“Ağadadaş Ağayev həbsdə deyil, eyni maddə ilə ittiham olunan Rüfət Səfərov niyə həbsdədir?” - Baba Vəziroğludan belə deyənlərə CAVAB
“Heç kəsin həbs olunmasını istəmərəm. Amma inanmıram, müxalifət nümayəndələrindən kimsə hüquq müdafiəçisi Rüfət Səfərovla Xalq artisti Ağadadaş Ağayevin Cinayət Məcəlləsinin eyni - 221-ci maddəsinə görə təqsirli bilinməsini paralel gətirib desin ki, “Ağadadaş Ağayev həbsdə deyil, niyə Rüfət Səfərov həbsdədir?” Bunu deyən müxalifət nümayəndəsi ola bilməz, çünki Ağadadaş təkcə iqtidarın deyil, həm də müxalifətin Xalq artistidir. Rüfət Səfərova Cinayət Məcəlləsinin digər maddələri üzrə də ittihamlar irəli sürülüb. Hüquq-mühafizə orqanları özləri qərar verirlər ki, niyə həbs və ya ev dustaqlığı qətimkan tədbirləri seçilir. Cinayət əməlinin ağır və ya yüngül olmasına görə maddələr müəyyənləşdirilib. Əməli törədən şəxsin ölkədən çıxa bilmə imkanları da nəzərə alınır. Bunları bəzi hüquqşünaslardan da yaxşı bilirəm. Yəqin, məhkəmə belə qərara gəlib ki, Ağadadaş müəllim ictimai təhlükə törətmədiyi, məhkəməyə vaxtında gəlib-getdiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilməsin. Ağadadaş hara gedəcək? İlk gündən istintaqa cəlb olunub, ifadəsini verib, vəkili də yanındadır. Videolarda da gördüm ki, məhkəməyə nizamlı-intizamlı şəkildə gedir, artıq söz demir, məhkəmənin ədalətli yanaşacağına inanır. Bunu deyən adam barədə niyə həbs qətimkan tədbiri seçilməlidir ki? Ağadadaş Ağayev hələ cinayətkar deyil, sadəcə, şübhəli şəxs qismindədir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

“Ağadadaş özünü sülhpərvər aparır. Deyir ki, barışıq ola bilər, təmizlikçi qadını da işə götürməyə hazıram, məhkəmə nə qərar çıxarsa, canla-başla tabe olaram. Vətəndaş özünü bundan artıq necə sülhpərvər apara bilər? Bütün bu prinsiplər nəzərə alınaraq, sadəcə, ölkədən çıxışına qadağa qoyulub. O, xalqın sevimli sənətkarıdır. Uzun illərdir, tanıdığım, çox vəfalı, dostcanlı, millətcanlı, vətənpərvər insandır. Məhkəmə hakimi olmasın, mən olum, onun haqqında hansı əsasla həbs qətimkan tədbiri seçim? Qaranlıq keçmişi olmayan bir adamdır. Cəmiyyətdə nümunəvi insan sayılır. Hadisədən kim sığortalanıb? Hərdən mənim də qarşıma nadan, tərbiyəsiz sürücü çıxır. Az qala sürtə-sürtə keçir ki, bir maşın qabağa düşsün. Onda həmin hala düşürəm, istəyirəm ki, maşından düşüb onu öldürüm. Bu, hər bir insanda olur. Heyvan, yırtıcı kimi hərəkət edirlər, onda səndə adekvat reaksiya yaranır. Bir az səbir etsən, hər şey keçib gedir. Arzu edirəm ki, bu məsələ də sülh, barışıqla, ədalətlə sonlansın, xoşagəlməz hadisə baş verməsin”, - B.Vəziroğlu bildirib.

Xatırlatma: Hüquq müdafiəçisi Rüfət Səfərov həm də Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xalq artisti Ağadadaş Ağayev isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir, hazırda azadlıqdadır.

Bölmənin digər xəbərləri

02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...

Dünyapress TV

Xəbər lenti