Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski bərpa işlərindən sonra Notr-Dam Kilsəsinin açılış mərasimində iştirak etmək üçün Parisə səfəri çərçivəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə görüş keçirə bilər.

TEREF xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Mərasimdə Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla, təxminən qırx dünya lideri iştirak edəcək.

“Zelenski Makronla görüşəcək və digər danışıqlar, o cümlədən Tramp ilə görüş ehtimalı da var”, – deyə yüksək rütbəli Ukrayna rəsmisi bildirib.(Musavat.com)
 
Ardını oxu...
Türkiyə parlamentində təmsil olunan müxalif “DEVA”, “Səadət” və “Gələcək” partiyaları birləşərək fraksiya yaradıblar.

“Səadət” partiyasının başqanı Mahmud Arkan, “DEVA” partiyasının başqanı Əli Babacan və “Gələcək” partiyasının başqanı Əhməd Davudoğlu arasında keçirilmiş üçtərəfli görüşdə tərəflər “Demokratik Platforma” adlı fraksiyada birləşdiklərini elan ediblər.

Bundan əlavə, 3 partiyanın qarşıdan gələn seçkilər zamanı birgə fəaliyyət göstərməsi və ümumi proqram hazırlaması razılaşdırılıb.

Adı çəkilən müxalifət partiyalarının əməkdaşlığı Türkiyədə daha demokratik və islahat gündəmini inkişaf etdirmək məqsədi daşıyır.

Partiyaların birləşməsinin əsasını Ərdoğan administrasiyasının siyasətinə qarşı çıxmaq və yeni siyasi alternativ yaratmaq istəyi təşkil edir.

Xatırladaq ki, Əli Babacan və Əhməd Davudoğlu Türkiyənin keçmiş xarici işlər nazirləri olub. \\Redaktor.Az
Ardını oxu...
Belarus və Rusiya İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında dövlətlərarası saziş bağlayıblar.

“Report” BELTA-ya istinadən xəbər verir ki, sənədi dövlət başçıları Aleksandr Lukaşenko və Vladimir Putin Minskdə keçirilən İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında imzalayıblar.

“Bu saziş Rusiya və Belarusun təhlükəsizliyini etibarlı şəkildə qoruyacaq və dövlətlərimizin gələcək dinc və davamlı inkişafı üçün şərait yaradacaq”, - Putin görüşdə deyib.

O bildirib ki, saziş Rusiya və Belarusun müdafiəsini, suverenliyini, müstəqilliyini və konstitusiya quruluşunu, İttifaq dövlətinin ərazilərinin bütövlüyü və toxunulmazlığını və xarici sərhədinin qorunmasını təmin etmək üçün qarşılıqlı müttəfiqlik öhdəliklərini müəyyən edir.

“Söhbət həmçinin Belarus Prezidentinin təklifi ilə Belarus Respublikası ərazisində yerləşən Rusiyanın taktiki nüvə silahlarından gedir”, - Rusiya lideri vurğulayıb.

Onun sözlərinə görə, bu, Belarus və Rusiyanın ərazi bütövlüyünün pozulmasının qarşısını alacaq, suverenliyini və müstəqilliyini qoruyub saxlayacaq, ən əsası isə hər iki ölkə vətəndaşları üçün dinc həyat təminatı yaradacaq.

Lukaşenko isə öz növbəsində qeyd edib ki, hətta Belarus və Rusiyanın təhlükəsizlik sahəsində yeni sənədlər hazırlamaq niyyəti artıq Qərbdəki “tərəfdaşları” həyəcanlandırıb.
 
Ardını oxu...
Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri Sergey Lavrov, Hakan Fidan və Abbas Əraqçi bu gün Qətərin paytaxtı Dohada Suriya məsələsini müzakirə edəcəklər.

Reyting.az xəbər verir ki, Lavrov 2019 və 2020-ci illərdə Astana danışıqları çərçivəsində əldə olunan razılaşmaları xatırladıb.

O, Türkiyə, Rusiya və İran arasında bu danışıqların müntəzəm olaraq davam etdiyini bildirib. Lavrov deyib ki, məqsəd suriyalıların bir-biri ilə barışmasını təmin etməkdir.

Lavrov, eyni zamanda ABŞ və Britaniyanı bölgədəki separatçı qüvvələrə dəstək verməkdə ittiham edib.
 
Ardını oxu...
“Kiyev sülhə hazır olduğunu bəyan etməyə hazırlaşır”

Ukrayna nümayəndə heyəti Donald Tramp administrasiyası ilə yüksək səviyyəli danışıqlar aparmaq üçün ABŞ-yə gəlib. Məqsəd hələ ABŞ-nin yeni prezidenti vəzifəyə başlamazdan əvvəl onunla müharibənin həlli məsələsindəki ciddi fikir ayrılıqlarını aradan qaldırmaqdır.

“The Wall Street Journal”-ın məlumatında belə deyilir. Qeyd olunur ki, sözügedən səfər Ukraynanın müharibəni bitirmək üçün Tramp administrasiyası ilə danışıqlara başladığını göstərir. Nümayəndə heyətinə Ukrayna hakimiyyətində faktiki olaraq, Volodimir Zelenskidən sonra ikinci söz sahibi olan Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak başçılıq edir.

Qeyd olunur ki, Yermak artıq Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi, general Keyt Kelloq və yeni prezidentin milli təhlükəsizlik müşaviri Mayk Uolts ilə görüşüb. Görüşdə vitse-prezident J.D.Vens də iştirak edib.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Yermak rəsmi Kiyevin Trampın köməkçiləri ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Bundan əvvəl o, Floridada Ağ Evin yeni aparat rəhbəri Suzi Uayls ilə də görüşüb: “Müzakirələrlə tanış olan insanların fikrincə, Yermak Ukraynanı sülhün əldə olunmasında maneə kimi yox, konstruktiv tərəfdaş kimi təqdim edir”.

Kiyevin planları ilə tanış olan mənbə nəşrə deyib ki, Ukrayna sülhə hazır olduğunu bəyan etməyi planlaşdırır: “Ancaq bu, sabit sülh olmalıdır. Qeyri-stabil, müvəqqəti sülh nə ABŞ-nin, nə də Ukraynanın maraqlarına cavab vermir”.

Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl demişdi ki, Kiyevin müharibəni bitirmək barədə düşünməsi üçün Ukraynanın işğal olunmamış hissəsinə NATO-ya üzv olmaq təklif edilməlidir. Lakin belə görünür ki, ABŞ başda olmaqla, Qərb bu ideyanı dəstəkləmir.

“The Wall Street Journal” yazır ki, Trampın müşavirləri yalnız Rusiyanın Ukrayna ərazisinin təqribən 20%-ni ələ keçirməsini tanıyan və Kiyevin NATO-ya qoşulma imkanını müvəqqəti olaraq bağlayan sülh planlarını müzakirə edirlər.


Beynəlxalq Böhran Qrupunun Ukrayna üzrə analitiki Lusian Kim nəşrə açıqlamasında deyib: “Ukraynalılar potensial danışıqlarda maksimalist mövqelərini nümayiş etdirirlər. Ola bilsin ki, onlar NATO-ya üzvlüyün yaxın gələcəyin məsələsi olmadığını başa düşürlər. Lakin danışıqlar başlamazdan əvvəl bunu niyə etiraf etsinlər ki?”

O, həmçinin qeyd edib ki, Kiyev Co Bayden hakimiyyətindən çox narazıdır: “Tramp administrasiyasının gəlişi Kiyevdə irəliləyiş üçün ümid yaradıb. Bunun necə görünəcəyi sual altındadır. Amma bir şey aydındır: mövcud status-kvo sona çatacaq”.

Qeyd edək ki, noyabrın sonunda Volodimir Zelenski Rusiya tərəfindən işğal olunmuş ərazilər geri qaytarılmadan belə, Ukraynanın dərhal NATO-ya qəbul edilməsi şərti ilə Rusiyayla sülh sazişi imzalamağa hazır olduğunu açıqlayıb.

“Reuters” isə daha əvvəl yazmışdı ki, müharibəni bitirmək üçün Trampın “sülh planı”nın üç əsas variantı var. Bunlar Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqun planı, vitse-prezident J.D.Vensin planı və Trampın keçmiş kəşfiyyat rəhbəri vəzifəsini icra edən Riçard Qrenellin planıdır. Onlar bəzi nüanslarına görə bir-birindən fərqlənirlər. Lakin bu planların üçü də hazırkı cəbhə xəttində müharibənin “dondurulmasını” və Ukraynanın NATO-ya üzv olmaqdan müəyyən müddətə imtinasını nəzərdə tutur.

Bütün bunların fonunda Rusiyanın hansı mövqe tutacağı məsələsi açıq qalır. Çünki Kreml təmsilçiləri hətta Tramp seçiləndən sonra da dəfələrlə münaqişənin hazırkı cəbhə xətti boyunca dondurulmasının qəti əleyhinə çıxış ediblər və müharibə başlayarkən Ukraynaya qarşı irəli sürülmüş tələblərin qüvvədə qaldığını deyiblər. Bu isə faktiki olaraq, Ukraynanın öz suverenliyindən, dolayısı ilə dövlətçiliyindən imtinası və kapitulyasiyası anlamına gəlir. Nəticədə bir-birinə iki zidd mövqedə olan tərəflərin real kompromisə gəlib-gəlməyəcəkləri yalnız yanvarın 20-dən, yəni, Trampın öz vəzifəsinin icrasına rəsmən başlamasından sonra bəlli olacaq.
 
Ardını oxu...
ATƏT-in zərərli ambisiyaların girovuna çevrilməsinə baxmayaraq, bölgədə Ermənistan-Azərbaycan kontekstində xeyli irəliləyişlər əldə edilib.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışı zamanı deyib.

"Qanunsuz hərbi mövcudluğun aradan qaldırılması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası nəticəsində artıq sülh faktiki olaraq bərqərar edilib. Bu, substantiv şəkildə dövlətlərarası münasibətlərin normallaşmasına yol açmaq üçün yeni imkanlar yaradıb", - nazir qeyd edib.

O bildirib ki, Nazirlər Şurasının son iclasından bəri Azərbaycan və Ermənistan birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyasını və demarkasiyasını başa çatdırıblar:

"Müvafiq sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında bu yaxınlarda qüvvəyə minmiş Əsasnamə delimitasiya işinin növbəti mərhələlərinin həyata keçirilməsini təmin edəcək. Digər bir istiqamət üzrə isə ikitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub".
 
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyi Polşanın Sankt-Peterburqda Baş Konsulluğunun bağlanacağını elan edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu tədbir Polşanın Poznan şəhərindəki Rusiya konsulluğunun bağlanmasına cavab olaraq görülüb.
 
 
 
Ardını oxu...
Ukrayna Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar hazırlayır.

Azpost.info bildirir ki, bu barədə prezident Zelenski bəyan edib.

O, Gürcüstanda etirazların yatırılmasına görə Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar elan edib: “Biz hüquqi cavabımızı hazırlayırıq. Avropalılarla və digər tərəfdaşlarla konkret tədbirlər üzərində işləyirik”, – deyə prezident bildirib.
 
Ardını oxu...
Ehtiyac yaranarsa, Litva Gürcüstan Prezidenti Salome Zurabişviliyə sığınacaq verməyə hazırdır.

Bunu Litva prezidentinin baş müşaviri Asta Skaysqirite deyib.

O qeyd edib ki, Zurabişvili indiyədək Tiflisdə xalqının yanında olacağını açıq şəkildə bəyan edib:

“Amma Zurabişvilinin xaricdə müdafiəyə ehtiyacı ola bilər. Təbii ki, belə bir ehtiyac yaranarsa, Litva sığınacaq verəcək”.
 
Ardını oxu...
Cənubi Koreya prezidenti Yun Sok Yol ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

APA-nın “Associated Press“ə istinadən xəbərinə görə, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.

O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.

Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.
 

Dünyapress TV

Xəbər lenti