Nazirlik “Uklon” taksi şirkətinə lobbiçilik edir” –
"Bu, biznesin işinə birbaşa müdaxilədir və qanuni əsası yoxdur"

Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətləri - "Bolt”, "Uber” və "Yango”da gediş haqqı artırılıb. Məlumata görə, bu gündən etibarən sözügedən taksi şirkətlərində minimal qiymət 2 manat 50 qəpik təşkil edəcək.

İstənilən qiymət artımının ölkə əhalisi tərəfindən haqlı narazılıqla qarşılandığını nəzərə alsaq, özəl biznesə aid olan taksi xidmətinin bahalaşmasının kimə lazım olduğu, nəyə xidmət etdiyi və nə dərəcədə qanuni olduğu barədə suallar yaranır.

İqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı öz sosial şəbəkə səhifəsində maraqlı paylaşım edib: "Keçən ay rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bəyan etdi ki, taksi xidmətində qiymətlər birmənalı olaraq qalxacaq və bəyan etdi ki, məqsədləri taksi gedişlərinin sayını azaltmaqdır.

Bu gün "Uber”, "Bolt” və "Yango” şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub, əvvəllər bu məbləğ 1-1,60 AZN aralığında dəyişirdi.

Qanunlara görə hökumət Tarif Şurasının səlahiyyətlərinə daxil olan sahələrdən başqa digər sahələrdə qiymət qoya, təyin edə bilməz. Taksi xidməti hökumət tərəfindən tənzimlənməyən xidmət sahəsidir. Əgər eyni gündə 3 müxtəlif taksi xidməti şirkəti eyni qiymət təyin edirsə, deməli bunu hökumət istəyib – yaxşı, nə əsasla hökumət bu addımı atıb?! Əslində bu biznesin işinə birbaşa müdaxilədir, qanuni əsası da yoxdur. Yəni, nazirlik əmrlə qiymət təyin edə bilməz, amma edir – ölkədə son 10 ildə qiyməti ucuzlaşan yeganə sahə olan taksi xidmətinin işinə müdaxilə edir, hətta bazara yeni daxil olmuş "Uklon” taksi şirkətinə lobbiçilik edir, çünki bu gün qiyməti artıran şirkətlər sırasında "Uklon” yoxdur. Bundan başqa "Uklon” şirkəti klassik "dumping”-lə məşğuldur, qiymətləri ucuz edib ki, digər şirkətləri bazardan çıxartsın, məntiqlə, anti-inhisar orqanları belə işlərlə məşğul olmalıdırlar, onlar isə gedib məhəllə dükanlarında mağaza sahibləri yiyəsiz Tükəzban xalaya, Mamed dayıya cərimə yazmaqla məşğuldurlar.

Bu suallara, yaranmış vəziyyətə hökumət izah gətirəcəkmi?! Təbii yox, niyə bizə hesabat-açıqlama verməlidirlər ki?! Hesabatlı hökumətin formalaşması üçün biz nə etmişik ki, açıqlama da versinlər?!
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti