Evlərini bu cür kirayə verənlərin nəzərinə -
Ölkəmizdə əksər hallarda mənzil kirayə götürənlə kirayə verən arasında rəsmi müqavilə imzalanmır.

Çox halda ev sahibləri kirəyə götürənlə qeyri-rəsmi, şifahi razılaşma əldə edir və mənzili ona verirlər.

Bəs bu nə kimi problemlərə səbəb ola bilər?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, evini kirayə verənlərlə kirayə götürənlər bəzi xərclərdən qaçdığı üçün rəsmi müqavilə bağlamaqdan imtina edirlər:

“İlk növbədə onu bilmək lazımdır ki, Azərbaycan respublikası ərazisində aparılan maddi fəaliyyətlər notarial qaydada tərəflər arasında rəsmiləşdirilməlidir. Kirayə münasibətləri də kirayə müqaviləsi ilə tərəflər arasında rəsmiləşdirilir. Kirayə verən şəxs mütləq şəkildə öz adına VÖEN açdırmalıdır və kirayə götürən şəxslə müqavilə bağlayan zaman VÖENini və bank rekvizitlərini həmin müqavilədə qeyd etdirməlidir.

Bu gün ölkəmizdə kirayə müqavilələri çox az sayda bağlanır. Bunun da ən böyük səbəbi notarial xərclər, bəzi sənədlərin təsdiqi, kirayə məbləğindən tutulan 14 faizlik vergidir. Müqavilə bağlandıqda vergi ödəmək zərurəti yarandığı üçün tərəflərin heç biri buna təşəbbüs göstərmir. Adətən tərəflər arasında müqavilə münasibətləri zamanı ödəmə mənbəyindən tutulan vergi pulu köçürən tərəfin üzərinə qoyulur. Bəzi hallarda kirayə götürən şəxslər bu məbləğin yüksəkliyindən dolayı həmin müqavilənin rəsmiləşdirilməsində maraqlı olmurlar. Amma vətəndaşlar bilməlidir ki, kirayə müqavilələrinin rəsmi şəkildə bağlanması, o cümlədən, kirayə sahəsinin və orada olan əmlakların rəsmi şəkildə təhvil-təslim olunması onları bir çox riskdən qoruyur”.

Hüquqşünasın sözlərinə görə, rəsmi müqavilə bağlamadan evini kirayə verənlər qanunla məsuliyyət daşıyırlar və bu aşkarlanarsa, onlar cərimələnə bilərlər:

“Bundan əlavə qeyd edim ki, müqaviləsiz kirayə münasibətlərində olan şəxs, əsasən də kirayə verənlər mütləq şəkildə qanunvericiliyə uyğun məsuliyyət daşıya bilirlər. Onlar həm inzibati məsuliyyət daşıyırlar, həm də qeyri-rəsmi formada mənzillərini kirayə verdikləri aşkarlandığı təqdirdə cərimə sanksiyasına da məruz qala bilərlər. Bütün bunların olmaması və risksiz münasibətlər üçün tərəflər arasında kirayə müqaviləsi bağlanmasını tövsiyə edirəm. Mütləq şəkildə bu proses rəsmiləşməli və vergi öhdəlikləri müəyyən edilməlidir”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti