Ardını oxu...
Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya Türkiyəyə səfəri çərçivəsində “Azov” polkunun Rusiya əsirliyindən azad olunan komandirləri ilə görüşüb.

Bu barədə məlumatı Zelenskaya öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, səfər çərçivəsində Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak sözügedən komandirlərlə ailələrinin görüşünü təşkil edib.

Görüşdə Yelena Zelenskaya da iştirak edib və ölkə Prezidenti Volodimir Zelenskinin salamlarını “Azov” döyüşçülərinə çatdırıb.

Xatırladaq ki, sentyabrın 21-i Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib. Bu zaman Ukrayna 200 ukraynalı döyüşçünü, elə də Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən 10 əcnəbini əsirlikdən geri qaytarıb. “Azov” polkunun əsirlikdən azad edilən 5 komandiri müharibə bitənə qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsi altında saxlanılacaq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
ABŞ Ukraynaya 625 milyon dollar dəyərində əlavə hərbi yardım paketi elan edəcək.

Bu barədə CNN-ə adı açıqlanmayan ABŞ rəsmisi bildirib.

Qeyd olunub ki, yardım paketinə 4 HIMARS sistemi də daxil olacaq. Bununla da Ukraynanın istifadəsində olan HIMARS sistemlərinin sayı 20-yə çatacaq.

Birbaşa ABŞ ehtiyyatlarından ayırılacaq silah və sursatlara 16 ədəd 155 mm-lik haubitsa və 16 ədəd 105 mm-lik haubitsa da daxil olacaq.

Sonuncu yardım paketi ilə ABŞ-ın 24 fevraldan sonra Ukraynaya etdiyi ümumi yardımın həcmi 16,8 milyard dollara çatacaq.

Qeyd edək ki, ABŞ ötən həftə Ukraynaya 1,1 milyard dollar dəyərində növbəti yardım paketini bəyan edib. Bu paketdə 18 ədəd HIMARS sisteminin istehsalçılardan alınaraq Ukraynay göndərilməsi nəzərdə tutulub. Yeni HIMARS sistemlərin Ukraynaya bir qədər gec çatdırılacağı, lakin onun təhlükəsizliyinin orta və uzun müddətdə qorumasınaı təmin edəcəyi bildirilib.
 
Ardını oxu...
Ukrayna Xersonda 50-dən çox yaşayış məntəqəsini azad edib.

Cebhe.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

O, 100-dən çox müharibə cinayətinin sənədləşdirildiyini qeyd edib:

"Xerson rayonunda 50-dən çox yaşayış məntəqəsi azad edilib və 3500-dən çox vətəndaş Rusiya işğalından qurtulub. Milli Polis tərəfindən 105 müharibə cinayəti sənədləşdirilib və bu istiqamətdə işlər davam etdirilir".

Y. Yenin rayonda mobil buraxılış məntəqəsinin fəaliyyətə başladığını qeyd edib.
Ardını oxu...
Rus ordusunda tam bardak müşahidə olunur. Səfərbər olunmuş rusiyalılar Ukraynadan qaçacaqlar. Salamat qalanlar Rusiya Federasiyasına qəzəbli, silahlı və insan sifətini itirmiş vəziyyətdə qayıdacaqlar.

Belə proqnozu Ukrayna Prezidenti Ofisinin müşaviri Aleksey Arestoviç Feyqin Live kanalında səsləndirib («UNİAN»).

«Nə vaxt ki, onlar (RF Müdafiə Nazirliyi) donquldanırlarsa, bu, onu göstərir ki, onların psixi vəziyyətinin səviyyəsi elədir ki, artıq özlərinə və öz davranışlarına tam nəzarət etmirlər» - o, bəyan edib.

Onun sözlərinə görə, RF ordusunun qərargahlarında panika hökm sürür. «Bax, idarəolunmaz sürü, harada ki, əclaflar qərargahdadırlar, orada onlar bir-birini «baqaja qoyurlar», əyyaşlıq edirlər və Putinə danışırlar ki, kim daha çox günahkardır… indi səfərbər olunanlara rəhbərlik edəcəklər, harada ki, tam bardakdır, əyyaşlıqdır. Bir qədərdən sonra fəlakət açıq görsənəcək… Nə vaxt ki, bu sürü fiziki olaraq, hər şeyi tullayıb da Ukraynadan qaçacaq… bax, onda kef olacaq… Kim, salamat qalacaqsa, Rusiyaya ac, qəzəbli, qismən silahlı, sərxoş, insan simasını itirmiş vəziyyətdə qayıdacaq… təsəvvür edin» - Arestoviç proqnoz edib.
 
Ardını oxu...
Rusiyanın “Belqorod” nüvə sualtı qayığı bazadan yoxa çıxıb.

Amerika kəşfiyyatının məlumatına görə, bu, yeni supergüclü “Poseydon” torpedosunun sınaqdan keçirilməsi ilə bağlıdır. Qayığın Arktikaya yola düşdüyü ehtimal olunur. Həmçinin bildirilir ki, sınaqlar torpedonun su altında 10 000 kilometr məsafə qət etmə gücünün yoxlanması məqsədi daşıya bilər. Bu torpedo bəzən “apokalipsisin cəngavəri” də adlandırılır. Bu barədə NATO kəşfiyyatı məlumat verib.

Bildirilir ki, nüvə enerjisi ilə işləyən sualtı qayıq nüvə başlıqlı “Poseydon” torpedosu ilə təchiz edilib. Bu da böyük ərazidə həyatı məhv etmək qabiliyyətinə malik radioaktiv sunami yaratmaq gücünə malikdir. Eyni zamanda Nyu-York və ya Los-Anceles kimi şəhərləri məhv etməyə qadirdir. “Belqorod” sualtı qayığının göyərtəsində səkkizə qədər belə raket var.

NATO rəhbərliyi müttəfiqlərinə nüvə sualtı qayığının səfərbər olunması ilə bağlı xəbərdarlıq göndərib.

Hərbi ekspertlərin fikrincə, bu silah NATO müttəfiqlərini Alyans ölkələrinin Hərbi Dəniz Qüvvələrinin planlaşdırılması konsepsiyasını yenidən nəzərdən keçirməyə vadar edəcək.

“Bu, tamamilə yeni silah kateqoriyasıdır. Yeni silah Qərbin Hərbi Dəniz Qüvvələri əməliyyatlarının planlaşdırılması ilə bağlı dəyişikliklər etməsinə səbəb olacaq. Bu da yeni tələblərin və əks-hərəkət vasitələrinin yaradılmasına gətirib çıxaracaq”, – deyə amerikalı hərbi ekspert H.İ.Satton qeyd edib.
 
Ardını oxu...
Rusiya ordusunun Qərb Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Juravlev istefaya göndərilib.

Rusiya mətbuatı xəbər verir ki, Qərb Hərbi Dairəsinin yeni komandanı vəzifəsinə general-leytenant Roman Berdnikov təyin edilib.

Berdnikov əvvəllər Şərq Hərbi Dairəsinin silahlı birləşmələrinin komandanı olub, daha sonra Suriyadakı Rusiya qoşun qruplaşmasına komandanlıq edib.
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Donetsk vilayətində Rusiya qoşunlarının elit bölməsini məhv ediblər.

Bu barədə Ukrayna Milli Qvardiyasının yaydığı məlumata istinadla xəbər verir.

Vurğulanır ki, elit dəstə üzvləri mərmi atan dronlar vasitəsilə məhv edilib. Həmçin Rusiya ordusuna məxsus tank da sıradan çıxarılıb.

Xatırladaq ki, bundan öncə Ukrayna Silahlı Qüvvələrinin zenit-raket briqadası Rusiyaya məxsus "Su-25" hücum təyyarəsini Xerson vilayətinin Berislav rayonuna endirməyə müvəffəq olublar./publika

 
Ardını oxu...
"İctimai" TV-nin efirində yayımlanan "Görünməyən qəhrəmanlar" layihəsi silsiləsindən "Bizim torpaq" sənədli filminin tam versiyası təqdim olunub.

Teref.az publika.az-a istinadən xəbər verir ki, filmdə polkovnik Tehran Mənsimova həvalə edilən gizli tapşırıqdan və digər qəhrəmanlarımızdan bəhs edilib.

Ətraflı videomaterialda:

 
 
 
Ardını oxu...
Ukrayna Ordusunun Baş Qərargah rəisi rusiyalı həmkarının kitablarını oxuyub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Zalujnı öz kabinetində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun kitablarını saxlayır. AYNA xəbər verir ki, bu barədə Zalujnının özü “The Time” nəşrinə müsahibəsində deyib.

"Mən rus hərbi doktrinasım ilə böyümüşəm və hələ də bütün hərbi elmin Rusiyada olduğuna inanıram. Gerasimovla oxumuşam. Onun bir vaxtlar yazdığı hər şeyi oxumuşam... O, Rusiyanın ən ağıllısıdır və ondan gözləntilərim böyük idi", deyə Zalujnı özündən təxminən 18 yaş böyük olan rusiyalı həmkarı haqqında söyləyib.

Qeyd edək ki, Gerasimov 1955-ci ildə Kazanda anadan olub. 2013-cü ildə ordu generalı rütbəsi alıb. 2016-cı ildə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb. 2012-ci ilin noyabrında Gerasimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.

Bir sıra xarici hərbi ekspertlərin fikrincə, o, Rusiyanın yeni nəsil müharibə konsepsiyasının əsasını təşkil edən “Gerasimov doktrinası”nın yaradıcısı hesab olunur. Gerasimov "hibrid müharibə" termininin yaradıcısıdır.

Müəllif: Ayna.az
 
 

Ardını oxu...
Rusiyanın tanınmış və aqressiv "qırğıları" bir - birini ittiham etməyə başlayıb. Buna səbəb Donetsk bölgəsində yer alan strateji Limanı şəhərinin Ukrayna ordusu tərəfindən geriyə alınmasıdır. Bütövlükdə isə, cəbhədə vəziyyət Rusiyanın zərərinə dəyişib.

Çeçenistanın rəhbəri Ramzan Kadırov bu hadisəyə görə Mərkəzi Hərbi Dairənin komandanı, general-polkovnik Aleksandr Lapini darmadağın edib. O, bütün günahı Rusiya generalının üzərinə yükləyib. Ramzan Kadırovun şəxsi Telegram kanalında bu haqda sensasion yazı öz yerini alıb. Bu yazı əslində Rusiyanın və onun ordusunun hansı durumda olduğunu açıq - aydın göstərir!

Rusya'nın geri adımı Kadirov'u küplere bindirdi: Nükleer silahların kullanımı gibi daha sert önlemler alınmalı

Tam mətn: "Həmişə demişəm: səslənən həqiqətdən acı, təhqiredici olsa da, həqiqətdən başqa heç nə yoxdur. Bu irəliləməyin yeganə yoludur. Ona görə də Krasnı Limanda baş verənlərə səssiz qala bilmərəm.

Bu bölgənin müdafiəsinə Mərkəzi Hərbi Dairənin komandiri, general-polkovnik Aleksandr Lapin rəhbərlik edirdi. Lisiçanskın tutulması üçün Rusiya Qəhrəmanı ulduzunu alan eyni Lapin. Hansı ki, elə o zaman da faktiki olaraq orada yox idi... Bundan sonra ona Qərb Hərbi Dairəsinin qoşunlarının komandanlığı verildi.

General-polkovnik Liman istiqamətinin bütün sərhədlərində LXR və digər bölmələrdən səfərbər edilmiş döyüşçüləri yerləşdirdi, lakin onları lazımi rabitə, qarşılıqlı əlaqə və sursatla təmin etmədi. İki həftə əvvəl "Axmat" Xüsusi Təyinatlı Qüvvələrinin general-mayoru, əziz QARDAŞIM Aptı Alaudinov şəxsən mənə bildirdi ki, döyüşçülərimiz asan hədəfə çevrilə bilər. Mən də öz növbəmdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova təhlükə barədə məlumat verdim. Amma general məni əmin etdi ki, o, Lapinin liderlik istedadına şübhə etmir və "Krasnı Liman"da və onun ətrafında geri çəkilməyin mümkün olduğuna inanmır.

Bir həftə sonra Lapin qərargahını tabeçiliyindən yüz kilometr aralı olan Starobelskə köçürdü, özü də Luqanskda oturdu. 150 km məsafədə olan bölmələri necə operativ idarə edə bilərsiniz? Elementar hərbi maddi-texniki təchizat olmadığından bu gün biz bir neçə yaşayış məntəqəsini və böyük bir ərazini tərk etmişik.

Məsələ Lapinin yaramaz olmasında deyil. Məsələ bu ayıbın Baş Qərargahdakı liderlər tərəfindən ört-basdır edilməsindədir. Mənim əlimdə olsaydı, Lapini sıravi rütbəyə endirər, mükafatlarından məhrum edərdim və ayıbımı qanla yumaq üçün əlində pulemyotla cəbhəyə göndərərdim.

Orduda qohumbazlıq yaxşı yerə aparmayacaq. Orduya güclü xarakterli, cəsur, prinsipial, döyüşçünün qayğısına qalan, əsgərinin qədrini bilən, tabeliyində olanın köməksiz, dəstəksiz qala bilməyəcəyini bilən insanları təyin etmək lazımdır. Xüsusən də çətin vaxtlarda orduda qohumbazlığa yer yoxdur.

Bizə İzyüm yetmədimi? Hələ o zaman dedim: faşistlərin ələ keçirdiyi İzyumda düşmənin hərbi konsentrasiyasına atəş edin, xüsusən də o vaxt bizim artilleriyamızın belə imkanı var idi. Əsas satanistləri və faşistləri bir anda yox edərdilər... Ərazimizi müdafiə etmək üçün hər fürsətdən və hər bir silahdan istifadə etməliyik. Donetsk hələ də atəşə tutulur. Birləşən 4 ərazinin sakinləri müdafiə olunmaq istəyirlər.

RF Müdafiə Nazirliyinin Ali Baş Komandana hansı raport verildiyini bilmirəm! Amma mənim şəxsi fikrimcə, sərhədyanı rayonlarda hərbi vəziyyət elan olunana qədər, daha sərt tədbirlər görülməlidir. -kiçik güclü nüvə silahı belə tətbiq etməliyik! Hər qərarı Qərbi Amerika ictimaiyyətinə nəzər salaraq qəbul etmək lazım deyil - Qərb artıq sözünü deyib və bizə qarşı hər şey edib.

Dünən İzyumda parad oldu, bu gün Limanda bayraq, sabah nə olacaq?
Hər şey yaxı ola bilərdi, əgər bu qədər pis olmasaydı".

Göründüyü kimi, hətta Ramzan Kadırov kimi aqressiv "Kreml uşaqları" belə panikadadırlar və özlərini sözün həqiqi mənasında, paralayırlar. Buna səbəb Rusiyanın düşdüyü bərbad vəziyyət, Rus ordusundakı çatışmazlıqlardır. Kadırovun bu açıqlaması faktiki olaraq, Rusiya ordusundakı acınacaqlı durumun etirafı və ifşasıdır. Rusiya sonun başlanğıcını yaşayır və artıq bunun qarşısını heç kim ala bilməz. (musavat.com)
 
 
 

Dünyapress TV

Xəbər lenti