Kreditə üz tututanların sayı artıb:
Maddi vəziyyətinin yaxşı, yaxud pis olmasından asılı olmayaraq, əksəriyyət kredit götürməyə meyillidir.
Buna həqiqətən ehtiyacları var, ya yoxdur, tamam başqa məsələdir. Sanki hamı bir-birilə rəqabətə girib.
Kredit ödənişinin o qədər də asan olmadığı indiki vaxtda kredit üçün banklara üz tutanların sayı niyə daha da artıb? Kredit götürəndən sonra vətəndaşlar hansı problemlərlə üzləşir?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən bank eksperti Əkrəm Həsənov bildirib ki, kreditlə bağlı müraciətlərdə artım var:
"Bu da onunla bağlıdır ki, pandemiya dövründən başlayaraq, banklar kredit verməyə meyilli deyildi. İnsanlar isə işsiz idi, yaxud maaşları azalmışdı deyə banka müraciət etmirdilər".

Ekspert bildirib ki, pandemiyadan sonra iqtisadiyyat bir qədər düzəldiyi üçün banklar həm kredit verir, həm də güclü reklam kampaniyaları aparırlar:
"İnsanlar kredit götürəndə büdcələrində yarana biləcək maddi çətinlik barədə çox da düşünmürlər. Ehtiyac yarandığı üçün kreditə üz tutur, daha sonra aybaay pulu ödəməkdə çətinlik çəkirlər. Əgər diqqət etsəz, 2005-2015-ci illərdə də insanlar kredit götürürdü, lakin o zaman şikayətlənmirdilər. Çünki o zaman insanların gəlirləri də artırdı. Son zamanlar gəlirlər azalıb, qiymətlər artıb. Bəzi insanlar heç əvvəlki əmək haqqını almır, yaxud əvvəlki əmək haqqını alsa belə, qiymət artımı ondan da yüksəkdir. Bu da vətəndaşın banka ödəniş etməsini çətinləşdirir. Eyni zamanda bank faizləri də çox yüksəkdir. Hətta indiki dövrdə faiz aşağı olsaydı belə, yenə kredit ödəmək cibə ciddi təsir edərdi".
Ə. Həsənov banklarda kredit faizlərinin yüksək olmasının bir sıra səbəbləri olduğunu diqqətə çatdırıb:
"Banklar öz pulunu yox, digərlərindən cəlb etdiklərini kredit verirlər. Digərləri də birinci növbədə əmanətçilərdir. Bu gün Azərbaycanda sığortalanan əmanət faizi 12%-dir. Yəni, bank özü 12%-lə əmanətçidən əmanət cəlb edir. Bu faiz çox yüksəkdir. Yəni sivil ölkələrdə əmanət faizi bir qayda olaraq 1%-dir. Bu gün Azərbaycanda sığortalanan əmanət faizi endirilməlidir, amma endirmirlər. İkincisi, Mərkəzi Bank uçot dərəcəsilə banklara kredit verir. Bu gün Azərbaycanda xeyli bank var. Əgər onların hamısına aşağı faizlə kredit versə, bu bankların əlində ucuz pul olar və onlar da faizləri endirə bilərlər. Mərkəzi Bnak yalnız 3-5 aşağı faizlə verir. O banklar da inhisarçıdır və ona görə də öz faiz dərəcələrini endirmirlər. Əgər onlar bilsəydilər ki, bütün bankların ucuz pulu var, əlbəttə ki, endirərdilər və sağlam rəqabət olardı. Üçücü problem isə Azərbaycanda qanunçuluğun vəziyyətidir. Bank bilir ki, o krediti verəndən sonra vətəndaş, sahibkar krediti qaytarmayanda bankın həm rəsmi, həm də qeyri-rəsmi xərcləri çox olur. Bank artıq gələcək xərclərini həmin faizə qurur".
 
 
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti