Cənub rayonlarımız “qocalıb”?
Bu qocalıq-cavanlıq necə müəyyənləşdirilir?

Mövzuya keçməzdən əvvəl 7-8 il bundan öncə maraqlı bir görüşü xatırlamaq istəyirəm.

Bakıda bir beynəlxalq tədbirdə iştirak edirdim. Fasilədə xaricdən gəlmiş həmkarlarla söhbətləşirdik. Yerli dostlarım xaricilərdən təkidlə soruşurdular ki, Bakıda nə xoşunuz gəldi, nələrə təəccübləndiniz? Qonaqlardan biri sualımıza sualla cavab verib dedi ki, bizi restoranlarla, mollarla təəccübləndirmək olmaz. Bizi ən çox təəccübləndirən o oldu ki, "Fəvvarələr" meydanında yüzlərlə gənc və uşaq gördük. Avropada parklarda bu qədər gənc, yaxud uşaq görə bilməzsiniz. Oralarda qocalar daha çoxdur. Bu uşaqlar və gənclər sizin böyük sərvətinizdir.

İndi isə qayıdaq mövzumuza.

Məşhur statistik və demoqraf Sandberq əhalinin yaş strukturuna görə üç tipə ayırmağı təklif etmişdi: proqressiv, reqressiv və stasionar.

Əhalinin proqressiv yaş strukturu – strukturda 0-14 yaşda əhalinin xüsusi çəkisi (ümumi əhaliyə nisbəti) 50 və daha yuxarı yaşda əhalinin xüsusi çəkisindən böyükdürsə, bu zaman əhalinin sayca artması təmin edilmişdir.

Əhalinin reqressiv yaş strukturu – strukturda 50 və daha yuxarı yaşda əhalinin xüsusi çəkisi 0-14 yaşda əhalinin xüsusi çəkisindən böyükdürsə, o zaman gələcəkdə əhalinin sayının azalması təhlükəsi gözlənilir.

Əhalinin stasionar yaş strukturu – strukturda 0-14 yaşda əhalinin xüsusi çəkisi 50 və daha yuxarı yaşda əhalinin xüsusi çəkisinə bərabərdirsə, əhalinin sayının sabit qalacağını demək mümkündür.

Masallı Rayon Statistika İdarəsindən aldığımız məlumata əsasən, burada 2024-cü ilin əvvəlinə 0-14 yaşda əhalinin sayı 50256 nəfər, 50 və daha yuxarı yaşda əhalinin sayı isə 56461 nəfər olub. Deməli, əhalinin reqressiv yaş strukturu qeydə alınıb və gələcəkdə ümumi azalma təhlükəsi mövcuddur.

Astara və Lənkəran rayonlarında da vəziyyət eynidir. Amma Cəlilabad, Yardımlı və Lerik üzrə əhalinin proqressiv yaş strukturu qeydə alınıb, deməli, burada əhalinin potensial olaraq artması təmin edilib.

Əhali arasında 60 və daha yuxarı yaşlı şəxslərin payının artması isə artıq əhalinin qocaldığından xəbər verir.

Polyak demoqraf E.Rossetin şkalasına görə, ölkə əhalisinin sayında belə şəxslərin payının 8%-ə qədər olması “demoqrafik cavanlıq”, 8–10% olması “qocalmanın başlanğıcı” kimi qiymətləndirilir, 12%-dən yuxarı göstərici isə birbaşa “demoqrafik qocalma”dır.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, rayon əhalisinin 2024-cü il yanvar ayının 1-nə olan sayı 226 661 nəfər olub, onların da 12,8 faizi 60 və daha yuxarı yaşdadır. Deməli, rayon demoqrafik cəhətdən qocalır.

BMT-nin demoqrafiya şöbəsinin ekspertləri isə qocalma proseslərinin ölçülməsi üçün 65 yaşı sərhəd olaraq qəbul edirlər. Onlar əhalinin demoqrafik strukturunu xarakterizə edən üç mərhələ müəyyənləşdiriblər. Ölkə üzrə 65 və daha yuxarı yaşda əhalinin sayının ümumi əhali sayında xüsusi çəkisi: 1) 4,0%-ə qədər olduğu halda, bu, gənc əhalidir; 2) 4,0-7,0%-dirsə, əhali qocalığın astanasındadır; 3) 7,0%-dən çoxdursa, deməli, əhali ümumən yaşlıdır.

Yuxarıda deyilənlərə onu əlavə edə bilərik ki, Azərbaycanın Lerik və Yardımlı rayonlarında 65 və daha yuxarı yaşda insanların sayı ümumi əhalinin sayında 6,0%, digər rayonlarda isə azı 7,0% səviyyəsində qeydə alınıb. Buradan da məlum olur ki, Lerik və Yardımlı rayonları qocalığın astanasındadırlar, Masallı, Cəlilabad, Astara və Lənkəran rayonlarının əhalisi isə artıq “yaşlı əhali” mərhələsinə keçibdir.

Əhalinin qocalmasının müxtəlif səbəbləri olur, anca onların ən əsası doğumun sayının azalmasıdır.

Masallıda 2024-cü ilin əvvəlinə doğulanların sayı 2559 nəfər olub: bu, 1990-cı ilə nisbətən 42,9 faiz azdır. Eyni müddətdə rayon üzrə təbii artım göstəricisi isə 2261 nəfərdən 1318 nəfərə düşüb. Əgər 1990-cı ildə rayonda 4479 doğulan və 900 ölən var idisə, 2023-cü ildə doğulanların sayı xeyli azalıb (2559 nəfər) ölənlərin sayı isə 38%-dək artıb (1241 nəfər).

Bir sözlə, demoqrafik dəyişikliklər insanların həyat şərtləri ilə bağlıdır və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq, gənc ailələr uşaqların sayının az olmasına üstünlük verirlər. Onlara sosial dəstək proqramları qəbul edilməli və real həyata keçirilməlidir. Gənclərin ailə qurması üçün şərait yaxşılaşdırılmalıdır.

Zahir Əmənov
pressklub
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti