Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır.
Bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr edilmiş müşavirədə çıxış edərkən deyib.
"Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir", - dövlət başçısı bildirib.

Milli Məclisin deputatı Naqif Həmzəyev "Sherg.az"a bildirib ki, çox təəssüflər olsun ki, Ermənistan rəhbərliyi mövcud reallığı dərk etmir və başa düşmək istəmir:

"Havadarlarının ona verdiyi dəstək sayəsində cəsarətlənən, vaxt udmaq üçün müxtəlif bəhanələr uyduran Paşinyan hakimiyyəti hələ də bu səhvi davam etdirir. Həmçinin Azərbaycanın öz ərazisinin bir hissəsindən digər hissəsinə getmək hüququnu təmin etmir. Yəni Zəngilanla Naxçıvanın quru əlaqəsi indi də bərpa olunmayıb. Unutmamalıyıq ki, Azərbaycan torpaqları zor gücü ilə alınaraq XX əsrin əvvəllərində Ermənistana birləşdirilib. Eyni zamanda Naxçıvana avtomobil və dəmir yolları işləkli vəziyyətdədir və buna Azərbaycan özü nəzarət edirdi. Bu gün isə biz eynisini istəyirik. Cənab Prezident bu məsələlərə öz çıxışında çox dolğun və ətraflı toxundu. Ermənilərin və havadarlarının xalqımızın başına gətirdiyi oyunları, törətdiyi cinayətləri bir daha sadaladı. Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, bizim ərazi iddiamız yoxdur. Ancaq haqqımızdır ki, Naxçıvana rahat yolla qovuşa bilək və əlaqə yaradaq. Bununla yanaşı, Paşinyan hakimiyyəti anlamalıdır ki, Azərbaycanın Qərb əraziləri ilə - Zəngilanla Naxçıvanı birləşdirən avtomobil və dəmir yolları işə düşməyəcəyi təqdirdə Ermənistanın hansısa nəqliyyat dəhlizi yaratmaq imkanı ümumiyyətlə yoxdur".

Deputat vurğulayıb ki, Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda hansısa beynəlxalq və böyük layihənin icra edilməsi mümkünsüzdür:
"Ermənistanın enerji resurslarına birbaşa çıxışı yoxdur və bu sahədə asılılığı var. Azərbaycanın enerji dəhlizini işə salması ilə yalnız avtomobil və dəmir yolları xətti demək deyil. Eyni zamanda bu, enerji resurslarının daşınması üçün də xüsusi rol oynayacaq. Yaxın gələcəkdə rəsmi İrəvan Azərbaycanın həyata keçirəcəyi nəqliyyat şaxələndirilməsi layihələrinə qoşularsa, nəticədə ölkənin enerji asılılığını aradan qaldırar və iqtisadiyyatın dirçəlməsinə böyük töhfə verər. Üstəlik, Rusiya və Şərq ölkələrinə çıxış imkanları yaranar. Bu baxımdan, Ermənistan gec-tez Azərbaycanın Zəngəzur dəhlizini işə salmasına şərait yaratmalıdır. Dövlətimiz hazırda İran üzərindən Naxçıvana yeni alternativ əlaqələr reallaşdırır, körpülərin tikintisi həyata keçirilir. Lakin burada müvafiq gömrük və sərhəd nəzarət mexanizmi var. Azərbaycandan Azərbaycana heç bir nəzarət olmadan keçmək ən böyük haqqımızdır. Bunun beynəlxalq təcrübədə də bənzərlərini görmüşük".

Naqif Həmzəyevin sözlərinə görə, məhz Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, özünü beynəlxalq layihələrdən bloklamış olacaq:
"Necə ki zamanında Azərbaycan torpaqlarını işğal etdiyi üçün Bakı-Tbilisi-Ceyhan xətti Gürcüstan üzərindən keçməklə reallaşdırıldı. Bu gün Gürcüstanın tranzit gəlirlərinin nə qədər böyük olduğu hər kəsə məlumdur. Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin inkişaf etdirilməsində və gələcəyində iştirak etməyəcək".
 

Bölmənin digər xəbərləri

01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər

Dünyapress TV

Xəbər lenti