Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub  VİDEO
Ailə Park” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru Hüseyn Mədətovun barəsindəki cinayət işi üzrə hökmdən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb.
TEREF-in məlumata Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli “Whitestone Towers” yaşayış kompleksinin inşası zamanı aparılan söküntü işlərinə lazımi qaydada nəzarət edilməyib və müvafiq tapşırıqlar verilməyib.
Qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin edilməməsi və söküntülərin qarşısının alınmaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkiyyətlərdə olan əmlaklar sökülüb və orada olan əşyalar məhv edilib.
Nəticədə vətəndaşlara ümumilikdə 728 893 manat dəyərində ziyan dəyib.
İstintaq orqanı tərəfindən “Ailə Park” QSC-nin direktoru Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunub.
Cinayət işi üzrə ifadə verən Hüseyn Mədətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildən QSC-də direktor vəzifəsində işləyir: “Bizim cəmiyyətimiz tərəfindən Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlər sökülərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış kompleksi inşa edilir. Həmin ünvanda çoxlu sayda istifadəyə yararsız evlər var. Biz cədvəl üzrə növbə tikililəri sökdükdən sonra orada təmizlik işləri aparmış, zibilləri yığıb kənara atmışıq. Yerində isəyüksəkmərtəbəli bina inşa eləmişik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin mart ayında, Novruz bayramı bitdikdən sonra, yəni martın 22-dən başlayaraq ayın sonunadək tikinti aparılan Həsənoğlu küçəsi 14, 16 və 16a ünvanlarındakı binaları, tikililəri söküblər, təxminən 8-10 günə həmin ünvanda işlərini bitiriblər: “Bundan sonra orada təmizlik işləri aparmışıq, ərazidə cəmiyyətlərimiz tərəfindən yaşayış kompleksinin inşasına başlanılıb”.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, direktor kimi bütün işlərə o rəhbərlik edib.
Onun sözlərinə görə, cinayət işində adı keçən zərərçəkmişlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə heç kim göstəriş verməyib, həmin yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi növbəliliklə cədvəl üzrə aparılıb: “Mənzillərin saxlanılması öhdəliyinin olmasını bilməmişəm. Mənzillərin sökülməsinə dair Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub. Mən məhkəmə qətnamələrinin qəbul edildiyini fikirləşərək yuxarı instansiya məhkəmələrinin qərarlarını gözləməli olduğumu bilməmişəm”.
Hüseyn Mədətov bildirib ki, zərərçəkmiş şəxsə məxsus ünvanda yerləşən qeyri-yaşayaş sahələrinin də saxlanılması öhdəliyindən xəbərsiz olub: “Çünki həmin qeyri-yaşayış səhələrinin sökülməsinə dair də Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub”.
İş üzrə zərərçəkmiş Qiyas Ağayev bildirib ki, üç otaqlı mənzili 2021-ci ildə 120.000 manata alıb:
“Mənzili alandan orada əşyalar olsa da, mənzildə yaşamamışıq. Mən işimlə əlaqədar çox vaxt Türkiyədə oluram. Mənim razılığım olmadan mənzilimi söküblər. Mənzilimdə mebellər, soyuducu və mətbəxə aid əşyalar var idi. Binada söküntü işləri may-iyun aylarında başlayıb. Binanı sökən zaman mənimlə heç kim əlaqə saxlayaraq məlumat verməyib. Mənzili tanışım Zamiqə tapşırmışdım. Binanın sökülməsi Zamiqə məlumat kimi deyilsə də, razılıq olmayıb. Biz bu barədə məhkəməyə mülki qaydada müraciət etmişik. Mənzillə birlikdə mənə 170 000 manat ziyan dəyib. 120 000 manat mənzilim üçün, 50 000 manat isə mənzildə olan əşyalar üçün tələbim var”.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.
Zərərçəkmiş və mülki iddiaçıların iddia ərizələri təmin olunub. Mülki iddiaçıların iddiaları üzrə məbləğlər QSC-dən tutularaq onlara verilməsi barədə qərar qəbul edilib.
Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Zərərçəkmişlər Hüseyn Mədətovun əməlini Cinayət Məcəlləsinin 186.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrinə tövsif edilməsini, barəsində azadlıqdan məhrum etmə ilə bağlı ən ağır cəza təyin edilməsini, həmçinin mülki iddianın tam olaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişlərin şikayətləri təmin olunmayıb.
Bundan sonra onlar eyni tələblə Ali Məhkəməyə müraciət ediblər.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, zərərçəkmişlərin kassasiya şikayətləri də təmin olunmayıb.
Qeyd edək ki, Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat verilmişdir.
Bu barədə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, İdarənin əməkdaşları nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində “Ailə park” MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyini və təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyini müəyyən edib.

Faktla bağlı akt tərtib olunub.


 

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI

Dünyapress TV

Xəbər lenti