500 min evə amnistiya: - Gözləntilər özünü doğruldacaq?
Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” İşçi qrupunun növbəti iclası keçirilib.

"Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə “Yol xəritəsi” və cari dövr ərzində görülmüş işlərə dair təqdimat” mövzusunda keçirilən tədbirdə dövlət qurumları və özəl sektorlardan olan nümayəndələr iştirak ediblər.

İclası giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, İşçi qrupun rəhbəri Namiq Hümmətov ötən illər ərzində tikintiyə icazələrin verilməsi prosesində edilən mühüm dəyişikliklər və bu məqsədlə yaradılan elektron icazə portalından, həmçinin qurumlararası əlaqələrin əhəmiyyətindən danışıb.

Cari ilin 6 ayı ərzində bütün növ obyektlərin tikinti və istismarına icazə prosesinin artıq yalnız elektron qaydada, Komitə tərəfindən yaradılan "Bir Pəncərə" prinsipi əsasında aparıldığını qeyd edib.

Maraqlıdır, Azərbaycanda tikintiyə icazə almaq asanlaşacaq? “Bir Pəncərə” prinsipi qəbul edildikdən sonra sənədsiz yaşayış evlərinin tikintisinə son qoyulacaq?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, elektron sənədləşdirmədən öncə sənədsiz yaşayış evlərini sənədləşdirmək mümkün idisə, indi bunu etmək çox çətin olacaq:

“Bildirim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət tərəfindən torpaqlar vətəndaşlara paylanıldı. Vətəndaşlar da onlara verilən pay torpaqlarını dəyər-dəyməz kimə gəldi satdılar. Məhz dövlət tərəfindən vətəndaşlara verilən pay torpaqlarını böyük bir hissəsi kənd təsərrüfatın yararlı idi.

Qeyd edim ki, məhz bu gün Bakı və Bakıətrafı ərazilərdə tikilən yaşayış evlərinin demək olar ki, böyük bir hissəsinin sənədi yoxdu. Hazırda sənədisiz evlərin bir çoxu təhlükəli ərazilərdə, yüksək gərginlikli elektrik xətlərinin altında, hətta neft quyularının üzərində tikilib”.

Onun sözlərinə görə, artıq bir çox evlərin elektron qaydada sənədləşdirilməsi mövcud qanunvericiliyin tələbinə uyğun olaraq sənədləşdirilməsi çox çətindir:

“Çünki bələdiyyə sənədi ilə tikilən əksər yaşayış evləri tikinti normalarına uyğun inşa olunmayıb. Sənədsiz evlərlə bağlı dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesterinə müraciət edilsə də, heç bir faydası olmur. Sadəcə olaraq, vətəndaşın müraciətini qeydə alırlar, mühəndis gəlib baxır, ancaq o evin sənədləşdirmir. Nəticə də vətəndaşın əmlakınını sənədləşdirilməsinə imtina verilir. Bu arada vətədaşın vaxtı gedir. Lakin amnistiya tətbiq edilərsə, o zaman vətəndaşların sənədsiz evləri sənədləşdirilə bilər”.

Ekspert qeyd edib ki, “Bir Pəncərə” prinsipi qəbul edilmədən öncə mütləq şəkildə sənədsiz evlərin sənədləşdirilməsi üçün qanunda yumşalmalar edilməlidir:

“Əgərləri istəyiriksə, elektron qaydada 500 mindən çox evlərin sənədləşdirilməsi və digər əmlak məsələri öz müsbət həllini tapsın, o zaman sənədsiz evlərin sadələşdirilməsi asanlaşdırılmalıdır.

Çünki evlərin sənədləşdirilməsi birbaşa olaraq iqtisadiyyat üçün faydalıdır. Belə ki, əmlak sığortası və digər vergilər vətəndaşlardan alındıqda dövlət büdcəsinə toplu halda pul axınına zəmin yaradacaqdır”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti