Ardını oxu...
Fələstinin HƏMAS hərəkatının yaraqlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Təl-Əvivə raket zərbəsi endirdiyini açıqlayıb.

Bu barədə qrupun “Telegram” kanalında məlumat yayılıb.

“İzzəddin əl-Qəssam Briqadaları” (fələstinli) mülki əhalinin kütləvi qətliamına cavab olaraq Təl-Əvivə raket zərbəsi endirib”, - deyə məlumatda bildirilir.
 
Ardını oxu...
Yəmənin «Ənsar Allah» üsyançı hərəkatından olan husilər Fələstin-İsrail münaqişəsinin qızışmağa başlamasından bəri Qırmızı dənizdə gəmilərə 100-dən çox hücum həyata keçirib.

Bu barədə Pentaqonun Qırmızı dənizdəki vəziyyətlə bağlı 43 ölkənin nümayəndələrinin iştirak etdiyi onlayn konfransdan sonra dərc olunmuş bəyanatında deyilir.

Məlumata görə, husilər pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə 100-dən çox hücum həyata keçiriblərr. "10 ticarət gəmisinə hücum edilib ki, bu da 35-dən çox ölkəyə təsir göstərib”.

Pentaqon qeyd edib ki, hazırda dünya ticarətinin 10-15%-i Qırmızı dəniz vasitəsilə həyata keçirilir. Beynəlxalq gəmiçilik şirkətləri husilərin atəşə tutması nəticəsində gəmiləri Ümid burnundan keçirərək, neft və qaz da daxil olmaqla əsas malların çatdırılmasına həftələr əlavə etməyə məcbur edilir.

Bazar ertəsi ABŞ müdafiə naziri Lloyd Ostin tərəfindən verilən açıqlamaya görə, ABŞ və bir sıra digər ölkələr husilərin hücumları fonunda naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün Qırmızı dənizdə əməliyyat keçirmək niyyətindədir. Əməliyyatın iştirakçıları arasında Bəhreyn, Böyük Britaniya, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Seyşel adaları və Fransa olmalıdır.

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.
Mənbə: TASS
 
Ardını oxu...
Şərq cəbhəsində vəziyyət ağırdır - Ukraynalı general
Ukrayna Silahlı Qüvvələri (AFU) ölkənin şərqində bir sıra istiqamətlərdə Rusiyanın silah və şəxsi heyət baxımından üstünlüyü səbəbindən çətin vəziyyətə düşüb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski bildirib.
O, Telegram kanalında yazıb: "Vəziyyət çətindir. Biz düşmənin həm silah, həm də şəxsi heyət baxımından üstün olduğu şəraitdə vuruşmalıyıq".

Sırski əlavə edib ki, Ukrayna qoşunları Kupyansk, Artemovsk və Limansk istiqamətlərində, xüsusən Xarkov vilayətinin Sinkovka kəndi ərazisində müdafiəyə keçib.
Çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya qoşunları son 24 saat ərzində Ukrayna ordusunun Kupyansk istiqamətində 8 hücumunu dəf edib və Sinkovka ərazisində Ukrayna Silahlı Qüvvələrinin 115-ci mexanikləşdirilmiş briqadasının bölmələrini darmadağın edib. Nazirliyin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin itkiləri 60-a qədər hərbçi təşkil edib.
Mənbə:TASS
 
Ardını oxu...
Rusiya Ordusu Orexovo vilayətində Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə zəhərli qazla hücum edir, onları səngərdən çıxarmağa çalışır. Son həftələrdə ən azı 9 belə hadisə baş verib.
Onlar xəbər verirlər ki, ruslar zəhərli qazı pilotsuz təyyarələrdən atır.
"Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri bu qazdan kor kimi olur. İki nəfəs dəfə nəfəs almaq kifayətdir ki, artıq zəhərlənəsən və nəfəs ala bilməyəsən". - deyə CNN-ə üçün anonim hərbi həkim deyib.
Onun sözlərinə görə, qaz hücumları nəticəsində artıq bir ukraynalı hərbçi həlak olub. “Rusiya qazı”ndan sağ qurtulan bəzi Ukrayna Silahlı Qüvvələri əsgərləri bunları deyib:
"Əvvəlcə tüstü gördüm. Xəndəkdən qaçdıq, birdən qaz alovlandı. Xəndək alov içində qaldı. Qaz yananda adamı kor edir, nəfəs ala bilmirsən, dərhal boğazına vurur. Bizim bir saniyəmiz belə yox idi”.
İkinci bir əsgər əlavə edib: "İki dəfə nəfəs alırsan, sonra nəfəs ala bilmirsən".
Əsgərlər qazdan boğazlarının və ağızlarının yandığını, üzlərində yanıq və çapıqların qaldığını bildiriblər. Onların dərilərinin təsirlənmiş hissələrində hələ də qırmızı ləkələr var.
Bununla belə, xəsarət alan ukraynalıların fikrincə, Rusiyanın məqsədi Ukrayna Silahlı Qüvvələrini “zəhərləmək” deyil, çaxnaşma yaratmaqdır. Döyüşçüləri qazla səngərlərdən çıxaran düşmən müntəzəm atəşə başlayır və ya dronlardan istifadə edir - bu onun taktikasıdır.
Ukrayna kəşfiyyatının anonim nümayəndəsinin CNN-ə verdiyi məlumata görə, bu cür hücumlarda Rusiya Federasiyası bir növ CS-dən (iritant) istifadə edir. Bu, qıcıqlanmaya səbəb olan zəhərli maddədir. KİV-in məlumatına görə, söhbət insanın müvəqqəti olaraq fəaliyyət qabiliyyətini itirməsinə, onun hiss orqanlarına – göz, burun, ağız, həm də digər mühüm orqanlara – dəri və ağciyər sisteminə təsir edən gözyaşardıcı qazdan gedir.
Mənbə: UNİAN
 
 
 
Ardını oxu...
“Cəbhədəki əsgərləri kimsə əvəz etməlidir...”

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı hesab edir ki, bütün Ukrayna üzrə hərbi komissarların vəzifələrindən azad edilməsi səhv qərar olub.

“AzPolitika.info” xəbər verir ki, V.Zalujnı dekabrın 18-də yerli jurnalistlərə açıqalmasında Ukraynada səfərbərliyin lazım olan səviyyədə keçirilməməsindən narazılığını bildirib: “Səfərbərlik məsələlərinə gəlincə, onu gücləndirmək yox, əvvəlki hədlərə, çərçivəyə qaytarmaq lazımdır”.

General vurğulayıb ki, indi bu, cəbhə xəttində döyüşən əsgərlər üçün problemdir, onları kimsə əvəz etməlidir: "Onu (səfərbərlik prosesini) əvvəllər işlədiyi çərçivəyə qaytarmaq lazımdır".

Regional hərbi komissarların işdən çıxarılmasının səfərbərliyin səmərəliliyinə necə təsir etdiyini soruşduqda, baş komandan “onlar peşəkar idilər, bunu necə edəcəklərini bilirdilər, amma indi onlar yoxdurlar”, - deyə cavab verib.

Xatırladaq ki, Prezident Volodimir Zelenski avqustun 11-də korrupsiya faktları səbəbindən Ukraynadakı bütün hərbi komissarlıq rəislərini işdən azad edib. Onların yerinə isə əsasən cəbhədə döyüşmüş hərbçilər təyin olunub.
 
Ardını oxu...
Yəmən husiləri İsraillə əlaqəsi olduğu iddia edilən iki gəmiyə hücum edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Yəhya Sariya bildirib.

Onun sözlərinə görə, husilər iki təyyarə ilə “Swan Atlantic” neft tankerinə və “Clara” konteyner gəmisinə basqın edib.

Qeyd edək ki, Qəzza zolağında HƏMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.
 
Ardını oxu...
Ukrayna müasir Qərb təyyarələrini, eləcə də Amerika F-16 qırıcılarını alan kimi əsas vəzifəsi rus qoşunlarının aviasiyasını və maddi-texniki təchizatını məhv etmək olacaq.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

"Sabah heç bir əks-hücum olmayacaq. Birincisi, onların vəzifəsi qoşunlarımıza raket və bomba hücumu edənlərlə mübarizə aparmaqdır. İkincisi isə düşmənin maddi-texniki bazasını məhv etmək üçün işğal olunmuş ərazilərin bütün dərinliyinə zərbə endirməkdir", - o bildirib.

Jdanov əmindir ki, Ukrayna Silahlı Qüvvələri təyyarələri təhvil verən kimi ukraynalı pilotlar məhz bunu edəcəklər.
 
Ardını oxu...
Rusiyanın Hərbi Hava Qüvvələrinin qırıcısı Su-25 öz hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mıkola Oleşşuk teleqramda bildirib.

“Əminliklə deyə bilərəm ki, Rusiyanın Su-25 qırıcısını Ukraynanın HHM-i vurmayıb! Bu, Rusiya zenitçilərinin dəqiq və yüksək səviyyədə icra olunmuş işidir ki, buna görə bütün Ukrayna xalqından onlara təşəkkür düşür!”, – hərbçi qeyd edib.
 
Ardını oxu...
İsrail Müdafiə Qüvvələri BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin məktəbinin yaxınlığında Fələstin HƏMAS-ın üç tuneli aşkarlayıb.

"Report" xəbər verir ki, bu barədə ordunun teleqram kanalında deyilir.

Belə ki, məktəbin yaxınlığındakı binada hərbçilər raket istehsalı üçün hissələr tapıblar.

Ordu həmçinin qeyd edib ki, Qəzza şəhərinin Şecaya bölgəsindəki əməliyyat mərkəzinə reyd zamanı silah və partlayıcı qurğular, o cümlədən AK-47 avtomatları və qumbaraatanları aşkar edilib.
 
Ardını oxu...
"Türkiyə və ABŞ Ankaraya Amerikanın F-16 qırıcılarının satışı və mövcud təyyarələrin modernləşdirilməsi ilə bağlı texniki danışıqları başa çatdırıb".

"Report" CNN Türk-ə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“Biz 40 ədəd “F-16 Block” 70 təyyarəsi üçün satınalma prosesinin gedişini və ABŞ-dan 79 təkmilləşdirmə dəstinin alınmasını izləyirik. ABŞ ilə texniki görüşlərimiz başa çatıb. Həmsöhbətlərimizə bildiririk ki, məsələ ilə bağlı müsbət və konkret addımlar gözləyirik, ümid edirik ki, proses ən qısa zamanda başlayacaq”, - nazir bildirib.

Gülər qeyd edib ki, silah tədarükü kontekstində ən mühüm məsələ müttəfiqlərin bir-birinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməməsini təmin etməkdir: “Müttəfiqlər Türkiyənin qlobal və regional funksiyasını aydın şəkildə anlamalı və məhdudlaşdırıcı təcrübələrdən dərhal imtina etməlidirlər. Güclü Türkiyə və onun güclü ordusü güclü NATO və terrora qarşı effektiv mübarizədir”.

Dünyapress TV

Xəbər lenti