Ardını oxu...
“Bej Kitab” hesabatı: İnflyasiyanın təzyiqləri azalır“Bej Kitab” hesabatı: İnflyasiyanın təzyiqləri azalır
facebook sharing buttontwitter sharing buttonwhatsapp sharing buttonsmartbee sharing button

ABŞ-də şirkətlərin inflyasiyadan qaynaqlanan təzyiqlərinin azaldığı açıqlanıb.

Teref.az “Sözçü”yə istinadən bildirir ki, bu barədə ABŞ Federal Ehtiyat Sisteminin (FED) dərc etdiyi “Bej Kitab” hesabatda məlumat verilib.

FED-in ölkəni təşkil edən 12 bölgədə oktyabrın 7-nə qədər apardığı araşdırmaları bir araya gətirən hesabatına görə, inflyasiyadan gələn təzyiqlər bir qədər azalıb və bu azalmanın davam edəcəyi gözlənilir. Bu fonda mərkəzi bankın ardıcıl dördüncü dəfə faiz dərəcələrini 75 baza bəndi artıracağına dair gözləntilərinin ciddi bir dəyişikliyə səbəb olmayacağı proqnozlaşdırılır.

Baxmayaraq ki, şirkətlər qiymət təzyiqlərinin yüksək olaraq qaldığını qeyd edirlər.

Belə ki, iqtisadi aktivliyin azaldığı bölgələrdəki şirkətlər tələbin zəif olmasının yüksək faiz dərəcələri, inflyasiya və təklifin azalması ilə bağlı olduğunu bildiriblər.

Mütəxəssislər hesab edirlər ki, mövcud bazar qiymətləri ilə hesablandıqda ailənin bir üzvünün yaxşı yaşaması üçün minimum aylıq 1000 manatı keçən gəliri olmalıdır. Amma sağlamlıq, istirahət xərclərini də nəzərə alanda vəziyyət daha da mürəkkəbləşir.

AzToday.az “Kaspi”yə istinadən xəbər verir ki, son vaxtlar dükan-bazarda tez-tez bahalaşma ilə rastlaşırıq. Qiymətlər artdıqca, təbii olaraq, aylıq xərclər də çoxalır. Bu xərclər də maaş, təqaüd hesabına ödənir. Bahalaşma əslində, öyrəşdiyimiz standartları da dəyişir. 3 il öncəki xərclərlə indikilər eyni deyil.

Maraqlıdır, bu gün Azərbaycanda bir ailənin normal yaşaması üçün aylıq nə qədər vəsait lazımdır?

Məlumat üçün bildirək ki, 2022-ci ilin dövlət büdcəsində əhali üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

210 manatla istehlak səbətini doldurmaq mümkündürmü?

İqtisadçı ekspert Rauf Qarayev deyir ki, hazırda bazarda 50 kq-lıq unun qiyməti 45-50 manatdır: “Bir adam üçün illik təxmini, 2,5 kisə un lazımdır. Qiymət baxımdan hazırda bunu 50 manatdan götürsək, 137 manat pul edir. Yəni, unun kilosu 1 manata düşür. Bazarda çörəyin qiymətinə baxsaq və uyğunluq aparsaq, 380 qramlıq çörək 50 qəpiyə satılır. Beləliklə, istehlak səbəti ilə müəyyən etmək olar ki, bir adamın tək çörəyinə gündəlik azı 50 qəpik lazımdır. Bu, əmək qabiliyyətli şəxs üçündür. Burada pensiyaçılar və uşaqlar üçün norma daha aşağıdır. Üstəlik, qoyulan minimum təkcə çörək üçün deyil, bütün un məhsullarına aid edilib. Minimum əmək haqqı 300 manatdır. 300 manatdan vergiləri çıxsaq, təxmini 270 manat edir. Bunun 50 qəpiyi tək bir nəfər üçün gündəlik çörəkdir. Hesab etsək ki, orta hesabla 1 ayda 30.4 gün var. Deməli, bir insan bir ay ərzində yalnız çörəyə 15 manat 20 qəpik pul xərcləməlidir. Yerdə 254 manat vəsait qalır. Səbətdə əmək qabiliyyətli əhali üçün kartof illik 54.80 kq nəzərdə tutulub. Bir günlük norma təxmini 150 qramdır. Bu qiymətlə aylıq 4 kq 560 qr kartofu hesablasaq, kartofun qiyməti hazırda 80 qəpikdirsə, ona çəkilən xərc aylıq 3 manat 65 qəpik edir. 254 manatdan çıxsaq, yerdə 251.15 manat vəsait qalır”.

 
Ardını oxu...
 
 
 
 
 

“Minimum əməkhaqqı bazar qiymətlərindən 3 dəfə aşağıdır”

Bu gün ən çox bahalaşma yağ məhsullarında müşahidə edilir. Marketlərdə ən ucuz günəbaxan yağının 1 litri 5 manat 10 qəpikdir. Mütəxəssis vurğulayır ki, Nazirlər Kabineti normasında əmək qabiliyyətli əhali üçün bitki yağı, marqarin və digər piylər 10.9 kq qeyd olunub. Bu səbətə görə, bir adama ayda 0.912 kq yağ lazımdır. İndiki qiymətlə, 5 manat 10 qəpikdən hesablasaq və o məbləği 251 manatdan çıxsaq, 246 manat qalır. Cədvələ əsasən, 1 ay kartof qızartması ilə çörək yesək, aya 24 manat vəsait lazımdır. Reallıq onu göstərir ki, hazırda minimum əməkhaqqı bazar qiymətlərindən azı 3 dəfə aşağıdır. Bir əməkqabiliyyətli şəxsin yaşaması üçün azı 900 manat vəsait lazımdır. Gündəlik qiymətlər qalxırsa, hökumət bununla bağlı addım atmalıdır. Çünki NK qeyd edilən cədvəli minimum əmək haqqı ilə belə uzlaşmır, nəinki bir adamın normal yaşaması”.

“Minimum əmək haqqı bir ailəyə bəs etmir”

Mütəxəssis deyir ki, yaşamaq tək yeməkdən, geyinməkdən ibarət deyil. Hər bir insanın istirahət etmək haqqı var: “Məsələn, bir ailədə 2 nəfər işləyir. Ata və ana hərəsi 300 manat (minimum əmək haqqı) alır. 2 övladları var, onlar məktəblidir. Onların əməkhaqlarından vergiləri çıxsaq, təxmini əllərinə 540 (270 + 270) manat gələcək. Bu məbləğlə bu ailə istirahət edə bilməz. Hətta hesab etsək ki, yerli həmkarlar təşkilatı ailəyə məzuniyyət zamanı 80 faiz ödəməklə göndəriş versə, yenə də istirahət etmək mümkün olmayacaq. Demək minimum əmək haqqı bazar qiymətlərini nəzərə alaraq ailəyə bəs etməyəcək. Onlar əlavə xərclər üçün kimlərdənsə borc almalıdırlar və ya istirahətdən imtina etməlidirlər”.

“1000 manat belə rahat yaşamağa kifayət deyil”

Mütəxəssis hazırda bazar qiymətlərini nəzərə alaraq, öz hesablamalarına əsasən düşünür ki, ailənin bir üzvünün orta yaxşı yaşaması üçün 1000 manat belə kifayət deyil: “İndiki tələblərə uyğun olaraq, hər bir ailə üzvü üçün gəliri 1000 manat götürsək və ümumilikdə, ata və ana vergiləri çıxmaqla 800 manat alsa belə, bu, yenə də rahat yaşamaq üçün kifayət etməyəcək. Rəsmi statistikaya inansaq və 23 faiz inflyasiyanı nəzərə alsaq, bir ailənin üzvlərinin gəliri 1000 manat həddini keçməlidir ki, ölkə daxilində normal yaşasın. İndiki halda ölkə üzrə statistik rəqəmləri götürsək, ümumi olaraq əhalinin 25-30 faizi bunu özü üçün edə bilər”.

Ev almaq və tətilə getmək istəyirsinizsə…

İqtisadçı Xalid Kərimli deyir ki, yaşayış minimumu minimum istehlak səbəti əsasında hazırlanır. Amma burada adından da göründüyü kimi minimum norma götürülüb. Orta norma çıxarılmayıb. Mütəxəssis hesab edir ki, orta yaxşı yaşamaq üçün, ailədə adambaşıma düşən məbləğ 1200 manat olmalıdır: “Bir ailənin Azərbaycan standartlarında yaşaması üçün adambaşına ən azı 600 manat pul lazımdır. Burada yığım və mənzil təminatından söhbət getmir. Cari xərclərin qarşılanması üçün ailə 2 nəfərdən ibarətdirsə 1200 manat, 5 nəfərdən ibarətdirsə 3000-dən artıq gəliri olmalıdır ki, normal yaşasın. Ev almaq və tətilə getmək istəyirsinizsə, təbii ki, gəlirləriniz artmalıdır. Daha yaxşı yaşamaq üçün isə adambaşına 1200 manat gəlirin olmalıdır”.

Ardını oxu...
"Paytaxtdakı tıxac problemini yaradan ən əsas səbəb şəhərin yüklənməsidir. Dəfələrlə bu barədə danışmışıq, parlamentdə çıxış etmişik ki, şəhər boşalmalıdır”.

Teref.Az xəbər verir ki,bu fikirləri News24.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

O bildirib ki, müəyyən nazirliklər Bakıdan Gəncəyə köçürülməlidir: “Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda nə işi var? Bakıda kənd təsərrüfatı var? Yaxud da Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini və ya Ekologiya Nazirliyini nümunə üçün deyə bilərik. Bəzi qurumlar rayonlara köçürülməlidir. Beləliklə, həm rayonlar inkişaf edəcək, həm də şəhər boşalacaq.

Digər bir məsələ universitetlərdir. Ali təhsil ocaqları paytaxtdan rayonlara köçürülməlidir. Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetini qeyd edə bilərik. Şəhərdən kənarda yerləşir və öz yataqxanası var. Türkiyədə universitetlərin əksəriyyəti şəhərdən kənarda yerləşir”.

A.Abbasın fikrincə, kəndlərdə şərait olsa, camaat qaçıb, Bakıya gəlməz: “Kəndlərdə əkinçilik inkişaf etsə, sahələri sulama imkanları normal olsa, insanlar yaxşı məhsul götürə bilsə, Bakıya gəlməzlər. Problemlər çoxdur, bir deyil, iki deyil. Şəhərin də bir yükgötürmə norması var. Bakı o qədər yüklənib ki, bir azdan aşacaq”.

O, insanların davranışının da tıxacların azalmasında rol oynadığını bildirib: “Belçikanın paytaxtı Brüsseldə dar küçələrdə hərəkət edən tramvaylar var. Həmin küçələr Bakıdakılardan da dardır, amma tıxac yoxdur. Çünki onlarda piyada mədəniyyəti var. Onlarda qadağan olan yerdə heç bir sürücü maşınını saxlamır. Bu, təfəkkürün düzgün formalaşması ilə əlaqədardır. Bizdə insanlar piyada keçidlərini görməzdən gəlib, asfaltın ortası ilə hərəkət edirlər. Bəzi sürücülər də maşını elə sürür ki, gərək onlarla dalaşasan. Mən də o yaşda olmadığım üçün şəhərdə maşın sürmürəm”
 
Ardını oxu...
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında yeni təhsil proqramları üzrə təhsil alanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində fənn kurikulumunun müəyyən etdiyi 4 (“Dinləyib-anlama”, “Danışma”, “Oxu” və “Yazı”) məzmun xəttinə aid alt standartların yeni model test tapşırıqları ilə yoxlanılmasının mərhələli şəkildə həyata keçirilməsi davam edir.

Yeni model test tapşırıqları hazırlanarkən yoxlama-ölçmə materiallarının dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılmasına (orta təhsil səviyyəsində A2, tam orta təhsil səviyyəsində isə B1) xüsusi diqqət yetirilir.

DİM-dən verilən xəbərə görə, 2023-cü ildə orta təhsil səviyyəsində (9 illik) xarici dillər üzrə şagirdlərin “Yazı” məzmunlu bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək. Bu hissədə şagirdlərə üç şəkil təqdim olunur və şəkil əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunur.

Yeni modelə əsasən, dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur. Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.

Cari ilin məzunları üçün tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanının xarici dil bloku üzrə dəyişikliklərin aparılması nəzərdə tutulmur. Tam orta təhsil (11 illik) səviyyəsində müvafiq dəyişikliklərin 2024-cü ildən aparılması nəzərdə tutulur.

İmtahana hazırlaşanlar orta təhsil səviyyəsində (9 illik) 2023-cü ildə buraxılış imtahanında təqdim olunacaq yazı işi üzrə qiymətləndirilmə meyarları, yeni model test tapşırığı nümunələri, eyni zamanda tam orta təhsil səviyyəsində (11 illik) növbəti tədris ili (2023-2024) üçün nəzərdə tutulmuş yeni model ilə yaxın zamanda çap olunacaq Abituriyent jurnalının xüsusi buraxılışında tanış ola biləcəklər.

Ardını oxu...
DİA.AZ: - “Mən bir il müddətinə bu heyvana 1000 manat xərc çəksəm, biri hardasa günə 3 manatlıq ot yeyir. Bu, aya hardasa 90 manat edir. Bir heyvan. Bir ilə də vuranda təxminən 900-1000 manatdan yuxarı pul edir. Lap olsun 500 manat. Bunun heç 500 manat qiyməti yoxdur”.

DİA.AZ bildirir ki, özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıqla məşğul olmaq üçün Sumqayıt şəhər Məşğulluq idarəsinə müraciət edən Əhliman Əliyevə 3 inək verilib. Amma verməsəydilər, ondan yaxşı idi. Hər halda, vətəndaşın dediklərindən belə anlaşılır.

Vətəndaşa inəklərin ayda 600 litr süd verəcəyi və nəticədə 600-700 manat gəlir əldə edə biləcəyi vəd edilsə də, əslində verilən heyvanların yaşlı və xəstə olduğu ortaya çıxıb.



Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
“Hamıya pul paylamaq o qədər də uğurlu təklif deyil. Çünki əlavə pul kütləsi onsuz da yüksək olan inflyasiyanı daha da artıracaq. Əgər təklif yerinə yetirilərsə, yüz manatın dəyəri daha da aşağı düşəcək. Bu insanlara qiymət artımı ilə geri dönəcək. Hamıya pul verməkdənsə, vergi və gömrük rüsumunu aşağı salmaq lazımdır. Bu, hamı üçün qazanc deməkdir. Çünki qiymətlər və inflyasiya aşağı salınmadıqca nə sosial yardımların verilməsi, nə də maaş və pensiyaların artırılması fayda verə bilər. Əksinə, bu, indiki iqtisadi modeldə əks effekt doğuracaq”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deputat Tahir Kərimlinin hər ailəyə 200 dollar verilməsi barədəki təklifi şərh edərkən deyib.

“Tahir Kərimli iki gündür Milli Məclisdə “əjdaha” kimi təkliflər verir, populizmin son mərhələsini yaşayır, Müstəqillik günü münasibəti ilə hər vətəndaşa 100 manat, hər döğulan uşağa 2000 dollar, hər ailəyə ayrıca 200 dollar – yəni, adam bildiyiniz populizmlə məşğuldur. İstənilən təklifin mütləq iqtisadi “pasportu”, əsaslandırması olmalıdır, bu məsələ ilə bağlı bir neçə media qurumuna açıqlama vermişəm, burada da yayım, siz də tanış olun:
“Hamıya pul paylamaq o qədər də uğurlu təklif deyil. Çünki əlavə pul kütləsi onsuz da yüksək olan inflyasiyanı daha da artıracaq. Əgər təklif yerinə yetirilərsə, yüz manatın dəyəri daha da aşağı düşəcək. Bu insanlara qiymət artımı ilə geri dönəcək. Hamıya pul verməkdənsə, vergi və gömrük rüsumunu aşağı salmaq lazımdır. Bu, hamı üçün qazanc deməkdir. Çünki qiymətlər və inflyasiya aşağı salınmadıqca nə sosial yardımların verilməsi, nə də maaş və pensiyaların artırılması fayda verə bilər. Əksinə, bu, indiki iqtisadi modeldə əks effekt doğuracaq. Ona görə də, biz ərzaq məhsullarının əlavə dəyər vergisinin 18 faizdən 2 faizə endirilməsini təklif edirik. Dərman vasitələri ilə bağlı gömrük rüsumlarının isə sıfırlanmasının tərəfdarıyıq. Bax, bu addımlar inflyasiyanın qarşısını alacaq və qiymətlərin aşağı enməsinə səbəb olacaq. Bu, həm də insanların gözləntilərinə daha uyğundur. Biri var, dövlətin vəsaitini xərcləyərkən daha çox qiymət artımı ilə qarşılaşasan, biri də var ki, bugünkü qazancınla daha çox mal və ərzaq almağa imkanın olsun. Mənim fikrimcə, ikinci versiya daha məntiqlidir. Bir sözlə, qiymətlərin aşağı salınması, inflyasiyanın qarşısının alınması üçün təcili olaraq vergi və gömrük rüsumlarında islahata ehtiyac var.
Konkret olaraq Müstəqillik Günü, yaxud hansısa bayramla bağlı belə presedentin (pul paylamaq) olduğunu bilmirəm, amma Monarxiya ilə idarə edilən ölkələrdə monarxın göstərişi ilə belə yardım paketləri ayrılır. Bizdə hamıya 100 manat verməkdənsə, sosial yardıma ehtiyacı olanlara bunu şamil etmək doğrudur. Elə insan var ki, onun 100 manata ehtiyacı yoxdur. Elə ailələr isə var ki, onların 10 manata da ehtiyacı var – yəni yardımı bərabərlik prinsipi ilə deyil, ədalət prinsipi ilə bölüşdürmək lazımdır.

Həqiqətən də, doğuşun stimullaşdırılması, ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün uşaqlara yardım proqramına ehtiyac var. Azərbaycanda son illər doğuş sayı kifayət qədər sürətlə azalır. Bu da demoqrafik problemə səbəb ola bilər. Hətta Dünya Bankının iki gün öncə yaydığı hesabatda bu məsələyə diqqət çəkilib. Azərbaycan hökumətinə bununla bağlı xəbərdarlıq edilib.

Bu gün ailələr birinci uşağı özləri planlaşdırır, buna maddi olaraq da hazırlaşırlar. Ancaq növbəti uşaqlar maddi dəstək olmadığı təqdirdə ailənin büdcəsinə yük yaradır, bir çox ailələr sosial problemlər səbəbindən ikinci, üçüncü uşaqları dünyaya gətirməyə çəkinirlər. Məhz həmin kateqoriyalara aid uşaqlara, yəni birinci uşaqdan sonra dünyaya gələn uşaqlara əlavə hər ay yüz manat verilməsi mümkündür – Azərbaycan iqtisadiyyatının buna kifayət qədər imkanı var”.
Ardını oxu...
Rus pulunun qorxulu düşüşü: iqtisadçılar ucuzlaşmanın davam edəcəyini gözləyirlər
Geosiyasi vəziyyətin kəskinləşməsi və neftin “qiymətlərinin həddi” üçün hüquqi bazanın yaradıldığı yeni sanksiyalar paketi fonunda Rusiya rublu yenidən dollar qarşısında xeyli dəyər itirir. Moskva birjasında rublun məzənnəsi 3,42 rubl ucuzlaşaraq 64 rubl/dollar təşkil edib.

“Rusiya milli valyutasının rəsmi məzənnəsi son 10 gündə ABŞ dollarına nisbətdə 57,5-dən 64,0-a düşüb. Bu, o deməkdir ki, bu müddət ərzində rubl ABŞ valyutası qarşısında 11% dəyər itirib”, - Azərbaycan Milli Məclisinin üzvü, iqtisadçı alim Vüqar Bayramov bildirib.

Onun fikrincə, rublun kəskin ucuzlaşmasının səbəbləri Avropa İttifaqının bir gün əvvəl təsdiq etdiyi səkkizinci sanksiyalar paketi və Krım körpüsünün partladılmasından sonra Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə keçməsi ilə bağlıdır: “Son hadisələr Rusiya iqtisadiyyatına təzyiqi artırır. Aydındır ki, hazırda rublun rəsmi məzənnəsi əsasən inzibati sterilizasiya üsulları ilə müəyyən edilsə də, bazarda tələb və təklif bu proseslərdən kənarda qalmır. Rusiyadan valyutanın çıxarılması çətindir, bu da daxili bazarda spesifik balans yaradır. Eyni zamanda, Rusiyada rəsmi məzənnə alış məzənnəsinə ciddi təsir göstərir - xüsusən də satılan külli miqdarda xarici valyutanın payı kəskin şəkildə azalıb”.

Eyni zamanda, rublun dollara nisbətdə ucuzlaşması davam edəcək, o, əmindir ki, qarşıdakı ildə Rusiya valyutasını daha güclü ucuzlaşmasını gözləyir: “Bir tərəfdən biznes yeni bazarlar axtarır, rusiyalı turistlər istirahət üçün yeni ölkələr axtarır. Nəticədə idxalın və xarici turist səfərlərinin artması gözlənilir ki, bu da dollara tələbatı artıracaq. Digər tərəfdən, valyuta bazarında məhdudiyyətlərin uzun müddət saxlanılması real deyil, ona görə də məzənnəyə də təsir edəcək güzəştlər olacaq. Ümumiyyətlə, sanksiyalar fonu rubl üçün yaxşı heç nə vəd etmir”.

Bu arada, Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini Aleksey Zabotkin Rusiya iqtisadiyyatında əhəmiyyətli bir yavaşlama olduğunu, habelə maliyyə sabitliyi üçün ciddi risklər olduğu təqdirdə kapitala nəzarətin tam şəkildə tətbiq oluna biləcəyini açıqladı. Yeri gəlmişkən, Rusiya Federasiyasından kapital axını, tənzimləyicinin fikrincə, bu il 243 milyard dollar təşkil edəcək. Məsələn, bu il statistika bizi Rusiyadan Azərbaycana pul köçürmələrinin görünməmiş artımı ilə təəccübləndirdi. Maliyyə analitiklərinin fikrincə, bu, daha çox xaricdə yaşayan həmvətənlərin köçürmələri ilə bağlıdır. Təkcə fiziki şəxslər tərəfindən ölkəmizə 1,6 milyard manata yaxın vəsait köçürülüb ki, bu da ötən illə müqayisədə 3,3 dəfə çoxdur.

Köçürmələr siyahısında Rusiya üstünlük təşkil edir - Azərbaycana bütün şəxsi köçürmələrin 80%-i onun payına düşür. Qonşu ölkədən transsərhəd pul axını təxminən 5 dəfə artaraq 1,3 milyard manata çatıb. Azərbaycan fiziki şəxslərdən - qeyri-rezidentlərdən cəlb olunan vəsaitlərin payını artıran yeganə ölkə deyil. Mövcud məlumatlara görə, MDB ölkələri Rusiyadan pul köçürmələrinin əsas istiqamətlərindən birinə çevrilib. Yazdan bəri bir çox MDB dövlətlərində Rusiya Federasiyasından pul köçürmələrinin həcmi nəzərəçarpacaq dərəcədə artıb. Məsələn, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və MDB-yə daxil olmayan Gürcüstanın tənzimləyiciləri bunu qeyd ediblər.

Göründüyü kimi, geosiyasi kəskinləşmə dalğasında rubla təzyiq göstərən amillər kapitalın qaçışı, yeni sanksiyalar və qismən səfərbərlikdir. Baş verənlərdən şoka düşən iqtisadçılar artıq ölkənin monetar orqanlarını obyektiv şəkildə tənqid ediblər.

İqtisadçı Sergey Qlazyevin fikrincə, “Rusiya Mərkəzi Bankının xaricə pul ixracı və onun düşmən tərəfindən həbsi ilə razılaşmaq siyasəti indiki hərbi şəraitdə onun fəaliyyətinin bəyan edilmiş məqsədləri deyil, reallıq məsələsini gündəmə gətirir və suallar yaradır”. Onun sözlərinə görə, bu il Mərkəzi Bankın monetar siyasəti nəticəsində Rusiya təxminən bir trilyon dollar itirir ki, bunun da yarısı dövlət ehtiyatlarıdır.

Bunun fonunda maliyyəçilər vətəndaşlara ehtiyat kimi rubl və qızıl saxlamaqdan çəkinməyi, uzunmüddətli perspektivdə dollara üstünlük verməyi tövsiyə edirlər.

“Niyə ABŞ dolları? Ən azı 1862-ci ildə çıxan 100 dollarlıq əskinas götürün. Bu əskinas, hər hansı digər federal kimi, 1862-ci ildən bəri hələ də qanuni ödəniş vasitəsidir. Bəli, real puldur. O cümlədən 1916, 1918 və 1934-cü illərə aid 500, 1000, 5000 və 10000 dollarlıq əskinaslar. Kolleksiya dəyəri nominaldan qat-qat yüksək olanlarla əlbəttə ki, heç kim ödəməyəcək, lakin buna baxmayaraq - 160 illik maliyyə tarixi və etibarı var. Ən azı bir növ Mərkəzi Bankın yalnız 1913-cü ildə meydana çıxmasına baxmayaraq”, - müstəqil analitik Vitali Kaluqin söyləyir.

“1861-ci ildən bu yana nə qədər sosial strukturlar və pul sistemi dəyişdi və Rusiyada nə qədər pul islahatları aparıldı? Kimsə “kerenkalar”la ödəyə bilərmi? Bəlkə çar hökumətinin əskinasları ilə? 20-ci illərin Sovetlər ölkəsindəki beksellərlə? Yoxsa 1961-ci il islahatından əvvəlki rublla? Pavlov islahatından əvvəlki yüzlüklərlə? Və ya bəlkə, denominasiyadan əvvəl Yeltsin dövrünün rublu ilə? Görün indi Rusiya Federasiyası adlanan ərazidə nə qədər yararsız kağız çap edilib. Amma dollar elə həmin etibarlı dollardır. Hazırkı nağd maliyyə sisteminin də gələcək sınaqlara tab gətirə bilməsi ehtimalı azdır. Dollar əgər buna gedərsə, sonuncu öləcək. Rubl əvəzinə paltar üçün çörək barteri mövcud olacaq Rusiya Federasiyasından xeyli gec”, - deyə o vurğulayır.

Müəllif: Tanya Samsonova
Ayna.az
 
Ardını oxu...
Əmək pensiyalarının indeksləşdirilməsində yol verilən ayrı-seçkilik aradan qaldırılır. Bu, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişikliklər sayəsində mümkün olacaq.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova "Xəzər Xəbər"ə deyib ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində vahid qaydada indeksasiya edilərək artırılacaq.

Digər bir dəyişiklik isə Prezidentin ötənilki sərəncamı ilə pensiyalara 200 manatlıq əlavələrin də ümumi pensiya məbləğinə daxil edilərək birgə indeksasiya olunub artırılması ilə bağlıdır.
Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əmək haqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əmək haqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək.

Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əmək haqqının artım fazinə görə indeksləşdiriləcək.

Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əmək haqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.

 
Ardını oxu...
Maddi vəziyyətinin yaxşı, yaxud pis olmasından asılı olmayaraq, əksəriyyət kredit götürməyə meyillidir.
Buna həqiqətən ehtiyacları var, ya yoxdur, tamam başqa məsələdir. Sanki hamı bir-birilə rəqabətə girib.
Kredit ödənişinin o qədər də asan olmadığı indiki vaxtda kredit üçün banklara üz tutanların sayı niyə daha da artıb? Kredit götürəndən sonra vətəndaşlar hansı problemlərlə üzləşir?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən bank eksperti Əkrəm Həsənov bildirib ki, kreditlə bağlı müraciətlərdə artım var:
"Bu da onunla bağlıdır ki, pandemiya dövründən başlayaraq, banklar kredit verməyə meyilli deyildi. İnsanlar isə işsiz idi, yaxud maaşları azalmışdı deyə banka müraciət etmirdilər".

Ekspert bildirib ki, pandemiyadan sonra iqtisadiyyat bir qədər düzəldiyi üçün banklar həm kredit verir, həm də güclü reklam kampaniyaları aparırlar:
"İnsanlar kredit götürəndə büdcələrində yarana biləcək maddi çətinlik barədə çox da düşünmürlər. Ehtiyac yarandığı üçün kreditə üz tutur, daha sonra aybaay pulu ödəməkdə çətinlik çəkirlər. Əgər diqqət etsəz, 2005-2015-ci illərdə də insanlar kredit götürürdü, lakin o zaman şikayətlənmirdilər. Çünki o zaman insanların gəlirləri də artırdı. Son zamanlar gəlirlər azalıb, qiymətlər artıb. Bəzi insanlar heç əvvəlki əmək haqqını almır, yaxud əvvəlki əmək haqqını alsa belə, qiymət artımı ondan da yüksəkdir. Bu da vətəndaşın banka ödəniş etməsini çətinləşdirir. Eyni zamanda bank faizləri də çox yüksəkdir. Hətta indiki dövrdə faiz aşağı olsaydı belə, yenə kredit ödəmək cibə ciddi təsir edərdi".
Ə. Həsənov banklarda kredit faizlərinin yüksək olmasının bir sıra səbəbləri olduğunu diqqətə çatdırıb:
"Banklar öz pulunu yox, digərlərindən cəlb etdiklərini kredit verirlər. Digərləri də birinci növbədə əmanətçilərdir. Bu gün Azərbaycanda sığortalanan əmanət faizi 12%-dir. Yəni, bank özü 12%-lə əmanətçidən əmanət cəlb edir. Bu faiz çox yüksəkdir. Yəni sivil ölkələrdə əmanət faizi bir qayda olaraq 1%-dir. Bu gün Azərbaycanda sığortalanan əmanət faizi endirilməlidir, amma endirmirlər. İkincisi, Mərkəzi Bank uçot dərəcəsilə banklara kredit verir. Bu gün Azərbaycanda xeyli bank var. Əgər onların hamısına aşağı faizlə kredit versə, bu bankların əlində ucuz pul olar və onlar da faizləri endirə bilərlər. Mərkəzi Bnak yalnız 3-5 aşağı faizlə verir. O banklar da inhisarçıdır və ona görə də öz faiz dərəcələrini endirmirlər. Əgər onlar bilsəydilər ki, bütün bankların ucuz pulu var, əlbəttə ki, endirərdilər və sağlam rəqabət olardı. Üçücü problem isə Azərbaycanda qanunçuluğun vəziyyətidir. Bank bilir ki, o krediti verəndən sonra vətəndaş, sahibkar krediti qaytarmayanda bankın həm rəsmi, həm də qeyri-rəsmi xərcləri çox olur. Bank artıq gələcək xərclərini həmin faizə qurur".
 
 
 

Dünyapress TV

Xəbər lenti