddətinin uzadılacağı ilə bağlı söhbətlər gəzir”.

Politoloq bildirib ki, atəşkəs müddətinin uzadılmasına çalışılmasında məqsəd başqadır:

“Hələ ki, İsrailin öncəki ritorikasından geri addım atdığını görürük. Hərbi meydanda ciddi üstünlük əldə edilməyib. Müharibənin ilk günlərindən döyüşlərin bir müddət davam edəcəyini və HƏMAS-ın tam məhv olunacağını dedilər. Lakin bunu mümkünsüz hesab edirəm. Qəzza zolağında 1500 tunel var, İsrail bunlardan cəmi 200-nü tuta bilib. Həmçinin oktyabrın 8-dən bu yana 30 min HƏMAS döyüşçüsündən cəmi 500-nü zərərsizləşdirmək mümkün olub. Qeyri-rəsmi məlumatlara görə isə İsrail ordusunun itkisi 1000-dən çoxdur. Qəzzada quru döyüşləri uzanacağı təqdirdə, İsrail məğlubiyyətə məhkum olacaq. Ona görə, danışıqlar və atəşkəs müddətinin uzadıla biləcəyi güman olunur. İsrail ordusunun ciddi üstünlük qazanmayacağı zamanda biz növbəti atəşkəs və əsir dəyişimlərini görə biləcəyik”.
 
Ardını oxu...
Koreya Respublikasının, ABŞ-nin hərbi dəniz qüvvələri və Yaponiyanın özünümüdafiə dəniz qüvvələri Koreya yarımadasından cənubdakı sularda amerikan aviadaşıyıcı “Carl Vinson”un iştirakı ilə üçtərəfli təlim keçiriblər.

Bu barədə “Yonhap” agentliyi cənubi koreyalı hərbçilərə istinadən bildirib.

Manevrlər Çecudo adasından cənub-şərqdə gerçəkləşdirilib. Cənubi Koreya tərəfindən “Aegis” sistemi ilə təchiz edilmiş eskadra mina gəmiləri, Yaponiya tərəfindən “Murasame” tipli eskadra gəmiləri qatılıblar. Qeyd olunub ki, tərəflər başqa şeylərlə yanaşı, hava hücumundan müdafiə üzərində işləyiblər.

“Carl Vinson” aviadaşıyıcısının başçılıq etdiyi ilk aviadaşıyıcı qrup noyabrın 21-də Cənubi Koreyanın Busan şəhərinə çatıb. Şənbə günü Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In ona amerikan gəmilərinin əks olunduğu peyk şəkillərinin göstərildiyi kosmik mərkəzi ziyarət edib. Noyabrın 21-də KXDR ilk kəşfiyyat peyki “Malligön-1”i buraxıb. Peykin buraxılışına cavab olaraq Koreya Respublikası hərbi gərginliyi azaltmaq haqqında Koreyalararası razılaşmanın icrasını qismən dayandırdığını elan edib, KXDR isə bütövlükdə razılaşmaya əməl etmək niyyətində olmadığını açıqlayıb.

Noyabrın 22-də Koreya Respublikasının milli müdafiə naziri Sin Von Sik amerikan aviadaşıyıcını ziyarət edib.
 
Ardını oxu...
HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları İsrail tərəfi atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər ikinci qrup israilli girovların azad edilməsini təxirə salıb.
HƏMAS Siyasi Bürosunun rəhbərinin media üzrə müşaviri Taher əl-Nunu deyib ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasını dəfələrlə pozub.
Onun sözlərinə görə, israillilər yük maşınlarının ölkəyə girişi ilə bağlı müqavilənin müddəalarına da əməl etmirlər.
Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib. (Trend)
 
 
 

       
Ardını oxu...
Rusiyanın Qarabağdakı müvəqqəti kontingenti sentyabrın 20-də ölən rus sülhməramlılarının şərəfinə xatirə abidəsi qoyub.
Modern.az xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.
Xatırladaq ki, kapitan 1-ci dərəcəli Kovqan İ.V., polkovnik Qarayev T.İ., tibb xidməti polkovnik-leytenantı Oleynikov A.V., kapitan-leytenant Qolofast M.V., komandir Şvoren A.P., sıravi əsgər M.B.Dokonov Canyataq kəndində ölüb.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti