“Gözəlliyinlə, vücudunla bir-iki dəfə səhnəyə çıxa bilərsən, sonra?”
“Bizim sənətdə qohumluq, tanışlıq, pul keçmir. Yalnız səsin olmalıdır. Gözəlliyinlə, vücudunla bir-iki dəfə səhnəyə çıxa bilərsən, sonra əlbəttə ki, axsayacaqsan. Sənətkarı yalnız səsi xilas edə bilər. Lap deyək ki, sən toyda fanaqram oxudun, bəs teatr səhnəsindəki obrazları necə oynayacaqsan? Orada tamaşaçılarla canlı ünsiyyətdə olursan. Təkbətək qalırsan. Səhnə və sən. Sənətkarın sənəti də, istedadı da məhz bu zaman bilinir”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib.

“Bütün sahələr kimi bizim sahədə də bir-birini sevən və sevməyən insanlar var. İncəsənətin digər sahələrindən fərqli olaraq biz bunlara önəm vermirik. Çalışırıq söz-söhbətlərdən uzaq qaçaq. O da nəyin üstündə yaranır? Məsələn biri deyir ki, filankəs niyə qabaqdadır? Niyə bütün konsertlərdə o çıxış edir? Bu da şəxsi münasibətdən yox, iş üstündə yaranan konfliktlərdir. Heç kim deyə bilməz ki, Nəzakət kiməsə qarşı eqoist davranıb, saymamazlıq edib. Mən sadəliyi sevən biriyəm. Bəzən olub ki, mənim haqqımda da nələrsə danışıblar. Mən onlara həmişə sənətimlə cavab vermişəm” deyə xalq artisti deyib.

Xalq artisti gənclərdən də danışıb.

“Sənətini, şəxsiyyətini uca tutan insanlara sənətkar deyirlər. Xanəndələr var ki, səs diapozonu böyük deyil, amma o qədər gözəl ifaları olub ki. Onlar öz üzərlərində çalışmırlar. Elə bir mahnı götürüb oxuyurlar ki, bu da onları arxaya atır. Bəzən iddia edirlər, amma hələ yetişməyiblər. Mənəm-mənəm deyilən yerdə sənət olmur” deyə bildirib.

Xalq artisti bildirib ki, sənətə ilk başladığı illərdə qadağalarla üz-üzə qalıb.

“Biz 10 bacı-qardaşıq, hamımızın da səsi var. Bu sənət uşaq yaşlarından bizə tanışdır. Qarabağ diyarı hər zaman xanəndələr yetişdirib. Uşaq idik, hara çıxırdıqsa görürdük ki, muğam səsi gəlir. Mən Ağdamda pioner evində ifa edirdim. 8-ci sinifi bitirəndən sonra qardaşlarım oxumağa qoymadı. Buna görə də texnikuma daxil oldum. Daha sonra sənətlə ciddi məşğul olmağa başladım və görkəmli sənətkarımız Arif Babayevin sinfinə daxil qəbul olundum. Hər zaman qarşıma məqsəd qoymuşdum ki, xanəndə olub, özümü ustadların sırasında görəcəyəm. Bu gün bu məqsədimə çatmışam” deyə xanəndə bildirib.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
03 May 2025 Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
03 May 2025 Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi

Dünyapress TV

Xəbər lenti