Həbsdə olan jurnalistin həyat yoldaşı Mehriban Əliyevadan BORC istədi
Hörmətli Mehriban xanım! Diqqətinizə çatdırıram ki, həyat yoldaşım Rzayev Osman Nəriman oğlu 05 iyul 2022-ci il tarixdən Göygöl rayon prokuroru İlqar Hacızadənin və məmur dostlarının istəyilə şərlənərək qanunsuz həbs olunub. Ötən 1 il ərzində ərimin pozulmuş hüquq və azadlıqlarının bərpasına dair çoxsaylı müraciətlərimiz heç bir fayda verməmişdir. Ölkə rəhbərliyinin də gücü və marağı Göygöl rayonunun hüquq mühafizə orqanlarının özbaşınalığına, rayonumuzda tuğyan edən məmur zorakılığının aradan qaldırılmasına yetməmişdir.

Hörmətli Mehriban xanım!

Sizi də başa düşməyə çalışıram. Ola bilər ki, sizin və prezident İlham Əliyevin vaxtı yoxdur ki, vətəndaşların hüquqlarının qorunması ilə məşğul olsun. Yəqin sizin digər şəxsi və siyasi işləriniz o qədər çoxdur ki, ailəmizə qarşı Baş Prokurorluq səviyyəsində ayaq açmış hüquqi-mənəvi terror aktının varlığından belə xəbər tutmamısınız.

Məlumat üçün bildirim ki, həyat yoldaşım ömrünün 20 ilini jurnalistika fəaliyyətinə həsr etmiş, mediada çalışdığı müddətdə daim dövlətçilik və milli maraqların qorunmasına üstünlük vermiş şəxsdir. Həbsi də peşə fəaliyyətinin sıradan çıxarılmasına yönələn şər-böhtan xarakterlidir. Osman Nərimanoğlu imzası rayon prokurorunun və dostlarının yaratdığı korrupsiya maraqlarının qorunması istiqamətində təşkil edilmiş çirkin bir oyunun günahsız əsiridir.

Onu da bilin ki, mən evdar qadınam. 2 oğlan böyüdürəm. Ərimin həbsindən sonra ailəmizin dolanışıq səviyyəsi daha da ağırlaşıb. Quru çörəyə, təzə geyimə, adi gündəlik məişət qayğılarının həllinə möhtac qalmışıq. Borca-sələmə düşmüşük. Ərimə hər həftə sovqat aparmağa da artıq pul tapa bilmirik.

Rəhbərlik etdiyiniz hakimiyyətin ədalətsizliyi, yarıtmazlığı, şəxsi-maddi maraqları ucbatından günahsız bir jurnalist türmədə, ailəsi də evinin içində aclıqla, mənəvi işgəncələrlə, prokuror İlqar Hacızadənin başçılıq etdiyi dəstənin şantaj və təhdidləri ilə sınağa çəkilir.

Hörmətli Mehriban xanım!

Axı sizlər bu dövləti necə idarə edirsiniz?

Axı niyə şərait yaratmısınız ki, hüquq mühafizə orqanları rüşvət yığıb dövlət vəsaitlərini də talayan məmurları yox, onları ifşa edən jurnalisti "reket" adlandırıb həbs edir? Maraqlanın görün, etimad göstərdiyiniz Baş Prokuror Kamran Əliyev hansı marağına görə sizləri aldadır?! Kamran Əliyev nə üçün Göygöl rayonunda korrupsiya bataqlığı yaratmış prokurorun özbaşınalıqlarını vətəndaş hüquqlarından və qanunçuluqdan daha çox müdafiə edir? Niyə hələ də 5 ili tamam olmuş və təyinatından bəri 8 köməkçi dəyişmiş prokuror hələ də öz vəzifəsində saxlanılır? Bir prokuror ki, təkcə Göygöl xəstəxanasındakı maddi sümürgəçiliyə görə Vasif Əliyevlə(Göygöl rayon RMX-nın direktoru) hər gün prokurorluğun yanındakı parkda yeyib içir, DTX-nın yerli əməkdaşları bu məlumatları bilsə də dövlətdən niyə gizlədir? Prokurorun şər-böhtan kompaniyasında Osmanın yalandan üzünə duran şəxslərin 8 nəfəri məhz Göygöl xəstəxanasının işçiləridir.

Hazırda iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Ona görə də sizlərdən sadəcə bir mühüm xahişim var.

Rəhbərlik etdiyiniz Heydər Əliyev fondundan ayda heç olmazsa ailəmizə 1000(min) manat maddi yardım göndərin ki, biz acından ölməyək. Həyat yoldaşım və ailəmiz adından sizlərə söz veririk ki, həyat yoldaşım azadlığa çıxar-çıxmaz işləyib sizə olan borcumuzu qaytaracağıq.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-07_1689914516_1.jpg
demokratik.az
 
 
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
17 İyun 2025 Lombard KREDİTLƏRİ: Asan çıxış, ağır nəticələr
16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?

Dünyapress TV

Xəbər lenti