Xidmət səviyyəsi sıfırın altında, qiymətlər at belində… -
Etiraf etməliyik ki, Azərbaycanda daxili turizmin vəziyyəti heç də ürəkaçan deyil. Bölgələrimizə səyahət edəndə bunu açıq şəkildə görmək mümkündür. Əksər ərazilərdə xidmət aşağı, qiymət yüksək, keyfiyyət heç də ürək açan səviyyədə deyil.
ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov Bizimyol.info xəbər portalına açıqlamasında fikirlərimizi təsdiq edib. Dekan bildirib ki, kəmiyyət-keyfiyyət balansının qorunması məsələsi uzun müddət tənqid hədəfi olsa da, hələ də tam şəkildə müsbətə doğru irəliləyişə nail olunmayıb: “Bakıdan kənara çıxan kimi tamam başqa ab-hava ilə rastlaşırsan. Xidmət səviyyəsi sıfırın altında, qiymətlər isə at belində”…

ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov
Bahadur Bilalov qeyd edib ki, hər hansı bir ölkə turizmi inkişaf etdirmək istəyirsə, mütləq və mütləq öncə daxili turizmə xüsusi diqqət yetirməli və onu inkişaf etdirməlidir. Yalnız daxili turizm inkişaf etdikdən sonra gəlmə turizmi inkişaf etdirmək olar. Tədqiqatçılar bunu belə əsaslandırırlar ki, daxili turistlərlə işləməklə sektorda çalışanlar iş prinsiplərini öyrənir və əsl peşəkarlara çevirilirlər.

“Danılmaz faktdır ki, reklama vəsait xərcləyib ölkəyə turist cəlb etmək olar, lakin gələn turist lazımi səviyyədə xidmət almadıqda antireklamçılara çevrilirlər. Məmnun qalan hər bir turist özündən sonra ən azı 10 nəfərin ölkəyə gəlişini təmin edə bilir. Məmnun qalmayan turist isə azı 10 potensial turistin ölkəyə gəlişinə mane olur. Reallıq bundan ibarətdir. Təəssüf hissi ilə qeyd etməliyik ki, ölkəmizdə daxili turizmin inkişafı diqqətdən kənarda qalır. Daha çox diqqət və fəaliyyət ona yönəlib ki, xaricdən daha çox turist ölkəmizə gəlsin. Lazımı xidməti ölkədə tapmayan vətəndaşlarımız kütləvi surətdə xarici ölkələrə üz tuturlar”- deyə Bahadur Bilalov qeyd edib.

Statistikaya görə, 2023-cü ildə xaricə səfər edən ölkə vətəndaşlarının sayının 1 milyon 869 min nəfər olub. Bu ilin birinci yarısında isə xaricə səfər edən azərbaycan vətəndaşlarının sayının keçən ilin eyni dövrünə nisbətən 25,7 % artaraq 995,2 min nəfər olduğunu görmək mümkündür. Bu rəqəm onu deməyə əsas verir ki, ilin sonunda keçən ilki rəqəmdə xeyli artım olacaq.

“Bir faktı da qeyd edim ki, 2023-cü ilin birinci yarısına nisbətən bu il İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1 %, Türkiyəyə gedənlərin sayı 23,7 %, Gürcüstana gedənlərin sayı 17,7 %, Rusiyaya gedənlərin sayı 15,4 % artıb”-deyə Bahadur Bilalov əlavə edib.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti