“Anam ən böyük tənqidçimdir, mənə deyir ki, açıq-saçıq, qısa geyinmə”
“Müğənni qısqanclığı hər zaman olub və olacaq da. Vallah, mən heç kimi qısqanmıram. Heç kimin uğuru məni narahat etmir. Bunu edənlər uğursuz insanlardır. Bəzən elə hallar olub ki, toya getmişəm ki, oxuyum. Həmkarlarım mikrofonu masanın altında gizlədiblər. Mikrofonu verməyiblər ki, bir ağız oxuyub gedim. Bu nə deməkdir? Hələ mikrofonu çantaya qoyanlar da olub. Toya gəlirsən səsi alırlar, gedəndən sonra səs normal işləyir. Bu paxıllıq nə deməkdir? Toya gəlmişəm ki, oxuyub gedim də. Mən heç vaxt hansısa müğənninin səsini aldırmamışam. Bəzən də olur ki, toylarda aparıcılar təqdim etmir. Bu zaman ondan tələb edirəm ki, məni təqdim et, sonra oxuyum”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib.

“Sosial şəbəkələrdə yazılan rəylərin çoxunu demək olar ki, oxumuram. Bilirəm ki, qərəz var. Elə həmkarlarım var ki, onu araşdırır, onu yazanın kim olduğunu üzə çıxarır. Reaksiya vermirəm. Məni hamı sevə, pərəstiş edə bilməz. Nə istəyirlərsə yazsınlar. Amma o qədər də mənfi rəylər yazan yoxdur. Bilirəm ki, onları tamaşaçılar yox, bəzi dırnaqarası həmkarlarımız yazır” deyə müğənni bildirib.

Müğənni toylarda başına gələn maraqlı əhvalatları da bizimlə bölüşüb.

“Tez-tələsik toya getmişəm, ayaqqabı yadımdan çıxıb. Həmişə maşında ayaqqabılarım olub, arxayın olmuşam ki, maşında dəyişəcəm. Musiqiçiyə zəng edib demişəm ki, sən Allah mənim üçün ayaqqabı tapın. Hər dəfə uzun paltar geyinirəm, bu dəfə tərslikdən qısa geyinmişəm. Bir əcaib ayaqqabı tapıb gətirdilər. Bütün toyu ayağıma baxa-baxa oxudum. Əslində heç kim ayağıma baxmırdı, amma mənə elə gəlirdi ki, hamı ayağıma baxır” deyə müğənni bildirib.

Mənzurə Musayeva bildirib ki, bəzi efirlərdə ona qeyri-etik suallar ünvanlanır. Buna görə də anası bəzən əsəbləşir.

“Verilişlərdə bəzən verilən suallardan bezirəm. Elə suallar ünvanlayırlar ki, bəzən çox narahat oluram. Məni həmin verilişlər çox yorur. Çevir tatı, vur tatıdır. Elə mövzulara toxunurlar ki, həm özümün, həm də evdəkilərin acığına gəlir. Tamaşaçılar da elə bilərlər ki, bunu efir vasitəsilə özüm edirəm, özüm aparıcılara tapşırıram ki, mənimlə belə danışsınlar. Anam ən böyük tənqidçimdir. “Mənzurə açıq-saçıq geyinmə, qısa geyinmə deyir”. Bəzən olur ki, verilişlərdə bir az sevgidən, məhəbbətdən danışıram. Anam baxıb əsəbləşir. Evə gizlin gəlib, qapını sakitcə açıb, girirəm içəri. İstəmirəm ki, o anda məni görüb danlasın. Fikirləşirəm ki, səhər nə deyər-deyər” deyə sənətçi bildirib.

Bölmənin digər xəbərləri

02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...

Dünyapress TV

Xəbər lenti