Bakı “bütün körpüləri yandırmaq” mesajını niyə verdi?
AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmasından sonra Bakının Avropa Şurasından çıxmaq və Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina etmək haqda düşündüyü gündəmə gəlib. Mövcud vəziyyətdə Bakı AŞPA-nın ədalətsizliyinə qarşı Avropaya ata biləcəyi addımlar haqda mesaj verir. Lakin bu baş verərsə, radikal gediş olacaq və əsas sual da Azərbaycanın niyə bu qədər kəskin mövqe sərgiləməsidir.

Məsələnin Avropanın insan haqları, demokratik prinsiplərlə bağlı istəklərindən qaynaqlandığını demək diletanlıq olar. Çünki rəsmi Bakı eyni məsələ ilə illərdir üz-üzə qalıb və AŞPA da illərlə eyni məsələləri gündəmə gətirib, amma buna görə Azərbaycana qarşı hansısa addım atılmayıb, yaxud rəsmi Bakı bu qədər kəskin mövqe sərgiləməyib.

İndi baş verənlərin arxasında Avropa, yaxud hansısa dəyərlərin qorunub-qorunmaması yox, Cənubi Qafqazdakı geosiyasi mübarizə dayanır. Konkretləşdirsək: Azərbaycandan Ermənistanın maraqlarının nəzərə almağını, Zəngəzur dəhlizini – Naxçıvana maneəsiz keçid ideyasını unutmağını, delimitasiyanı və sülh sazişini İrəvanın gündəliyinə uyğun qəbul etməsini istəyirlər;

Və baş verənləri insan haqlarına, demokratiyaya bağlayan Azərbaycandakıların əksinə, Avropada bunu gizlətmirlər də. AŞPA Laçın yoluna buraxılmamasını, “Qarabağ ermənilərinin qorunmasını” açıq şəkildə qeyd edir.

Bakının “bütün körpüləri yandırmaq” mesajı da Avropanın nə istədiyini bilməsindən qaynaqlanır. Bütün bunların Azərbaycan üçün sərfəli olmadığı aydındır, amma tərəzinin bir gözündə də Ermənistanın maraqları var və rəsmi Bakı anlayır ki, “qırmızı xətti”ndən geri çəkilsə, Azərbaycana rəhm etməyəcəklər, təcrübə ilə isbat olunub.
axar.az

Bölmənin digər xəbərləri

05 May 2025 Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)
04 May 2025 Abbas Əraqçi Pakistan və Hindistana gedir
03 May 2025 Erməni revanşist Putinə müraciət etdi - Bakıya qarşı heyrətamiz xahiş
03 May 2025 BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib
02 May 2025 Bakıda “atəşkəs kimi” anlaşma
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Trampın dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır
02 May 2025  Geosiyasi transformasiyanın MƏRKƏZİ: - Bakı Təl-Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?
01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb

Dünyapress TV

Xəbər lenti