Bağça sayı az, problem çox:
“Azərbaycanda bağça sayı artırılmayana qədər qəbul prosesində çox ciddi problemlər yaşanacaq”.

Bunu Qaynarinfo.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bağçalara qəbul prosesindən danışarkən deyil. O bildirib ki, bu gün ölkə üzrə cəmi 1825 bağça var, onun 1692-si dövlət, 133-ü özəldir:

“Bağçalara qəbul prosesində özəllər iştirak etmir. 1692 bağçada 450 min uşaq var. Lakin onların cəmi 126 mininə bu şərait yaradılır. Bağçaların sayı artırılmalıdır”.

Elmin Nuri avqustun 1-dən bütün bağçalara qəbulla bağlı növbə prosesinə start verildiyini vurğulayıb:

“Proses nazirliyin bununla bağlı açdığı www.bq.edu.az portalı üzərindən həyata keçiriləcək. Şəffaflıq, obyektivlik, insan resursunun iştirak etməməsi, ədalət prinsipinin gözlənilməsi baxımından yaxşı addım hesab olunur. Bu proses üçüncü ildir ki, həyata keçirilir. İlk ildə texniki baxımdan çox qüsurla yadda qalıb, amma sonrakı bir ildə bu proses tənzimləndi. Yəni bağçalar yerli icra hakimiyyətlərindən alınaraq Elm və Təhsil Nazirliyinə veriləndən sonra nazirlik bu istiqamətdə çoxlu iş gördü. Söhbət yalnız texniki istiqamətdən gedir. Amma yenə də müəyyən bir problemlər yaşanmış oldu”.

Ekspert hesab edir ki, istər bağçalara qəbul, istərsə də 1-ci sinfə, ümumiyyətlə, şagird qəbulunda elektron detallar çox qəlizdir:

“Sıradan bir valideyn, orta statistik bir azərbaycanlı üçün o qədər də asan texniki mexanizmlər deyillər. Bağça isə, ümumiyyətlə, çətindir. Nəyə görə? Çünki burada birbaşa valideynlər iştirak edir və 3 mərhələdən ibarətdir.

1. Növbəyaratma prosesinə qədər olan mərhələ
2. Növbəyaratma prosesi

3. Seçilmiş boş yerlərin sorğuya çevrilməsi.

Birinci mərhələ asandır, yalnız qeydiyyat mərhələsidir. İstənilən bir valideyn növbəyaratma prosesinə qədər sistemə daxil olub qeydiyyatdan keçə bilər. Bunun üçün heç bir növbə tələb olunmur. Amma növbəyaratma prosesində artıq kim “tez tərpəndi prosesi” önəmli rol oynayır. Bir valideyn bir uşaq üçün maksimim 3 bağça seçə bilər. Kimin internet bacarıqları yaxşıdırsa, növbəyaratma prosesindən yararlanır. Bunun önəmi nədir? Növbəyaratma prosesindən daha tez müraciət edən valideynin müraciəti ilkin sıralarda olur. Bu da uşağın həmin bağçaya düşmək şansını artırır. Bu universitet deyil ki, onun taleyini bal həll eləsin, ixtisas seçimindəki yer rol oynasın və s. Bu bağçadır və bal sistemi yoxdur. Uşağın bağçaya düşmək mexanizmini yalnız sürət həll edir”.

Ekspert bununla razı olmadığını önə çəkib:

“Bunun əyaləti, kəndi, rayonu, dağlı bir ərazisi var. Elə yer var ki, orada internet problemi var. Bakının özündə belə saatlarla internet problemi yaranır. O ki qala hanısa rayon, yaxud kənd olsun. Buna görə xeyli azyaşlı uşaq bağçalardan kənar qalır. Amma bu da hələ sonuncu mərhələ deyil. Növbəti üçüncü mərhələyə keçid alırıq. Növbəyazılma prosesindən maksimum 5 gün sonra mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi başlayır. Bu da ən tez 5 günə həyata keçirilir. Növbə yeri sorğuya çevrildikdə bu artıq uşağın bağçada qeydiyyata alınması demək olur. Bundan sonra valideyn 15 gün ərzində müvafiq sənədləri bağçaya təqdim edir və beləliklə, uşağın həmin bağçada təhsil almasını təsdiqləmiş olur. Bu meyarlardır”.

Elmin Nuri bildirib ki, bu prosesdə elektron sistem əsas rol oynayır:

“Lakin elektron sistemdə prinsiplərin qəlizliyi, bilik və bacarıq tələb etməsi bir çox valideynin işini çətinə salır. Mənim özümə bir neçə valideyn müraciət edib və onlara kömək etmişəm. Və hiss edirəm ki, bizə müraciət edən valideynlər savadlıdırlar, onların kompüter bilikləri az deyil, lakin yenə də nədəsə çıxılmaz vəziyyətə düşürlər”.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
17 İyun 2025 Lombard KREDİTLƏRİ: Asan çıxış, ağır nəticələr
16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?

Dünyapress TV

Xəbər lenti