“Əsas məqsəd Moskvanı bu coğrafiyadan sıxışdırıb çıxarmaqdır”
Birləşmiş Ştatlar nəhayət anladı ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında
münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesində daha fəal
iştirak etməsə, Rusiya və İran nəticə əldə olunmasına daima mane olacaqlar.
“The Wall Street Journal”ın məlumatına görə, bu barədə ABŞ-ın Hudson İnstitutunun Yaxın
Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran bildirib.
Müəllifin məqaləsində qeyd olunur ki, ABŞ-dan başqa Rusiya prezidenti Vladimir Putin də
vasitəçi rolunu öz üzərinə götürüb. Problemin yekun həlli və sülhün əldə olunması Qarabağda
yerləşdirilən Rusiya qüvvələrinə ehtiyacı aradan qaldıra bilər. Rusiya qüvvələri isə Putinin oradakı
əsas alətlərindən biridir.
M.Doran yazır ki, Ermənistan xüsusilə hərbi sahədə Rusiyadan ciddi şəkildə asılıdır. “Rusiya
hərbçilərinin Ermənistanda ən azı üç mühüm mövqeyi var: orada hərbi baza yerləşdirilib, rus
əsgərləri Ermənistanın sərhədlərinin əsas hissələrinə nəzarət edirlər, ölkənin hava məkanı isə
onların tam şəkildə əlindədir”, – məqalədə deyilir.
Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev Moskvanın nəzarətindən qurtula bilib.
Azərbaycan ölkənin neft və qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələri qurmaqla
yanaşı, eyni zamanda Türkiyə və İsraillə də güclü hərbi əlaqələr inkişaf etdirib. Azərbaycanın
Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı Tehranı xüsusilə qorxudur. Bu qorxu həm də ölkə
əhalisinin ən azı beşdə birini (bu, müəllifin qiymətləndirməsidir, real rəqəm isə 40 faiz və daha
çoxdur – red.) təşkil edən İran azərbaycanlılarının Bakıya verdiyi dəstəkdən irəli gəlir.
Son nəticədə, Tehran Türkiyə-İsrail-Azərbaycan birliyinə qarşı durmaq və sülh danışıqlarını
pozmaq üçün Moskva və İrəvanla işləyir.
Buna dolayısı ilə Cənubi Qafqazda diplomatiyaya böyük enerji sərf edən və Ermənistanın tərəfini
tutan Fransa prezidenti Emmanuel Makron da kömək edib. Böyük erməni icmasının
məskunlaşdığı Fransa Avropa Şurasının sədri Şarl Mişele təzyiq edərək, Aİ-nin vasitəçiliyi ilə
aparılan sülh danışıqlarına müdaxilə etdi. Bu, Bakının gözündə Avropanın vasitəçiliyinin qeyrilegitim olmasına gətirib çıxardı.
Beləliklə, Blinken indi etiraf edir ki, Ermənistanı sülhə cəlb etmək və bununla da Rusiya-İran
alyansı ilə əməkdaşlıq formalarını məhdudlaşdırmaq üçün Amerikanın danışıqlarda iştirakı
yeganə düzgün yoldur.
“Əgər İrəvanın ağlı başına gəlsə, ABŞ və müttəfiqləri Qarabağ ermənilərinin rifahını təmin etmək
üçün Rusiya qoşunlarına arxalanmadan İrəvan və Bakı ilə birgə işləyə biləcəklər. Təəssüf ki,
ABŞ-dakı erməni icmasının bir çox nüfuzlu dostları, məsələn senator C. Bob Menendez və
konqresmen Adam Şiff İrəvanı bu istiqamətə sövq etməkdən imtina edirlər”, – M.Doran qeyd
edir və sual qoyur: “Ermənistanın Demokrat Partiyası daxilindəki dostları onu düz yoldan
sapdırmayacaqlarmı?” Və suala özü də cavab verir: “Gələcək göstərəcək”.
Ortaya sual çıxır: Rusiya-İran tandemi sülh prosesinə nə dərəcədə güclü müqavimət göstərə
bilər? Bunun üçün Moskva və Tehranın bu gün hansı real təzyiq alətləri var? Bəs partiya
yoldaşları arasında erməni lobbisinin nümayəndələrinin olduğunu nəzərə alsaq, Blinken sona
qədər prinsipial möhkəmlilik göstərə biləcəkmi?
Press Klubun suallarını beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah cavablandırıb.
Onun sözlərinə görə, Rusiyanın Qafqazda sülhün qarşısını almaq üçün Ermənistanda hərbi baza,
hərbi elita və iqtisadi sahə kimi alətləri var. Azərbaycanda isə bu, İlham Əliyevlə avtoritar
müttəfiqlik rıçaqdır.
“İranın bu istiqamətdə imkanları məhdud olsa da, rəsmi Tehran Ermənistana siyasi təzyiq
imkanlarını özündə saxlayır. İran Ermənistanın açıq sərhədi olan iki qonşusundan biridir. İrəvanla
Kreml arasında münasibətlər soyuyub, Ermənistanın Türkiyə üzərindən qərbə, Azərbaycandan
keçməklə şərqə çıxışı bağlıdır, Moskva və Bakının ikitərəfli təzyiqi altında olan Gürcüstandan
çıxış yolu o qədər də etibarlı deyil. Bu asılılıq İrana Ermənistana təzyiq etmək üçün yaxşı
imkanlar verir. Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane
ola bilməsə də, prosesi ləngidə bilər.
Qafqazda sülhün bərqərar olması bir sıra səbəblərə görə hər iki ölkənin – həm Rusiyanın, həm
də İranın strateji maraqlarına cavab vermir. Məsələn, Rusiyanın Qafqazdakı maraqları burada
daimi münaqişə ocaqlarının olmasını diktə edir. Rəsmi Moskva “yaxın xaricdəki” Şərqi Avropa
ölkələrini və postsovet coğrafiyasını özünün “arxa bağçası” hesab edir. Lakin Qərbdən və Çindən
fərqli olaraq, Rusiyanın yumşaq güc alətləri yoxdur. Kreml nə iqtisadi, nə də demokratik
baxımdan heç bir ölkə üçün cəlbedici deyil. Bu baxımdan, Moskva öz coğrafi maraqlarını yalnız
yerli münaqişə mərkəzləri üzərindəki hərbi təzyiq yolları ilə qoruya bilər. Əgər münaqişə ocağı
olan Qafqazda davamlı sülh bərqərar olarsa, Rusiya bu coğrafiyanı itirməli olacaq. İran üçün
dinc Qafqaz regionda yeni güc mərkəzinin yaranması deməkdir. Bu da hazırda Qafqaza təsir
etmək imkanına malik olan İranın Qafqazın təsir dairəsinə düşməsinə gətirib çıxarardı.
Blinkenin əsas məqsədi Qafqazda bu və ya digər formada sülhə nail olmaqla Moskvanı bu
coğrafiyadan sıxışdırıb çıxarmaqdır. Təəssüf ki, erməni lobbisinin ABŞ siyasi elitasına təsiri xeyli
güclüdür. Erməni lobbisi hələ də “Böyük Ermənistan” xülyasında, Türkiyə və Azərbaycana torpaq
iddiasında, Türkiyəni 1915-ci il hadisələrinə görə qınamaqda israrlıdır. Erməni maraqlarına
gəlincə, lobbi ABŞ siyasi elitasının gücündən məharətlə istifadə edərək üç məqsədə çatır –
Torpaq, Təzminat, Tanınma. Blinken özü tanınmış erməni lobbiçisi – senator Bob Menendezin
yaxın dostudur. Bu səbəbdən də Blinkenin Azərbaycanla Ermənistan arasında ədalətli sülhə nail
olmaq üçün güclü iradə nümayiş etdirə bilib-bilməyəcəyi sualına dəqiq cavab vermək çətindir.
Əslində, ABŞ-ın Rusiyanı Qafqazdan sıxışdırıb çıxara bilməsi bu sualın cavabından asılıdır.
Prosesin gedişində bizə daha aydın olacaq: Ağ Evin Qafqaz gündəmində pr“Əsas məqsəd Moskvanı bu coğrafiyadan sıxışdırıb çıxarmaqdır”

Prosesin gedişində bizə daha aydın olacaq: Ağ Evin Qafqaz gündəmində prioritet nədir – erməni
lobbisinin təsiri, yoxsa ABŞ-Rusiya münaqişəsi”, – deyə E.Fəttah yekunlaşdırıb.
Rauf Orucov
pressklubioritet nədir – erməni

lobbisinin təsiri, yoxsa ABŞ-Rusiya münaqişəsi”, – deyə E.Fəttah yekunlaşdırıb.
Rauf Orucov
pressklub

Bölmənin digər xəbərləri

03 May 2025 Erməni revanşist Putinə müraciət etdi - Bakıya qarşı heyrətamiz xahiş
03 May 2025 BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib
02 May 2025 Bakıda “atəşkəs kimi” anlaşma
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Trampın dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır
02 May 2025  Geosiyasi transformasiyanın MƏRKƏZİ: - Bakı Təl-Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?
01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb

Dünyapress TV

Xəbər lenti