“Mənimlə maraqlanmayanlar, ailəm, qızım haqqında rəy verirlər, kimsiniz axı?!”
“Hər bir insanın həyatında müxtəlif hadisələr baş verir. Amma insan bəzən elə bir problem yaşaya bilir ki, bu onun özünə aid olur. Buna heç kim qarışa bilməz. Ailə söz-söhbəti elə ailənin mətbəxində də qalmalıdır. İnsanların şəxsi həyatına girib, nəticə çıxarmadan, bilib-bilmədən danışmaq düzgün deyil. Yazırlar, pozurlar. Mən bunu başa düşə bilmirəm. Sən lap bir insan haqqında pis belə fikirləşsən, onu dilinə gətirməməlisən. Axı qarşındakı da insandır, onun qəlbini qıra bilərsən. Bəzi insanlar həqiqətən də azğınlaşıb, insanlıqdan çıxıblar. Boş-bekar evdə oturub, rəylər yazırlar. Onlara məsləhətim budur ki, gedib teatrlarda gözəl tamaşalara baxsınlar, savadlarını artırsınlar”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.

“Heç bir valideyn istəməz ki, övladının başına bir iş gəlsin. Biz onların xoşbəxtliyi üçün yaşayırıq. Yaşım, həyatım mənə imkan verir ki, özümü müdrik sayım. Ailəmin problemlərinin həllində mənim müdrikliyim o qədər özümə bəsdir ki, araşdırıb hər şeyi yoluna qoya bilərəm. Ona görə də mənə yol göstərməyə ehtiyac yoxdur. Biz qızımla rəfiqəyik. O ancaq mənimlə məsləhətləşir, ortaq məxrəcə gəlir. Qızımın hər addımını mən idarə edirəm. Mən valideynəm, ona yol göstərməliyəm. Kənar şəxslərin onun işinə qarışmağa heç bir haqqı yoxdur. Həyat bumeraqndır, heç kim bilmir ki, başına nə gələcək. 2012-ci ildən mənimlə maraqlanmayan insanlar indi mənim ailəmi hallandırıb, qızım haqqında rəy verirlər. Siz kimsiniz axı?! Bu qızım Ülkərin öz həyatıdır, hansı seçimi istəsə, onu da seçəcək. O uşaq deyil. Ürəyi kimə yatsa mən razı olacağam” deyə Rəhimə Nuriyeva bildirib.

Rəhimə Nuriyeva qızı Ülkərin türkiyəli məşhur müğənni Barış Kömürcüoğlu ilə münasibətlərinə də aydınlıq gətirib.

“Onlar ilk dəfə “Elgizlə izlə” verilişində tanış olublar. Ülkəri sadəcə müğənni kimi dəvət etmişdilər. O qonaq olanda Barışı da dəvət ediblər. Barış çox qabiliyyətli, mərifətli oğlandır. Eşidəndə ki, Barış Ülkərə elçi düşüb, mən özüm də şokda oldum. Bir-birini tanımırlar, görməyiblər heç. Ülkərdə heç onun nömrəsi də yoxdur. İnsanların bir-birini tanımağı üçün vaxt, zaman lazımdır. Bu Allahın qismətidir, qızımın bəxti hardadırsa orda da xoşbəxt olacaq. Barış Ülkərin səsinə qulaq asıb, çox bəyənib. Bu gün sabah duet də oxuyacaqlar, onda görək nə söz-söhbət olacaq?! Sənət adamları bir-biri ilə iş görürlərsə, mütləq ər-arvad olmalıdırlar?” deyə Rəhimə Nuriyeva deyib.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti