Ardını oxu...
Azərbaycanda siqaret və alkoqoldan istifadə halları artıb. Bunu statistik rəqəmlərə baxanda da müşahidə etmək olur. Çünki sözügedən sahə üzrə xərclənən vəsaitlərin də miqdarında artım nəzərə çarpır.

Məsələni Yenisabah.az-a şərh edən sabiq deputat Rüfət Quliyev bildirib ki, Azərbaycan bu mövzu üzrə dünya ölkələri ilə müqayisədə siyahıda orta yerdə dayanıb:

“İlk olaraq, bu xərclərin artmasının səbəblərindən biri odur ki, indi siqaret çəkməyə erkən yaşdan başlayırlar. Ancaq daha çox siqaret və alkoqollu içkilərin qiymətinin artması faktoru da burada daha çox rol oynayır. Bu yaxınlarda aksiz vergisinin artması istər siqaretin, istərsə də alkoqollu içkilərin qiymətinin artmasına təsir göstərib. Mən bir siqaret çəkən şəxs olaraq, hər kəsə tövsiyəm ilk o olur ki, siqaretə başlamaq lazım deyil. Çünki sonra bu vərdişi tərgitmək çətin olur. Mədəniyyət cəhətdən bu müsbət deyil ki mənfidir. Həm alkoqolda, həm də siqaretdə Azərbaycan siyahının nə yuxarısında, nə də aşağısındadır. Orta sıralamadadır. Qorxunc vəziyyət yoxdur. Amma təbii ki, dövlət bununla mübarizə aparır və çalışır ki, alkoqoldan və tütün məmulatlarından istifadə azalsın. Hər halda azaltmaq lazımdır. Yaxşı haldır ki, spirtli içkilərdən cavanlar o qədər də istifadə etmir. Lakin məktəblilər arasında siqaretdən istifadə halları artıb. Bu isə heç də xoşagələn hal deyil”.

R.Quliyev qeyd edib ki, alkoqollu içkilərin yerli istehsalı idxal olunanlardan nisbətən daha ucuz başa gəlir

“Hardasa, 20-30 faiz fərq nəzərə çarpır. Yerli mallar dünya brendləri qədər olmasa da, keyfiyyətində heç bir problem yoxdur. Sağlamlığa vurduğu zərərə gəlincə isə, istər yerli, istərsə də xarici istehsal olan bu cür içkilərin hamısı insan səhhətinə eyni dərəcədə ziyanlıdır”.

Sabiq millət vəkili toy məclislərində müşahidə edilən xoşagəlməz vəziyyətlə bağlı bir neçə nüansa da toxunub:

“Son vaxtlar toylarda yemək və alkoqollu içkilərin ifrat dərəcədə olmasını müşahidə edirəm. Ən azı 2-3 növ araq, konyak, 4-5 cür şərab süfrəyə qoyulur. Pivə, viski və digərlərindən heç danışmıram. Spirtli içkilərlə bərabər yemək çeşidləri də çoxluq təşkil edir. Toy günü qonaqların hamısı şadlanır. Ancaq hesab bağlanma anına gələndə əhval-ruhiyyə o qədər də yüksək olmur və maliyyə problemləri yaranır. Hər kəs istəyir ki, övladını toyunu təmtəraqlı şəkildə qeyd etsin, içkisi, yeməyi süfrədə bol olsun. Ancaq insanların özü də bunu artıq almalıdır ki, sözügedən durum heç də yaxşı haldan xəbər vermir. Ona görə də insanlar özü belə məsələləri həll etməlidirlər”.
 

Ardını oxu...
"Bu ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 512 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib".

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 989 mln. manat, Prezident təqaüdləri üzrə 632 mln. manat ödənilib.

"Cari ilin 11 ayında 141 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 711 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib", - deyə məlumatda qeyd edilib.
Ardını oxu...
Bakının Binəqədi, Yasamal, Səbail, Xətai, Sabunçu və Suraxanı rayonlarının 15 küçəsində yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi nəzərdə tutulur.

Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi hazırlıqlara başlayıb.

Məlumata görə, proses Binəqədi rayonunun II Mədən, Gənclik, 10 May və Davud Əhmədov, Yasamal rayonunun Zivər bəy Əhmədbəyov, Səbail rayonunun Əli Nəzmi, Salman Mümtaz və Seyran Məmmədov, Xətai rayonunun Marat Əmirxanov, Sabunçu rayonunun Babək, Möhsün Sənani, Əsildar Məmmədov və Mehdi Hüseynzadə, Suraxanı rayonunun Səttar Bəhlulzadə və 46-cı Yeni Suraxanı küçələrindəki yaşayış binalarında yerləşən mənzilləri və qeyri-yaşayış obyektlərini, eləcə də onların əlavə artırma sahələrini əhatə edəcək.

Qiymətləndirmə Konstitusiyaya, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna, milli və beynəlxalq qiymətləndirmə standartlarına, müvafiq qanunvericilik aktlarına uyğun şəkildə aparılacaq.
 
Ardını oxu...
Polşa hakimiyyəti Ukraynaya təxminən 100 milyon avro dəyərində yardım ayırmaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Lvovda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.

“Biz 45-ci yardım adlandırılan yardımla bağlı son detalları razılaşdırdıq. Bu yardımın dəyəri təxminən 100 milyon avro təşkil edəcək”, – Tusk vurğulayıb.
 
Ardını oxu...
Ölkənin sənaye bazarı təmamən sıradan çıxacaq. İnsanlar yalnız qidalanma və təhsil xərclərini qarşılaya biləcəklər.
Gələn ildən bazarlarda işləyən sahibkarlardan vergi orqanında uçotda olmaları tələb ediləcək. Onlar yalnız bundan sonra işləyə biləcəklər. Əks təqdirdə bazar mülkiyyətçiləri və ya idarəediciləri cərimə ediləcəklər. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Bu dəyişiklik kənd təsərrüfatı məhsulları bazarlarına aid edilməyəcək.
Bu ilk növbədə geyim, təmizlik, tikinti materialları bazarında ciddi qiymət artımına səbəb olacaq. Vergi uçotunda olmayan "Sədərək", "Binə", "Eurohome" və sair bu kimi iri ticarət mərkəzlərində çalışanlar vergi uçotuna alınacaqlar.
Nəticədə rəsmiləşmə, vergi qeydiyyatı onsuz da idxaldan asılı olan, onlayn ticarətin genişlənməsi səbəbindən zəifləyən geyim, təmizlik, hətta pərakəndə ərzaq dükanlarında da qiymətləri artıracaq.
Beləliklə bahalaşma nəticəsində təkcə sahibkar ziyana düşməyəcək, eyni zamanda vətəndaş da alıcılıq qabiliyyətini bahalaşmaya görə bir az da itirmiş olacaq.
Bir məqama da diqqət edək. 2024-cü ilin 10 ayı ərzidnə əhalinin ümumi xərclərinin təxminən 56%-i ərzaq, içkilər və tütün məhsullarına yönəlib. Təxminən 20 faiz isə təhsil və səhiyyə xərcləridir.
Nəticə etibarilə də ölkə vətəndaşları geyim, inşaat, əyləncə kimi xərcləri üçün gəlirlərindən vəsait ayıra bilmirlər. Yəni 2023-cü ildə bunun üçün əlində ən yaxşı halda illik gəlirindən 20 faiz vəsait qalırdısa, 2024-cü ildə artan infilyasiya səbəbindən həmin büdcə 16 faizə qədər kiçilib.
Görünən odur ki, 2025-ci ildə Azərbaycan vətəndaşları yalnız ərzaq və təhsil üçün vəsaiti formalaşdıra biləcəklər. Nəticə etibarilə də fərdi təmir-tikinti, geyim, əyləncə kimi xərclər üçün vəsait ən yaxşı halda illik gəlir büdcəsində 10 faiz olacaq.
Razi Abasbəyli
TEREF
Ardını oxu...
Donald Tramp ABŞ Poçt Xidmətini özəlləşdirmək istəyir.

TEREF xəbər verir ki, bu addım strukturun ciddi maliyyə itkilərinə məruz qalması ilə bağlıdır.

Tramp hesab edir ki, dövlət özü ilə həmyaşıd olan Poçt Xidmətinə subsidiya verməməlidir. Konqresdəki respublikaçılar və Trampın çevrəsinin üzvləri federal xərclərin azaldılmasını tələb edirlər və buna görə də Poçt xidməti tezliklə özəlləşdirilə bilər.

Xidmətin itkiləri 30 sentyabrda başa çatan 2024-cü maliyyə ildə 9,5 milyard dollara çatıb. Qurum obyekt və avadanlıqların təkmilləşdirilməsinə böyük sərmayələr yatırsa da, poçt göndərişləri həcmlərində davamlı azalmalar və paketlərin çatdırılması biznesində gözləniləndən daha yavaş artım nəticəsində gəlir əldə edə bilmir. İllik maliyyə hesabatına görə, Poçt Xidmətinin təxminən 80 milyard dollar borcu var.

Nəşrin fikrincə, özəlləşdirmə adi amerikalılar və biznes üçün təchizat zəncirlərini ciddi şəkildə poza, yüz minlərlə işçini istefaya getməyə məcbur edə bilər. Məsafədən və ya qiymət-səmərəlilikdən asılı olmayaraq, xidmət qanunla poçtun çatdırılmasını tələb edir. Bu o deməkdir ki, o, çox vaxt ölkənin ucqar bölgələrinə paketləri çatdıran yeganə təşkilatdır. (Musavat.com)
 
Ardını oxu...
Tıxacların artması, ictimai nəqliyyatın bərbadlığı və infrastruktur problemləri ucbatından Bakı və Abşeronun bir çox ərazilərində evlərin qiymətləri ucuzlaşıb. Hazırda ən çox tələb görən qəsəbə və massivlərdə belə satışlar olduqca durğunlaşıb.
Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, sözügedən ərazilərdən biri də məhz Xırdalan şəhəridir.
Son illər vətəndaşların daşınmaz əmlak almaq məqsədi ilə ən çox müraciət etdiyi yerlərdən biri olan Xırdalanda yeni tikililərin qiyməti xeyli ucuzlaşıb. Şəhərdə ilin əvvəlki dövrləri ilə müqayisədə qiymətlər 20-25 faiz aşağı enib.
Müşahidə olunan tendensiya satış saytlarında da öz əksini tapıb. Bunun üçün sadəcə bir neçə elana nəzər yetirmək kifayətdir. Məsələn, şəhər ərazisində satışa təklif olunan tam təmirli 2 otaqlı, 50 kvadratmetr sahəsi olan yenitikili mənzilin qiyməti 65 min manat, 36 kvadratmetrlik 1 otaqlı tam təmirli mənzilin qiyməti 37 min manat, 3 otaqlı mənzilin qiyməti isə cəmi 75 min manat dəyərindədir.
Ucuzlaşma təkcə yeni tikililərdə deyil, köhnə beşmərtəbəli binalarda da özünü göstərir.
Yerli realtorlar ucuzlaşmanı bir çox səbəblə əsaslandırırlar. Onların bir çoxu, Xırdalanda illərdir davam edən nəqliyyat problemi, intensiv tıxaclar və kanalizasiya sistemlərinin bərbad vəziyyətdə olmasını qiymət tendensiyasını formalaşdıran başlıca amil kimi görür.
Son aylar paytaxt ərazisində müşahidə olunan dəhşətli nəqliyyat sıxlığı Xırdalandan da yan keçmir. Bu kimi səbəblərdən sakinlərin bir çoxu fərdi yaşayış evlərini satmağa və nisbətən daha əlverişli ərazilərə köçməyi planlaşdırır.
Maklerlər qiymətlərin növbəti il ərzində də ucuzlaşa biləcəyini istisna etmir.
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti 2025-ci ildə keçiriləcək bayramlarla bağlı qərar verib.

TEREF-ın xəbərinə görə, Dövlət qurumlarının açıqlamasına görə, 2025-ci ildə aşağıdakı bayram günləri iş günü hesab olunmayacaq və bu günlər rəsmi tətil olacaq:

Novruz bayramı 20, 21, 22, 23 və 24 mart tarixlərində qeyd olunacaq. Ramazan bayramı isə 30 və 31 mart tarixlərində qeyd ediləcək. Qurban bayramı isə 6 və 7 iyun tarixlərində olacaq.

Qeyd edək ki, 2025-ci ilin bu mühüm bayram günlərində ölkədə yalnız iş yerlərində deyil, həmçinin təhsil müəssisələrində də fəaliyyətlər dayandırılacaq. Şagirdlər və müəllimlər üçün bu tətil günləri istirahət baxımından önəmli olacaq. Beləliklə, 20, 21, 22, 23, 24, 30 və 31 mart, 6 və 7 iyun tarixlərində təhsil müəssisələrində tətil olacaq./ajans.az
 
Ardını oxu...
Bir neçə gün əvvəl növbəti dəfə güzəştli mənzillərin satışı həyata keçirildi. 35 saniyə ərzində mənzillər satıldı. Bu dəfə prosesə haker müdaxiləsinin olması barədə rəsmi məlumat yayılmadı. Lakin güzəştli mənzil satışının həyata keçirilməsi qaydaları insanlar arasında birmənalı qarşılanmır. Bu evlərə sahib olmağın daha çox insanların kompüter bacarıqları və qarşılarındakı avadanlıqların texniki göstəricilərindən asılı olması narazılıqlara səbəb olur.

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında deyib ki, güzəştli mənzil satışında sosial həssaslıq nəzərə alınamalıdır:

“Amma bu layihə hakerlər, kompüter mühəndisləri kimi insanlar arasında keçirilən mənzil əldə etmə çempionatına çevrilib. Burada heç bir ədalətdən, məntiqdən söhbət gedə bilməz. Başqa ölkələrin təcrübəsinə baxanda biz görürük ki, rahat şərtlərlə insanlar ev ala bilirlər. 1-2 faizlik kreditlərlə, uzunmüddətli və az tələblə mənzil sahibi olurlar.

Bizdə isə şərtlər ağırdır, elə bir texnoloji hazırlıq tələb olunur ki, sadə insanların bu prosesdən anlayışı yoxdur, ola da bilməz. Kimin pulu varsa, 5-10 min manat verir, özünə güclü bir mütəxəssis tutur, bir neçə saniyəyə evə sahib olur. Əgər bu sosial layihədirsə, ehtiyac meyarına görə seçim edilməlidir. Normal qaydada şərtlər olmalıdır və proses şəffaf, adi şəkildə aparılmalıdır. Bura yarış, çempionat deyil, kim qabağa düşdü prinsipi olmamalıdır”.

Ekspert hesab edir ki, bu layihə əhalinin müəyyən kateqoriyalarının əlçatanlığını təmin etmək üçün, güzəştli, uzun müddətli kreditlə ev sahibi olması üçün dövlətin dəstək verdiyi bir layihə olmalıdır:
“Belə olan halda ölkənin bütün vətəndaşları, savadsız olsa belə, bu kriteriyalara cavab verirsə, prosesdə iştirak edə biləcək.

Aydın məsələdir ki, hamıya ev çatmayacaq. Amma söhbət nədən gedir – tutaq ki, 100 nəfər var, mənzil sayı isə 20-dir. 100 nəfərin içindən 20-sini seçmək üçün konkret kriteriyalar, şərtlər, tələblər qoyula bilər. Hər şey sənədli şəkildədir, bunu seçməyə nə var ki?!

Hansı 20 nəfər sosial cəhətdən daha ağır vəziyyətdədirsə, ona da ev verilməlidir. İctimai nəzarət altında həmin 20 nəfər seçilir və nəticələr elan olunur. Amma indiki biznes layihənin sosial təminata, xalqa heç bir aidiyyəti yoxdur. Sadəcə binalar tikilir və internetdə daha tez işləyən şəxslər onların sahibi olur. Məsələnin heç bir sosial tərəfi yoxdur. Ona görə də layihə yenilənməlidir və həqiqi ehtiyac sahibləri bunda iştirak etməlidirlər”.

Törə Zeynallı
Demokrat.az
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmət keyfiyyətini daha da artırmaq və vətəndaş məmnuniyyətini təmin etmək məqsədi ilə növbəti yeniliyə imza atılıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, elektron xidmətlərin tətbiqi nəticəsində vətəndaşlar “Kapital Bank”ın “Birbank” mobil tətbiqinə daxil olaraq əməliyyatlar hissəsində uşağın anadan olmasına və dəfnə görə onlara təyin edilmiş birdəfəlik müavinətləri görə biləcəklər.

Müavinətin məbləği, hansı növə aid olduğu barədə məlumatlar “Birbank” tətbiqində əks olunacaq.

Həmin məbləği “Kapital Bank”dan nağdlaşdırmaq və ya “Birbank” tətbiqi ilə istənilən karta köçürərək də əldə etmək olar.

“Birbank” mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndəriləcək ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkün olacaq.
 
 
 

Dünyapress TV

Xəbər lenti