Ardını oxu...
Əlil və ya məhdud əmək qabiliyyətli şəxs və ya işçilərin əmək hüquqlarını qorumalı olan, bu şəxslərin əmək hüquqlarını qorumalı və ya nəzarət etməli qurumlar çoxdur: əlillərin özü, əlil təşkilatları, işəgötürənlər, əmək qanunvericiliyində ictimai nəzarəti həyata keçirən Həmkarlar Təşkilatı,bu sahədə dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidməti və sair. Lakin:
Praktika və Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına edilən müraciətlər də sübut edir ki, əlil olan şəxslərin bir çox əmək hüquqları pozulur və pozulmaqla davam edir. Halbuki:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə əlil və ya məhdud əmək qabiliyyətli digər şəxslər üçün bir çox güzəşt və təminatlar nəzərdə tutulub. Əsas məqsəd də əlil olan şəxslərin digər şəxslərlə bərabər əmək və ya məşğulluq hüququnu təmin etməkdir. Bu şəxslər üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində əsasən aşağıdakı hüquq və təminatlar nəzərdə tutulur:
1. Əlillərin hüquqlarını daha çox pozan: TSEK və DSMF-dir, biri əlilliyin təyin olunmasında, digəri isə əlillərə əmək pensiyasının təyin olunmasında.
2. AR-nın Əmək Məcəlləsinə əsasən: əlilliyi olan şəxslərə və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və digər əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
3. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa və Əmək Məcəlləsinə uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək - işəgötürənin əsas vəzifələrindən biridir.
4. İşçilərinin sayı 100-dən çox olan idarə və müəssisələrdə işçilərin orta illik siyahısayının 2,5 faizi əlilliyi olan şəxslər, o cümlədən də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmaqla kvota nəzərdə tutulmuşdur, yəni, güzəştli şərtlərlə işə qəbul olunmaqla.
5. Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti - 42 təqvim günündən az olmayaraq verilir.
6. Əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
7. İşçinin səhhəti və ya əlilliyi ilə əlaqədar, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.
8. İşəgötürən: ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda əlil olan şəxslərin işdə saxlanmasına üstünlük verir.
9. Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.
10. İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.
11. Sağlamlıqları, bilik və bacarıqları imkan verdi halda əlillərin - vəzifədə irəli çəkilmək və ya başqa işlə təmin olunmaq hüququ vardır.
12. Əmək müqaviləsi, Kollektiv müqavilə və ya Müəssisənin daxili normativ hüquq xarakterli aktları ilə əlillər üçün əmək haqqı, maddi yardım, iş vaxt və sa sahələrdə digər güzəşt və təminatlar nəzərdə tutula bilər.
13. Əlillərin : ağır, təhlükəli və zərərli işə cəlb edilməsi qadağandır.
14. Əlillərə qarşı Azərbaycan Respublikasının Əmək Məcəlləsnin tələblıtini pozan, onlar üçün nə tutulan güzəşt və təşkilatları təmin etməyən işəgötürənlər:maddi, mənəvi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
3 aya yaxındır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tərkibinə daxil olan DSMF-yə yazılı müraciətlər etsəmdə Əmək Pensiyaları h-da Azərbaycan Respublikası Qanununin 36.1-ci maddəsinin tələbinə əməl etdirə bilmədim. Bir çox hallarda cavab almadım, səhv, yanlış, Qanunun bu maddəsinə uyğun olan cavab ala bilmədim.
Əmək Pensiyaları haqqında AR Qanununin 36.1-ci maddəsi: Orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin DƏYİŞDİYİ aydan sonrakı AYIN 1-DƏN YENİDƏN TƏYİN edilir.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
"Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq" - bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, "Qeyri-dövlət pensiya fondları haqqında" Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.

Bəs görəsən bu fondlar minimum pensiya məbləğinin artmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova Sonxeber.az – a açıqlamasında bildirib ki, bu pensiya məbləğinin artımına təsir etməyəcək:

"Özəl pensiya fondlarının yaradılması yaxşı bir addımdır. Bu, ona görə əhəmiyyətlidir ki, insanın işlədiyi dövr ərzində onun pensiya kapitalını müəyyənləşdirən sosial ayırmalar var. Həmin ayırmalar özəl fondda toplanır və vətəndaşlar 50-55 yaşlarında həmin pulu götürə bilir. İndiyə qədər ölkəmizdə belə bir sistem olmayıb. Gələn ildən bunun tətbiqinə başlanılması düşünürəm ki, vətəndaşlar üçün əlverişli və əhəmiyyətli olacaq. Çünki, bizim ölkəmizdə vətəndaşlar müəyyən yaşa çatmadan pensiya ala bilmirlər. Lakin, bu sistem tətbiq olunduqdan sonra vətəndaşlar 50-55 yaşlarında həm özəl pensiya fondlarında toplanan pulu götürüb biznes qura biləcək, həm də yaşları çatdıqda öz pensiyalarını ala biləcəklər. Ancaq, hal-hazırda belə bir sistem olmadığına görə vətəndaşların pulu yığılır və orda qalır. Hətta bizdə bir pensiyaçı vəfat etdikdən sonra onun illərlə pensiya fonduna verdiyi kapital da batır. Həmin pul vəfat edən şəxsin ailəsinə verilmir. Amma pensiya fondları yarandıqdan sonra pul orda qalacaq və vətəndaş istədiyi vaxt onu əldə edə biləcək. Əgər vəfat edərsə, ailə üzvləri də həmin pulu əldə edə biləcək.

Lakin, özəl pensiya fondlarının yaradılması o demək deyil ki, bu, minimum pensiya məbləğinə təsir edəcək. Bu, mümkün deyil. Çünki, bizdə pensiya minimum əməkhaqqı əsasında formalaşır. Yəni, ölkədə minimum əməkhaqqı artdıqda bütün kateqoriyalardan olan maaş sistemi, pensiyalar, təqaüdlər də artır. Bu da dövlət başçısının sərəncamı ilə həyata keçirilir. Pensiya fondları sadəcə insanların öz həyatlarını yaxşılaşdırmasına dəstək olmaq üçün yaradılır. Bu, pensiya məbləğinin artımına təsir etməyəcək".
 
 
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamlarının imzalanması humanizm və mərhəmət prinsiplərinə əsaslanır. Bu qərarlar adətən, əlamətdar tarixlərdə və yaxud xüsusi hadisələr zamanı qəbul edilir. 2023-cü ildə ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük əfv sərəncamı qəbul olundu ki, bu da 801 məhkuma şamil olundu.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

“2024-cü il mayın 25-də Prezident İlham Əliyev tərəfindən sayca 70-ci əfv sərəncamı qəbul edildi. Sözsüz ki, əfv sərəncamlarının imzalanma tezliyi və tarixi əvvəlcədən təyin edilmir. Bu qərarlar ölkə başçısının müstəsna səlahiyyətlərindədir”, - deyə o söyləyib.

Komissiya üzvünə görə, əvvəlki illərin xronologiyası göstərib ki, əfv sərəncamları daha çox Novruz bayramı ərəfəsində imzalanıb:

“Xüsusi hadisələrlə yanaşı, 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də əfv sərəncamları qəbul edilib. Sözsüz ki, bu il də əfv sərəncamının imzalanacağını söyləmək çətindir”.

Əliməmməd Nuriyev bildirib ki, il ərzində adətən, bir əfv sərəncamı imzalanır:

“2024-cü ilin mayın 25-də əfv sərəncamı imzalandığına görə, bu ilin sonunda əfvin olması ehtimalı azdır. Çünki bu il artıq bir dəfə əfv sərəncamı olub. Həmçinin bir il ərzində bir neçə dəfə əfv sərəncamı ilə bağlı qərar qəbul edilmir. Ona görə də bu ilin sonuna əfv sərəncamının olması ehtimalı çox da böyük deyil”.
 
Ardını oxu...
AR Əmək Məcəlləsinin 78.1 - ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
Lakin, bu o demək deyildir ki, bu halda işəgötürən işçinin peşəkarlığını formal olaraq müəyyən edir, istədiyi işçini işdə saxlayır və istədiyi işçinin əmək müqaviləsini ləğv edir.
Çox təəssüf ki, qanunun bu maddəsindən həm işəgötürənlər, həm də bir çox hakimlər sui-istifadə edir.
Belə ki İşçilərin peşəkarlığı müəyyən edilərkən - işəgötürən tərəfindən:
Bütün işçilər üçün eyni qaydada müəyyən kriteriya və ya meyarlar müəyyən edilməli, qiymətləndirmə aparılmalı, işçilərin bilik və bacarıqları, əmək funksiyasını yerinə yetirmə bacarığı, göstərdi nəticələr və sair hallar nəzərə alınmaqla həyata keçirilməli, işçilərə qarşı bu hallarda ayrı - seçkilik hallarına yol verilməməlidir.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə işçilərin əmək münasibətlərində aşağıdakı hüquqları da vardlr:
1. İşçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə işçinin işyeri, vəzifə və orta əmək haqqı saxlanılır.
2. İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə, işçinin sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər.
3. İşçi əmək hüquqlarının, qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, AR - nın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
4. Pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar işçi məhkəməyə vəya məhkəməyə qədər əmək mübahisələrini həll edənorqana müraciət edə, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş şərtlər və qaydalara uyğun olaraq təkbaşına tətil edə bilər.
5.İşçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul və vasitə ilə işəgötürən, işçinin iş yerinin rəhbəri və ya digər şəxslər tərəfindən məhdudlaşdırmasına, habelə belə tətilin keçirilməsinə mane olmasına yol verilmir.
6. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər.
7. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən işçinin əmək müqaviləsini ləğv edə bilməz.
8.Tətil müddəti bitənədək işçitətili dayandıra və işə başlaya, əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
9. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə qərar qəbul edərsə, işçi müvafiq qaydada intizam məsuliyyətinə cəlb edilə bilər.
Azer Quliyev
TEREF
 
 
 

Ardını oxu...
 

Dövlət sektorunda həyatın yığım sığortası üzrə vergi və sığorta güzəştləri 1 yanvardan ləğv olunur.

Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin (3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqlarının gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azadolması ilə bağlı güzəştlərin) dövlət sektoruna münasibətdə 1 yanvar 2025-ci il tarixindən tətbiqinin ləğvi təklif olunur.

Bu, "Sosial sığorta haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Beləliklə dövlət sektoruna münasibətdə həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin 2025-ci il 1 yanvar tarixindən sonra bağlanılmış müqavilələrə münasibətdə məhdudlaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, layihədə davam edən həyatın yığım sığortası üzrə sığorta müqavilələrinə münasibətdə keçid dövrü üzrə qeyd edilən müddəanın tətbiq edilməməsi nəzərdə tutulur. Belə ki, dövlət sektoruna aid edilən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta güzəşti həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq ediləcək.

Həmçinin 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə sosial sığorta güzəştinin 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiqi nəzərdə tutulur. Belə ki, 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta güzəşti yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq ediləcək.

Qanunun qəbulu ilə sığortaedənlər (sığortalılar) tərəfindən hesabatların təqdim edilməsi prosesində təcrübədə yaranmış uyğunsuzluqlar aradan qaldırılacaq, sığortaedənlərin (sığortalıların) fəaliyyətinin müvəqqəti dayandırılması, habelə sığortaedən (sığortalı) hüquqi şəxsin ləğv edilməsi, yaxud fiziki şəxsin fəaliyyətinə xitam verilməsi zamanı hesabatın təqdim edilməsi vaxtı tənzimlənəcək.

Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə ləğvi nəticəsində dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır./Referans.az

Ardını oxu...
“Üç azyaşlı övladım var. Yoldaşım fəhləlik edirdi. İndi səhhətində yaranan problemlərə görə onu da edə bilmir. Dəfələrlə sosial yardım üçün müraciət etmişik, amma imtina gəlib”.

Bu şikayətlə “Qafqazinfo”ya Masallı rayonu Nəzəroba kənd sakini Leyla Nəzərova müraciət edib.

Azyaşlı övladları olduğu üçün işləyə bilmədiyini deyən L.Nəzərova hazırda heç bir gəlirinin olmadığını bildirir: “Yoldaşımın ailəsi ilə birlikdə yaşayırıq, öz evimiz yoxdur. Hazırda yaşadığımız ev də şəraitsizdir. 3 uşağım məktəbə gedir, nə geyimlərini ala bilirik, nə günlük xərclərini qarşılayırıq. Ümidimiz təkcə sosial yardıma idi, o da verilmir. 2019-cu ildən ünvanlı sosial yardım almaq üçün dəfələrlə müraciət etsəm də, hər dəfə bir bəhanə gətirərək imtina verilir. Axırıncı dəfə 2024-cü ilin iyun ayında sənədlərimi nazirliyə göndərdim. 4 ay tamam olanda gəldilər, yoxlanış apardılar, bir səhvi əsas tutaraq imtina verildi. Mən narazılığımı bildirəndə dedilər ki, “sənədlərini təzədən göndər, biz köməklik göstərərik”. Mən də təzədən sənədlərimi hazırlayaraq oktyabrın 4-ü ünvanlı sosial yardım almaq üçün nazirliyə təqdim etdim. Noyabrın 6-sı yenidən evə yoxlanış gəldi. Bu dəfə verilən vergini əsas tutaraq imtina cavabı verildi”.
Ardını oxu...
Şikayətçi deyir ki, bu dəfə qaynar xəttə zəng etdikdə ona vergi ilə bağlı səbəb göstərilib: “Bildirildi ki, verginin ödənilməsi 9 aydır, təzə qaydaya görə bir il olmalıdır ki, müraciət edə biləsiniz. Ancaq mənim əlimdə 13 ayın qəbzi var. Bildirəndə ki, vergi borcum yoxdur, Masallı rayonu üzrə vergi idarəsindən arayış alaraq Dövlət Sosial Müdafiə Fonduna ərizə şəklində yazılı təqdimat verməyimi istədilər. Həmin idarəyə müraciət etdikdə isə dedilər ki, “sizə heç ərizə lazım deyil, sistemdə vergi ödənişləri görünür”. Mən bu gün nə maaş alıram, nə pul qazanıram. Yoldaşımın ağciyərində problem var. Gündəlik xərclərimizi ödəmək üçün pul tapmayan bir vaxtda zülmlə borc-xərc edib həmin vergini ödəyirəm ki, ünvanlı sosial yardım ala bilək. Amma ona da imtina gəlir”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumun mətbuat katibi Rəşad Mehdili sorğumuzla bağlı bunları bildirdi: “Masallı rayon sakini Nəzərova Leyla Möhübbət qızının ünvanlı sosial yardımla bağlı elektron sistemə sonuncu müraciəti bu ilin oktyabrın 4-də olub. Ailənin sosial yardım almaq hüququna baxılarkən müəyyən edilib ki, məşğulluğu torpaq pay mülkiyyəti ilə təmin edilən ailə üzvlərinin, sahibkarlıq fəaliyyəti üzrə gəlirlərinə dair “ərizə-bəyannamə”də qeyd olunmuş məlumatlar təsdiqini tapmır. Bu səbəbdən müraciətə imtina verilib”.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ölkəmizdə də uzun müddətdir ki, bir sıra sığorta növləri tətbiq edilir.

Bu sığorta növləri arasında ən geniş yayılan avtomobil, daşınmaz əmlak, həyat sığotasıdır. Ancaq bir sıra xarici ölkələrdə sığorta növlərindən daha geniş şəkildə yararlanırlar. Belə ki, insanlar geniş yayılmış sığorta növlərindən əlavə artıq səsini, müxtəlif bədən üzvləri üçün belə, sığortadan istifadə edirlər.

Maraqlıdır, ölkəmizdə insan həyatı ilə bağlı sığorta zamanı təxminən nə qədər vəsait tələb olunur və insan istəsə, məsələn, səsini, bədənin ayrı-ayrı üzvlərini sığorta etdirə bilərmi, belə hal müşahidə edilibmi?

Azərbaycan Sığortaçılar Assosiasiyasından məsələ ilə bağlı “Cebheinfo.az”-a bildirilib ki, bu gün ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri həm həyat, həm də qeyri-həyat riskləri üzrə sığorta xidmətləri təklif edirlər:

“Həyat sığortası istiqamətinə nəzər salsaq deyə bilərik ki, burada sığortalanmaq üçün tələb olunan vəsait, yəni sığorta haqqı (tarifi) sığorta məhsuluna görə və müvafiq sığorta məhsulunun şərtlərinə görə dəyişə bilir.

Hazırda yerli həyat sığortası bazarında 1-i icbari, 4-ü könüllü olmaqla 5 həyat sığortası növü var. Bunlar, “Həyatın yaşam sığortası”, “Həyatın ölüm halından sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Əmək qabiliyyətinin sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləridir.

Təklif olunan növ sayı az olsa da, həyat sığortaları bu gün ümumi sığorta bazarı üçün lokomotiv hesab olunur. Çünki dövri sığorta icmallarına da nəzər salsaq görərik ki, ən irihəcmli sığorta yığımları məhz həyat sığortalarındadır.

Məsələn, təkcə “Həyatın yaşam sığortası” üzrə 2024-cü ilin yanvar-oktyabr ayları üzrə yığımlar 501.2 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 41.7 milyon manat çoxdur.

Bundan əlavə olaraq, həyat sığortalarına müştəri marağının artırılması üçün mütəmadi olaraq yeni məhsullar hazırlanır. Belə ki, bu yeniliklər sırasında misal göstərə bilərik ki, bu yaxınlarda Azərbaycan Mərkəzi Bankı tərəfindən həyat sığortalarına yeni tənzimləyici qaydalar gətirildi.

Yəni AMB-nin İdarə Heyətinin 2024-cü il 16 may tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlərin təsdiq edilməsi ilə həyat sığortası bazarında mövcud olan “Kredit həyat sığortası” məhsulu üzrə şərtlər sadələşdirildi və müştəriyə əlçatanlıq tam təmin olundu”.

“İnsan istəsə, məsələn, səsini, bədənin ayrı-ayrı üzvlərini sığorta etdirə bilərmi və belə hal müşahidə edilibmi?” - sualına gəldikdə, Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, hər bir xidmət sahəsində olduğu kimi sığorta sektorunda da tələb və təklif faktoru xüsusi əhəmiyyət təşkil edir:

“Müştəri istəyi, istehlakçı tələbi, mövcud şərtlər fonunda yaranmış ümumi tələbat sığorta bazarı üçün əsas istiqamətlərdəndir. Lakin bu tələb xüsusi kütləvilik təşkil etməlidir ki, sığorta bazarı iştirakçıları da müvafiq olaraq yeni məhsul yarada bilsin.

Çünki burada risk faktorların ölçülməsi, məhsulun dayanıqlığının və alıcılıq qabiliyyətinin təmin olunması əsas faktorlardandır. Hazırda sığorta bazarı iştirakçılarından səsin və ya bədənin hər hansı bir hissəsinin sığortalanması kimi qeyri-ənənəvi istiqamətlərdə müraciətlər daxil olmayıb”.

Nigar Abdullayeva
“Cebheinfo.az”
 
Ardını oxu...
Bank olmayan kredit təşkilatları (BOKT) tətbiq etdiyi yüksək faizlər səbəbindən ictimaiyyətin ən çox şikayət etdiyi qurumlardandır.

Azərbaycan Mərkəzi Bankı "Bank olmayan kredit təşkilatlarında (BOKT) kredit risklərinin idarə edilməsi Qaydası"nı təsdiqləsə də, nəticə dəyişməyib. BOKT-lar yenə də yüksək faizə kreditlər təklif edirlər.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli TNS-ə açıqlamasında bildirib ki, bu tipli məsələlərə Mərkəzi Bankın mövqeyindən baxmaq lazımdır.

Onun sözlərinə görə, Mərkəzi Bank bu sahədə hakim rolunu oynayır: "Vətəndaşlarda niyə BOKT-a müraciət etmək məcburiyyəti yaranır? Əsas məsələ budur. Hansı ağlı başında olan adam 45 faizlə borc götürər? Ona görə də vətəndaşın niyə bu vəziyyətə gəldiyi məsələsi müzakirə olunmalıdır. Hansı ehtiyaclar vətəndaşı məcbur edir ki, bank olmayan kredit təşkilatlarından fantastik, yüksək faizlərlə borc götürsün? Bax, artıq hökuməti düşündürməli məsələ budur. Biz adətən nəticəni müzakirə edirik, səbəblər kənarda qalır. Səbəb vətəndaş üçün yaranan məcburiyyətdir. Bu səbəblər aradan qalxsa, mənə elə gəlir ki, bu problem də avtomatik şəkildə həll olunacaq".
 

Dünyapress TV

Xəbər lenti