Yeni qanun müzakirədə:
"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb: deputatın biri partiya sədrlərini, biri qanunu tənqid etdi

Milli Məclisin bu gün keçirilən iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.

Komitə sədri deyib ki, partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var idi: “Ötən qanun layihəsinin qəbul edilməsindən uzun zaman keçir. Qanunun yenilənməsinə ehtiyac hiss olunurdu. Bunun üçün də qanun hazırlandı. Yeni qanun layihəsi beynəlxalq təcrübələrə əsaslanır. Dünyanın 20 qabaqcıl ölkəsinin təcrübəsi öyrənilib, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Avropa Şurası Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb. Qanun lahiyəsində son variantda 66 dəyişiklik edilib”.

Birinci vitse-spiker: “Yalnız bir nəfər qanun layihəsinin əleyhinə səs verib”

“Bizim komitənin “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı fikirləri müsbətdir. Yalnız bir nəfər qanun layihəsinin əleyhinə səs verib. Bu gün qanun layihəsini konseptual baxımdan müzakirə edirik. Normativ hüquq aktlar haqqında konstitusiya qanunundan sonra “Siyasi partiyalar haqqında” qanuna baxılması zərurəti yaranmışdı”. Bu sözləri isə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Vitse-spiker qanunun qəbulunda ikinci zərurət kimi bu illər ərzində bir sıra Avropa və postsovet ölkələrində “Siyasi partiyalar haqqında” qanunların dəyişməsini, müasirləşdirilməsini göstərib.

“Qanun hazırlanarkən Avropa Şurası Venesiya Komissiyasının həmin ölkələrə verdiyi tövsiyələr öyrənilib: “Qanunu qəbul etməkdə bir məqsəd də qabaqcıl təcrübələri bizim də qanunvericiliyə gətirməkdir. Aydındır ki, birləşmək hüququna və azadlığına təminat verilməlidir. Qanun bu təminatı verir. Xüsusilə, vurğulayım ki, 3.2 maddəsi Avropa İnsan Haqları Konvensiyasının tələbini ehtiva edir”, - deyə Ə.Hüseynli söyləyib.

Birinci vitse-spiker qeyd edib ki, qanun layihəsi ictimai müzakirədən keçib: “Bu müzakirələrdə komitə üzvü olmayan deputatlar da iştirak ediblər. Əminəm ki, qanun qəbul ediləcək”.

“Qanunla bağlı bütün müddəalar beynəlxalq standartlara cavab verir”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov da bildirib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yenidən tərtib olunması vacib idi: “İlk qanun layihəsi 1993-cü ildə qəbul olunub. 30 ildən artıq zamanda bu qanuna təkcə 70 dəyişiklik edilib, amma müzakirələr zamanı 66 dəyişiklik olunub. Bu isə təbii ki, göstərilən diqqətin nəticəsidir”.

“Eyni zamanda, “Siyasi partiyalar haqqında” qanunun bütün müddəaları Milli Məclisin saytında qeyd olunur. Müddəalardan da görünür ki, qanunla bağlı bütün müddəalar beynəlxalq standartlara cavab verir”, - Z.Əsgərov əlavə edib.

Deputat: “Elə partiya sədri var ki, həyat yoldaşı onun hansı partiyanın sədri olduğunu bilmir”

Müzakirələr zamanı Demokratik Maarifçilik Partiyasının rəhbəri, deputat Elşən Musayev partiyalar haqqında maraqlı fikirlər səsləndirib.

Millət vəkili bəzi partiyaların fəaliyyətinə irad bildirərək qeyd edib ki, cibində beş partiyanın vəsiqəsini daşıyan adamlar tanıyır: “Elə partiya sədri var ki, təşkilatının möhürünü hara qoyduğunu bilmir. Adamlar tanıyıram ki, cibində 5 partiyanın vəsiqəsini daşıyır. Elə partiya sədri var ki, həyat yoldaşı onun hansı partiyanın sədri olduğunu bilmir. Bunlar gülməlidir, amma reallıqdır”.

“Hər kəs partiya yaradır. Baxırsan partiya qurub, amma öz tanışları, dostları onu ciddiyə almır. Belə qeyri-ciddiyyət olmaz. Partiyalar var ki, adındakı hərflərin sayı üzvlərinin sayından çoxdur. On agörə də reyestr məsələsinin olması vacibdir. Adama deyərlər, partiya ciddi məsələdir, bunun üçün tərəfdarların olmalıdır. Partiya ciddiliyini anlamırsansa, üzv toplaya bilmirsənsə, bir az adam yığ futbol komandası yarat”, - deyə deputat irad səsləndirib.

“Xalqın adından çıxış etməyim?”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa müzakirə zamanı qeyd edib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsi yeganə qanundur ki, hazırlıq müddətində bu qədər dəyişikliklər edilib: “Ümumiyyətlə, heç bir qanun mükəmməl deyil. Zamanın tələbinə uyğun olaraq, müəyyən dəyişikliklər edilir, bundan sonra da olacaq. Qanunda müəyyən məhdudiyyətlər var ki, onları qeyd etmək lazımdır. Məsələn, qeyd olunur ki, xalqın adından danışmaq olmaz. Bu müddəa düzgün deyil. Necə yəni, xalqın adından danışmaq olmaz? Bu gün mən deyirəm ki, Fransa Senatının Azərbaycan haqqında çıxışlarını lənətləyirəm. Bu, xalqın adından danışılan məsələdir. İndi bunu deməyim? Xalqın adından çıxış etməyim? Bu müddəada uyğunsuzluqlar var. Hesab edirəm ki, bu kimi məsələlər nəzərə alınmalıdır”.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Müəllif: Anar Bayramoğlu
 
 
 

Bölmənin digər xəbərləri

01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər

Dünyapress TV

Xəbər lenti