Əmək mübahisələrinə, xüsusən də "işə bərpa barədə" iddialara məhkəmələrdə, digər mübahisələrdən fərqli olaraq çox qısa müddətdə baxılması və qərar qəbil edilməsi barədə qanunlar qəbul edilməlidir.
Fikrimcə: əmək mübahisələrinə, xüsusən də "işə bərpa barədə" iddialara məhkəmələrdə, digər mübahisələrdən fərqli olaraq çox qısa müddətdə baxılması və qərar qəbil edilməsi barədə qanunlar qəbul edilməlidir. Aşağıdakı göstərilən səbəblərə görə bunu əsaslı, zəruri və məntiqli hesab edirəm:
1.Qüvvədə olan qanunvericiliyə görə hazırda "fərdi əmək mübahisələrinə" məhkəmələrdə baxılma müddəti, digər iddialarda olduğu kimi eyni müddət şamil edilir.
2. Çox da uzaq olmayan dövrdə isə: "işə bərpa barədə" iddialara,müəyyən müddətdə də olsa qısaldılmış müddət, yəni, bu tip iddialara Rayon Məhkəməsində 1 ay müddət tədbiq edilməklə, baxılıb qərar verilməli idi.
3.Əgər Rayon məhkəməsi bu hallarda işçinin "işə bərpa olunması barədə" qətnamə qəbul edirdisə, İşəgötürən əvvəlcə məhkəmə qərarını icra edib, həmin işçini işə bərpa etməli, sonra isə apellyasiyaya şikayətini vermək vermək hüququna malik olurdu.
4.Hal hazırda "işə bərpa barədə"olan iddialar üzrə məhkəmə mübahisələri: Mediasıya Rayon, Apellyasiya, Ali məhkəmə (qanuni qüvvəyə minir), AR-sı Plenum, Konstitusiya məhkəməsi və icra mərhələsi nəzərə alınmaqla 16-24 ay müddətə qədər uzana bilir.
5.Qeyd olunan mübahisələrə baxılmanın çox müddətdə olması, bu barədə olan "İşə bərpa barədə" iddialara məhkəmələrdə uzun müddət baxılması: həm İşçilər üçün, həm də İşəgötürənlər üçün, bir hal istisna olmaqla aşağıda göstərilən problemlər yaradır.
6. İşçilər üçün:
6.1. Məhkəmə qərarı ilə iddia tələbləri təmin olunarsa, işçi işə bərpa olunur və işləmədiyi müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı alır. Bu müsbət haldır.
6.2. İşçi uzun bir müddət, işə bərpa olunması üçün mübarizə aparır, işə bərpa olunma ümidi olduğu üçün digər iş yeri axtarmır və bu müddətdə işsiz qalmağa məcbur olur. İddiası təmin olunmadıqda isə işçi,2 ilə yaxın bir müddətdə işsiz qalmış olur.
6.3. İşə bərpa oluna bilməyən işçi 2 il müddətində əmək haqqı almır, iddiası təmin olunmadıqda isə o və ailəsi əmək haqqı almadığına görıə: maddi, mənəvi və digər sıxınıntılata məruz qalır.
6.4. İşçinin sağlamlığına bu müddətfə böyük ziyan dəyir.
6.5. İşçi 2 il müddətində deyil, çox qısa bir müddətdə şikayətinin nəticəsini bilər, təmin olunduğu halda öz işinə bərpa olunar, iddiası təmin olunmadığı halda isə, özü üçün yeni iş yeri axtarar.
7. İşəgötürən üçün:
7.1. Əgər işçinin iddiası təmin olunmursa, bu İşəgötürən üçün heç bir problem yaratmır, bu onun üçün müsbət haldır.
7.2. İşəgötürən mübahisənin davam etdiyi təqribən 2 il müddətində həmin ştata işçi işə qəbul edə bilmir.
7.3. Həmin ştata digər işçi qəbul etdiyi halda isə, azad etdiyi işçi işə bərpa olunarsa, qəbul etdiyi işçini işdən çıxarmaq məcburiyyətində qalmaqla müəyyən problemlər yaşayır.
7.4.İşçi işə bərpa olunarsa, təqribən 2 il və ya müəyyən müddətə həmin işçiyə məcburi iş buraxmaya, bəzi hallarda isə mənəvi ziyana görə pul ödəmək məcburiyyətində qalır.
7.5. Məhkəmənin nəticəsi qısa müddətdə bilinər, buna uyğun da müvafiq hərəkətlər edər, istehsalat fəaliyyətinə ziyan dəyməz.
8. Qeyd olunanları əsas tutaraq hesab edirəm ki. "işə bərpa barədə" olan iddialara başqa iddialardan fərqli olaraq sadə və daha az qısa iddia müddətlıri tədbiq olunmalıdır.
9. "İşə bərpa barədə" olan iddialara və tələbə Mediasıyayada baxılması məcburi qaydada olmamalıdır. Bu hər iki tərəf üçün: əlavə vaxt itkisi, maliyyə xərci və mübahisəyə baxılması formal xarakter daşıyan mərhələdir.
10. "İşə bərpa barədə" iddialara baxılmanın müddətinin aşağıdakı qaydada olması daha düzgün və əsaslıdır:
10.1. İlkin olaraq nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə əsasən, Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmrinin surəti işçiyə son iş günü verilir.Eyni zamanda "işə bərpa barədə" İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün də çox da sənədlər tələb olunmur, əmək müqaviləsi və sair sənədlər isə işçinin özündə olur.
10.2. "İşə bərpa barədə" İddia ərizəsi ilə 1-ci instansiya məhkəməsi olan Rayon və Şəhər məhkəməsinə müraciət etmə müddəti - 14 təqvim günü.
10.3. Rayon və Şəhər məhkəmələrində "işə bərpa barədə" iddialara baxılıb qərar verilmə müddəti - 14 təqvim günü.
10.4. Rayon və ya Şəhər məhkəməsinin qətnaməsidən şikayət vermə müddəti - 14 təqvim günü.
10.5. Apellyasiya şikayəti və digər şikayətlər də - 14 təqvim günü və ya buna uyğun bir müddətdə verilməsi və qısa müddətlərdə baxılması və qərar qəbul edilməsi.
11. Beləliklə. "işə bərpa barədə" iddialara 2 ilə yaxın bir müddət deyil, təqribən 3- 6 ay müddətində baxılıb, yekun məhkəmə qərarı qəbul edilə bilər ki, bu da həm İşəgötürəni, həm də İşçini yuxarıda göstərilən bir çox problemlərdən azad olunar
Azer Quliyev
TEREF
 

Dünyapress TV

Xəbər lenti