CHP daxilində ziddiyyət çoxalır: Kılıçdaroğlunun yerinə ən şanlı namizəd
Türkiyədə prezident və parlament seçkiləri sonrası müxalifət daxilində parçalanma davam edir. Prezident seçkilərində qalibin açıqlanmasından sonra İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilk paylaşım edib. “Heç kim narahat olmasın. Hər şey yenidən başlayır. Unutmayın, dəyişməyən yeganə şey dəyişimdir. Hər sahədə, hər mühitdə dəyişim. Artıq heç vaxt eyni şeyi edərək fərqli nəticələr gözləməyəcəyik. Eynilə 38 yaşındakı Mustafa Kamal Atatürk, 21 yaşlı Fateh Sultan Mehmet kimi edəcəyik. Bu gün 29 maydır”, – İmamoğlu qeyd edib.

Kamal Kılıçdaroğlunun məğlubiyyəti sonrası onun CHP sədirliyindən istefa verməsi müzakirə edilirdi. İmamoğlunun bu paylaşımı isə öz növbəsində Kılıçdaroğlunun gedişinə hazırlıq mahiyyəti daşıyırmış kimi görünür.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, CHP sıralarında dəyişiklik gedəcəyi gözləniləndir:

“Seçki nəticələri və Kılıçdaroğluya olan münasibət təsdiq etdi ki, o, partiyada yanlış şəxsdir. Kılıçdaroğlunun ənənəvi sünni-hənəfi kütləsindən uzaq ələvi olması, PKK-nın siyasi qanadı olan HDP ilə anlaşmaq rahatlığı, ABŞ-a və Azərbaycana münasibəti, seçki kampaniyasında xalqın iqtisadiyyatı təhlükəsizliyindən üstün tutacağına özünü inandırması, ilk tur məğlubiyyətindən sonra qeyri-səmimi şəkildə millətçilik qanadı üzərinə nüfuz etməyə çalışması onun Ərdoğan qarşısında şanslarını azaltdı.

Eləcə də “Altılı masa” vahid namizəd təyinatında böyük yanlışlığa getdi. Bunu mart ayında Meral Akşener bildirdi və masadan kənarlaşdı. Fəqət qərarın dəyişilməzliyini anlayıb geri çəkildi və bu kimi anlaşmazlıqlar da seçki nəticələrinə mənfi təsir göstərdi. Halbuki rəy sorğularında Əkrəm İmamoğlu və Mansur Yavaş Kılıçdaroğludan daha irəlidə idi. Siyasi keçmişi baxımdan da Əkrəm İmamoğluna münasibət Kılıçdaroğludan fərqlənir. İmamoğlu tipik CHP-li deyil, onun anası dini vəqflərin üzvü olub. Atası Hasan İmamoğlu türk siyasətində Milli Görüş camiəsinə aid olub. Əmisi Rıdvan İmamoğlu isə ülkücü olub. İmamoğlunun Qaradənizli olması, İstanbulda qələbə təcrübəsi, dinamik kampaniya aparmaq bacarığı, Qaradənizdə Ərdoğanın səslərini bölə bilməsi, kürdlərdən və dindarlardan səs almaq bacarığı onun gələcəkdə partiya liderliyinə seçilmə şansını artırır. Mansur Yavaş isə keçmiş MHP üzvü olan, ülkücü ocaqların yetirməsi olan, Ankara kimi sağın önəmli qalası sayılan şəhərdə bələdiyyə sədri olması, müxalifətin və cəmiyyətin onu dəstəkləməsi baxımından gələcəkdə partiya sıralarında irəliləmə ehtimalı var. Lakin Mansur Yavaş dinamik siyasətçi deyil, iddialı deyil, partiyaçılığa, bürokratikliyə daha çox önəm verir”.

Bölmənin digər xəbərləri

03 May 2025 Erməni revanşist Putinə müraciət etdi - Bakıya qarşı heyrətamiz xahiş
03 May 2025 BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib
02 May 2025 Bakıda “atəşkəs kimi” anlaşma
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Trampın dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır
02 May 2025  Geosiyasi transformasiyanın MƏRKƏZİ: - Bakı Təl-Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?
01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb

Dünyapress TV

Xəbər lenti