İldə 50-60 min tələbə univeristeti bitirir, təyinat isə yoxdur… –
“Bütün ali məktəblər, universitetlər məzun olduqdan sonra öz tələbələrini izləməlidirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat bu məsələnin bütün dünyada aktual olduğunu qeyd edib:
“Sövet dövründə tələbələr təyinatla yönləndirilirdi və onlar təyinata əsasən də müxtəlif qurumlarda çalışırdılar. Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən təhlillər, araşdırmalar aparılır. Hesab edirəm ki, bu istiqamətdə ciddi işə ehtiyac var”.
Cehyun Məmmədov bildirib ki, xarici universitetlərdə məzun birliyi fəaliyyət göstərir:
“Onlar daima universitetlərinin məzunları ilə əməkdaşlıq qururlar. Hesab edirəm ki, Azərbaycanda da bu istiqamətdə sıx addımların, təhlillərin həyata keçirilməsinə ehtiyac var. Düşünürəm ki, biz eyni zamanda universitetlərdə kvota məsələsinə də baxmalıyıq. Bizə nə qədər mütəxəssis lazımdırsa, o qədər qəbulun həyata keçirilməsi barədə düşünməliyik. Bu gün reallıq ondan ibarətdir ki, ildə 50-60 min arasında universitetləri bitirənlər var. Onların az hissəsi işə qəbul olunur. Bundan əlavə müəllim işləmək üçün 60 minə yaxın müraciət edirlər, onların yalnız 5-6 mini işlə təmin olunur. Bu da problemin nə qədər aktual olduğunu göstərir”. Deputat hesab edir ki, hansı sahədə kadr çoxluğu varsa, o sahədə müəyyən tənzimləmə lazımdır:
“Həmin ixtisaslar üzrə qəbulu maksimum azaltmaq lazımdır. Düşünürəm ki, burada önəmli, vacib məsələlərdən biri ali təhsillə bərabər peşə təhsilli gənclərin təşviqidir. Yəni bu istiqamətdə məktəblərdə davamlı təbliğatın aparılmasına ehtiyac var”.
Elçin Əfəndiyev bildirib ki, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bir çoxu “inkubator cihazı”ndan fərqlənmir:
“Tələbə istehsalı ilə məşğuldurlar. Gəldi, diplomunu aldı və getdi. Bir neçəsi istisna, əksəriyyətinin datası yoxdur. Bir çox ümumiyyətlə, yalnız diplom vermək fünksiyasını həyata keçirir. Sonrakı tale, yəni, hansı məzunu haradadır? Harada çalışır? Hansı məzunu universitetə nə kimi dəstək ola bilər? Bu kimi məsələlərlə maraqlanan yoxdur. Halbuki bu məsələdə həssaslıq universitetə nə qədər reytinq gətirər. Təsadüfi deyil ki, məzunların iş imkanları, elmi faliyyətləri və s. kimi məqamlar bəzi təşkilatlar tərəfindən müsbət qiymətləndirilir”.

Bölmənin digər xəbərləri

17 İyun 2025 Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
17 İyun 2025 Lombard KREDİTLƏRİ: Asan çıxış, ağır nəticələr
16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?

Dünyapress TV

Xəbər lenti