Pensiyalarla bağlı MÜHÜM AÇIQLAMA – Bundan sonra…
Bu gün əksər inkişaf etmiş ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir.
Tribunainfo.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

“Dünya təcrübəsində görür ki, vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edir. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl pensiya fondundan pensiya ala bilsin.
Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur.
Əgər özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduda ödədiyi ödənişlər nəticəsində əlavə olaraq 300 manat almaq imkanı qazanacaq”,- deyə o əlavə edib.
V.Bayramov həmçinin bildirib ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir.
“Çünki adətən pensiya fondunda vəsaitlər manatla yığılır və onun idarə edilməsi həyata keçirilir. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır.
Hətta biz təklif edirik ki, özəl pensiya fondlarının yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyası həyata keçirilsin, valyuta riskləri sığortalansın. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsinə ehtiyac var”,- deyə o əlavə edib.

Bölmənin digər xəbərləri

17 İyun 2025 Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
17 İyun 2025 Lombard KREDİTLƏRİ: Asan çıxış, ağır nəticələr
16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?

Dünyapress TV

Xəbər lenti