Ardını oxu...
Ukraynada müharibə davam edir.

Pubilka.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün paytaxt Kiyevdə hava hücumları daha kəskin formada davam edib:

“Raket hücumları Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən zərərsizləşdirilsə də, şəhərdə bir neçə dəfə partlayış səsi eşidilib. Dağıntılar və tələfatın olduğu bildirilir. Bununla bağlı dəqiq statistika hələ ki, açıqlanmayıb”.

Qeyd edilib ki, son bir ayda Ukraynanın artıq cəbhə və qeyri-cəbhə bölgəsi yoxdur. Bütün şəhərləri, vilayətləri hücumlara məruz qalır:
“Ötən gecə Ukrayna Hava Hücumundan Müdafiə Sistemi Dneprpetrovsk, Poltava və Vinnitsa vilayətlərində 30-a qədər İran istehsalı olan “Şahed-136” və “Şahed-132” tipli dronları məhv edib”.

Bildirilib ki, ölkədə ən çox gərginlik Xerson və Donetsk vilayətlərində müşahidə edilir. Donetsk vilayətinin Avdiyevka şəhərini Ukrayna tam olaraq əldən vermək istəmir, bu səbəbdən müdafiəsi daha güclü təşkil olunub:

“Çünki Avdiyevka əldən gedərsə, Ukrayna Pokrovsk şəhərini itirmək təhlükəsi ilə üzləşə bilər. Bu isə döyüşün Dneprpetrovsk vilayətinə keçməsi və Ukraynanın cənub istiqamətinin müharibə meydanına çevrilməsi deməkdir”.

Ətraflı süjetdə:
 
Ardını oxu...
İsrail Müdafiə Ordusu (SAXAL) son 24 saat ərzində Qəzza zolağında 250-dən çox hədəfə hücum edildiyini açıqlayıb.

Qeyd olunub ki, əməliyyatlar nəticəsində İsrail ərazisinə raket zərbələri endirməyə hazırlaşan bir qrup terrorçu məhv edilib.

Eyni zamanda, SAXAL anklavda həyata keçirilən yeni əməliyyatların görüntülərini yayıb.

 
Ardını oxu...
Amerika Birləşmiş Ştatları yenilənmiş Fələstin Milli Administrasiyası meydana çıxana qədər Qəzza zolağı üçün bir növ müvəqqəti təhlükəsizlik həllini tapmağa çalışır.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.

"Həm Qəzza, həm də İordan çayının qərb sahili üçün uzunmüddətli həll yolunda işləyərkən bir növ müvəqqəti təhlükəsizlik tənzimləməsinin tələb olunduğuna da inanırıq. Və inanırıq ki, Qəzza və İordan çayının qərb sahili siyasi baxımdan birləşməlidir. yenilənmiş Fələstin Milli Administrasiyası”, - Amerika liderinin müşaviri Vaşinqtonda "The Wall Street Journal" tərəfindən təşkil edilən forumda çıxış edərkən deyib .

"Bunlar, cari böhrana, mövcud münaqişəyə həll yolu yaratmaq, həmçinin həm israillilər, həm də fələstinlilər üçün daha sabit gələcək təmin etmək üçün zəruri hesab etdiyimiz elementlərdir", - Sullivan vurğulayıb.
Ardını oxu...
“Hizbullah” şiə təşkilatının silahlı birləşmələri Livanla sərhəddə İsrail hərbçilərinin mövqelərinə hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edib.
APA xəbər verir ki, bu barədə Hizbullah Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“İslam müqaviməti pilotsuz təyyarələri İsrail ordusunun Yaar qəsəbəsindəki qərargahına və hərbi kazarmalarına hücum edərək bütün hədəfləri dəqiqliklə vurub” - bəyanatda qarşı tərəfin sıralarında itkilərin olduğu iddia edilir.

Livanla sərhəddən 2 km aralıda yerləşən Yaarda bu yaxınlarda İsrail qüvvələrinin əməliyyat qərargahı yaradılıb. Al Mayadeen telekanalının məlumatına görə, şiə qırıcıları pilotsuz təyyarənin hücumundan əvvəl İsrailin hava hücumundan müdafiə sistemlərinə müdaxilə ediblər.
 
Ardını oxu...
İsrail-Qəzza münaqişəsində daha iki jurnalist ölüb.

Bu barədə Qəzza hökuməti məlumat yayıb.

İsrail döyüş təyyarələrinin Ed-Derc bölgəsinə hücüumu zamanı qadın jurnalist Ula Atallah ölüb. O, "Anadolu" agentliyinin keçmiş müxbiri olub. Yerli mənbələrdən alınan məlumata görə, Atallahın eyni evdə olan bəzi ailə üzvlərinin də həyatını itirdiyi bildirilib. Fələstin Jurnalistlər Birliyindən verilən açıqlamada İsrailin Xan Yunus şəhərinə endirdiyi hava hücumunda jurnalist Dua əl-Cebburun əri və uşaqları ilə birlikdə həlak olduğu qeyd edilib.

Cebburun yerli "Media Eye Network"də işlədiyi deyilir.

Qeyd edək ki, Qəzzada 7 oktyabrdan bəri ölən media mənsublarının sayı 9-u qadın olmaqla 84-ə yüksəlib.
 
Ardını oxu...
İsrail əsgərləri şiə “Hizbullah” silahlılarının silahlı hücumlarına cavab olaraq Livanın cənubundakı ərazini silahlardan atəşə tutub. 32gun.az bildirir ki, bu barədə Livan Silahlı Qüvvələrinin mətbuat xidmətinin Telegram kanalında məlumat verilib.

Məlumatda bildirilir ki, Ayn İbl sərhəd bölgəsində Livan ordusunun silah anbarı və hərbi tibb mərkəzi atəşə tutulub.

"Binalara ziyan dəyib, binalardan birində yanğın baş verib və o, tezliklə söndürülüb.

Hərbi personal arasında itki olmayıb”.-mətndə qeyd olunub.
Ardını oxu...
Ukraynadakı müharibədə artıq ikinci qış gəlib və ölkə bu qışın ötən ilki kimi çətin keçməməsini təmin etməyə çalışır. Həmin zaman Rusiyanın açdığı atəş elektrik şəbəkəsinə və istilik ötürmə sistemlərinə böyük ziyan vurmuşdu.

2022-ci ildə Rusisiyanın intensiv atəşi nəticəsində Ukraynanın enerji infrastrukturuna ciddi ziyan dəymişdi.

Rəsmilər deyir ki, enerji infrastrukturunun təxminən 50 faizi vurulmuşdu və nəticədə milyonlarla ukraynalı qışın bir hissəsini istiliksiz və elektriksiz keçirmişdi.

Ukraynanın Enerji Sənayesi Araşdırma Mərkəzinin direktoru Oleksandr Harçenko Rusiya qüvvələrinin bu il də hava temperaturunun aşağı düşməsi ilə elektrik şəbəkəsinə və başqa hədəflərə hücumlarını artıracağını gözləyir.

“Düşünürəm ki, [Rusiya qüvvələri] onlar üçün uyğun zamanı gözləyirlər və onlar inanr ki, bu uyğun zaman soyuq havadır. Və onalr hücumlara təkrar başlamaq üçün çox soyuq havanı gözləyirlər,” o deyir.

Harçenko deyir ki, Ukrayna ötən qışdan dərs çıxarıb.

“Biz sağ qaldıq və biz bu aradakı vaxtı, yeddi-səkkiz ayı, sistemimizi bərpa etməyə sərf etdik və diqqəti fiziki mühafizəyə, hava hücumdan müdafiəyə, sistemin insanlara xidmət imkanlarının bərpasına yönəltdik,” Harçenko bildirir.

Ukraynanın ən böyük elektrik istehsalçısı Energoatom-un prezidenti Petro Kotin deyir ki, bu qış ölkə Rusiyanın raket hücumlarına rəğmən tam gücü ilə enerji istehsal etməyə və paylamağa hazırdır.

“Biz doqquz bölmənin hamısının şəbəkədə olmasını gözləyirik və biz bu bölmələrin mühafizəsini artırdıq, fiziki mühafizəni nəzərdə tuturam,” Energoatom-un prezidenti Petro Kotin deyir.

Müharibə zamanındakı təhlükəsizlik məhdudiyətləri səbəbilə rəsmilər bu mühafizə tədbirlərini açıqlaya bilmirlər.

Kotin Amerikanın Səsinə bildirib ki, Ukrayna bu qışın çətinliklərinə qarşı mübarizə aparmaqla yanaşı həmçinin uzun-müddətli enerji təhlükəsizliyi strategiyasını həyata keçirməyə başlayıb.

Ölkə sovet dövründən qalma VVER-440 reaktorları üçün istifadə olunan Rusiyanın nüvə yanacağından asılılığını tamamilə aradan qaldırmaq istəyir.

Sentyabr ayında reaktorardan birinə ilk dəfə olaraq ABŞ-da qərargahanan Westinghouse Elektrik Şirkətinin təchiz etdiyi yanacaq yüklənib. Plan onun yaxın gələcəkdə Rusiya yanacağını tamamilə əvəz etməsidir.

“VVER-440, bu Avropa boyu 16 reaktordur və onların hamısı Rusiya yancağı ilə işləyir///və biz biz bu kiçik VVER-440 reaktorlarına yalnız Venstinqhous yanacağını yükləmək prosesinə başlamışıq,” Petro Kotin deyir.

Ukrayna Rusiyanın enerjisindən asılılıqdan tam şəkildə qurtulmağı hədəfləsə də, hazırda onun əsas narahatlığı, Rusiya kritik infrastrukturu intensiv atəşə tutduğu vaxtda, növbəti qışdan sağ çıxmaqdır.

 
Ardını oxu...
İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının 800-dən çox tunelini aşkarlayıb və onlardan 500-ə yaxınını müxtəlif vasitələrlə məhv ediblər.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti qeyd edib ki, tunellər yaşayış massivlərində, bir çoxu məktəb, uşaq bağçası, məscid və uşaq meydançaları kimi mülki bina və tikililərin yaxınlığında və ya içərisində yerləşiblər.
“IDF əsgərləri bəzi tunellərdə çoxlu silah-sursat aşkar edib və bu, HƏMAS-ın Qəzza zolağında terror fəaliyyətləri üçün qəsdən mülki əhalidən və infrastrukturdan necə istifadə etdiyinə dair əlavə sübutlar üzə çıxarıb”, - deyə ordu əlavə edib.

Mənbə: TASS
Ardını oxu...
İsrail Qəzza diviziyasının komandiri Asəf Hamaminin oktyabrın 7-də öldürüldüyünü açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Həmaminin HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam” Briqadalarının 7 oktyabrda həyata keçirdiyi hücumdan sonra əsir düşən ən yüksək rütbəli İsrail əsgəri olduğu bildirilib.
 

Dünyapress TV

Xəbər lenti