Ardını oxu...
Xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in yeni təyin olunmuş Baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı baş tutub. XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov Türkiyə Xarici İşlər Nazirliyində böyük diplomatik təcrübəyə malik səfir Feridun Sinirlioğlunun yekdilliklə ATƏT Baş katibi təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona davamlı uğurlar arzulayıb. Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi önəm Baş katibin diqqətinə çatdırılıb.Tərəflər ATƏT çərçivəsində əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Azərbaycanın ATƏT ilə geniş əməkdaşlıq təcrübəsi kifayət qədərdir:

“Çünki ATƏT-in Minsk qrupu 30 il ərzində Azərbaycan-Ermənistan arasındakı münaqişənin nizamlanması ilə məşğul olub. Ancaq Minsk qrupunun həmsədrləri-Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ermənipərəst mövqe tutduğuna görə uğur qazanılmayıb. İndi isə ATƏT-ə yeni baş katib təyin edilib və təşkilatın Azərbaycanla əlaqələrində yeni mərhələ başlaya bilər. Azərbaycanın hazırda ATƏT-lə əməkdaşlığı davam etdirmək niyyəti var. Lakin rəsmi Bakının təşkilatdan gözləntiləri də mövcuddur. Azərbaycan ATƏT-dən Minsk qrupunu ləğv etməyi istəyir, çünki Cənubi Qafqaza elə bir qrup lazım deyil. Ona görə də ATƏT Azərbaycanla yeni əməkdaşlıq mərhələsində hələ də formal olaraq qalan Minsk qrumunu ləğv etməlidir. Bundan sonra ATƏT-lə Azərbaycanın münasibətləri daha fərqli kontekstdə formalaşa bilər”.
 
 
 
Ardını oxu...
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifə səlahiyyətlərini icra etməyə başladıqdan sonra ilk iş kimi neft hasilatını artıracağını bildirib. Onun bu açıqlaması indidən dünya bazarında neftin qiymətlərinə təsir göstərib.

Ağ Evin yeni rəhbərinin bəyanatları və sonrasında yaranan vəziyyət neft hasilatı ilə məşğul olan ölkələri ciddi şəkildə narahat edib.

Globalinfo.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri, iqtisadçı İlham Şaban deyib ki, London birjasında hazırda neftin bir barrellinin qiyməti 71.52 dollardır:

“Əgər keçən həftənin sonuncu hərraclarına baxsaq, bu nəticənin yüksək olduğunu görərik. Ötən cümə günü ilk dəfə neft 71 dollar həddində satıldı. Donald Trampın dediklərinə gəldikdə isə o, əsasən yerli publika üçün pozitiv siqnallar göndərir.

Məsələ bundadır ki, ABŞ-da bir çox məshullar yanacağın bir qalon qiyməti ilə hesablanır. Daxili bazarda amerikalılar üçün yanacağın qiymətinin aşağı olması böyük əhəmiyyət kəsb edir. Çünki onlar digər ölkə vətəndaşlarından fərqli olaraq avtomobildən ən çox istifadə edən xalqdır. Qiymətin 10 sent fərq etməsi belə, onlar üçün böyük dəyişiklikdir.

Bütün şirkətlər, eyni zamanda enerji üzrə ixtisaslanan ölkələr, OPEC investisiya bankları gələn il üçün neft qiymətlərinin cari illə müqayisədə 5-6 dollar aşağı olacağını proqnozlaşdırırlar. 2025-ci ildə brend markalı neftin qiymətinin 75 dollar olacağı düşünülür. Müəyyən dövrlərdə bu qiymət aşağı ola bilər.

Tramp da gözəl bilir ki, respublikaçıları neft-qaz şirkətləri dəstəkləyir, ona görə qiymətlərin aşağı düşməməsi üçün nə isə edəcək”.

Politoloq Qabil Hüseynli isə deyib ki, ABŞ-ın neft hasilatını artırması dünya bazarında qiymətlərə təsir edəcək:

“ABŞ dünyanın ən çox neft rezervinə sahib ölkələrdəndir. Amma buna rəğmən neft satışı çox olmur. Yəni Vaşinqton daha çox daxili bazar üçün hasilat sərf edir. Əgər Ağ Ev nefti satmaq qərarına gəlibsə, bu, dünya bazarında qiymətlərə təsir edəcək.

Qərardan xüsusilə daha çox neft hasilatçısı olan ölkələr zərər görə bilər. Çünki ABŞ kimi iri neft hasilatçısı ölkə bazara əlavə neft buraxırsa, bu məhsulun dəyərini öldürəcək”.
 
 


 

      
Ardını oxu...
İran proksi qüvvələri ilə yeni axına qarşı müqavimət göstərsə də, yekunda bu onun üçün ağrılı nəticələr doğurdu.
Suriyada Bəşər Əsədin 24 illik hakimiyyətinə son qoyuldu. Əsəd hakimiyyətinin sonu Yaxın Şərqdə yeni bir dövrün başlanğıcı kimi dəyərləndirilir. Düzdür, proses Əsədlə başlamayıb və ibni Hafizin şəxsiyyəti bu prosesdə o qədər önəm kəsb etmir. Qlobal güclər Yaxın Şərq və bütün dünyanı yenidən dizayn edir. Geosiyasi qarşıdurmaların kəskinləşdiyi yeni dövrdə müttəfiqliklər qurbanlar tələb edir.
Suriya İranın Yaxın Şərqdəki son qalası idi. Obama dövründə İrana qarşı sanksiyaların yumşalması ilə molla rejiminin maliyyə vəsaitlərinə çıxış əldə etməsindən sonra rəsmi Tehran Yaxın Şərqə yetərincə nüfuz edə bilmişdi. Cənub qonşumuzun proksi qüvvələr hesabına qurduğu sədlər son bir ildə dağıldı. İranın Livanda, Qəzzadakı qüvvələri gücdən salındı və yaxud sıradan çıxarıldı deyə bilərik. Bütün bunlar həm də İranda daxili siyasi təlatümlərlə eyni anda baş verirdi. Yəni, İranın özü də yeni dünya nizamına transformasiya olmağa hazırlaşırdı.
İranın maraq dairəsinin mərkəzi nöqlərindən biri də Cənubi Qafqazdır. Zaman-zaman Tehran rejimi Qafqazda gedən proseslərə də müdaxilə etməyə çalışıb. Bir çox hallarda regional əməkdaşlığın qurulmasına qarşı maneə kimi çıxış edib. Xüsusən də Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə İranın qəti mövqeyi Ermənistanın əlini qüvvətləndirən əsas məqamlardan idi. Tehran "qırmızı xəttimizi keçməyin", "şirin quyruğu ilə oynamayın" dediyi bir vaxtda İran güc itirirdi. İran proksi qüvvələri ilə yeni axına qarşı müqavimət göstərsə də, yekunda bu onun üçün ağrılı nəticələr doğurdu. Tehran rejimi indi Suriyada yeni qüvvələrlə anlaşaraq oyun qurmağa çalışır.
Bəs Yaxın Şərqdə dayaqlarını itirmiş İran hakimiyyəti Cənubi Qafqaz siyasətini yenidən dizayn edəcəkmi?
Mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan və keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Sputnik Azərbaycana danışıblar.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, bu İranın təkcə Yaxın Şərqdə mövqelərini itirməsi demək deyil, bu bütövlükdə İran hakimiyyətinin qlobal miqyasda nüfuzdan düşməsi, təsir imkanlarının məhudlaşması deməkdir:
"Bu həm də İranın yenilənməsi üçün məqam və fürsətdir. Rəsmi Tehranın yaxın Şərqdəki mövqelərini itirməsi onun üçün yenilənməyə bir stimul olmalıdır. Əgər İran hakimiyyəti yeni şəraitdə yenilənməyə, yeni xarici siyasi konsepsiyaya keçməzsə, növbəti proseslərin hədəfi ola bilər".
Siyasi şərhçinin sözlərinə görə, Tehran hakimiyyətinin Gürcüstan və Azərbaycanda dayaqları vasitəsilə bir sıra istək və iddialarını həyata keçirməyə cəhd göstərdiyini nəzərə alsaq, deyə bilərik ki, son baş verənlər İran hakimiyyətinin Cənubi Qafqazdakı dini, siyasi, ideoloji təbliğatına və dayaqlarının zəifləməsinə təsir göstərəcək:
"Çünki hər iki ölkədə Ayətullah Seyid Ruhullah Musəvi Xomeyninin İslam inqilabı doktrinasının yayılması təbliğ olunur. Azərbaycanda da İslam respublikası yaratmaq niyyətində idilər. İranın ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətül-islam Ocaqnejadın ölkədən çıxarılması hadisəi göstərir ki, Tehran hakimiyyəti Azərbaycanda şəbəkələşmiş kolona malik idi. Bu kolonun bir ucu Şama, digər isə Quma gedib çıxırdı. Suriyanın da təslim olması ilə Tehran hakimiyyətinin tərəfdarı olan qüvvələr arasında müəyyən məyusluq yaranacaq".
Ekspertin qənaətinə görə, Bəşər Əsəd İran hakimiyyəti ilə son zamanlar hesablaşmayıb, onun xəbərdarlıqlarını və təkliflərini nəzərə almayıb.
"Hətta Bəşər Əsədin İsraillə münasibətlərinin normallaşması üçün Rusiyanın vasitəçi olması ilə bağlı iddialar var. Bu vasitəçiliyin hansı özəlliklərinin olması bəlli deyil. Görünən odur ki, həmin anlaşmalar nəticəsində Bəşər Əsədin özünə və ailəsinə toxunulmayıb", - siyasi şərhçi qeyd edir.

Sədrəddin Soltan onu da bildirir ki, Cənubi Qafqazda bundan sonra Tehran hakimiyyətinin uğur qazanmaq ehtimalı aşağı düşür:
"Bu həm də onu göstərir ki, İran hakimiyyətinin həmin qüvvələri saxlamaq üçün maliyyə vəsaitləri çatmır. Yəni həmin qüvvələrin Tehran hakimiyyətinə inamı azalacaq. İran Yaxın Şərqdə mövqeləri itirdiyi kimi, Cənubi Qafqazda nüfuzunu itirir. Zəngəzur dəhlizinə bağlı İranın mövqeyi bundan sonra nəzərə alınmayacaq. Torpağın sahibi Ermənistandır. Ermənistan dəhlizin açılmasına razılıq verərsə, İranın müdaxiləsi mümkün olmayacaq. Tehran hakimiyyəti belə müdaxilələrə görə, Livanda, Qəzzada, Suriyada cəzalandırıldı".
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə bildirir ki, illərdir İran hakimiyyətinin həm daxili, həm də xarici siyasəti ciddi tənqid olunub:
"Xüsusən də onun beynəlxalq layihələri ilə bağlı narazılıqlar vardı. İranın İsrailə qarşı müqavimət hərəkatı yaratmaq layihəsi ən çox tənqidə məruz qalanlardan idi. Bununla yanaşı Aralıq dənizinə qədər coğrafiyada geniş şiə koridoru yaratmaq planları qlobal narahatlıq yaradırdı. Artıq indiki şəraitdə İranın bu layihələri davam etdirməsi üçün iqtisadi, siyasi imkanları mövcud deyil. Görünən odur ki, illərlə yaradılan infrastruktur iki il ərzində tam olaraq sıradan çıxarıldı".
Keçmiş XİN rəhbəri əmindir ki, indi İran daha çox daxili məsələlərlə məşğul olacaq.
"İran İslam İnqilabının ideyalarının ixracı o qədər də fəal olmayacaq, bəlkə də tamamilə gündəmdən çıxarılacaq. İranla əməkdaşlıq əsasında ortaya çıxan regional layihələr isə daha çox aktuallıq qazanacaq. Bura Şimal-Cənub dəhlizi və "3+3" əməkdşalıq platforması daxildir. İran bu layihələrdə fəallığını artırmağa çalışacaq. İranın nüvə proqramı ilə bağlı sazişin əldə olunması üçün də İran fəallığını artıracaq. İstisna etmirəm ki, İranın Azərbaycan-Ermənistan münasibətlərindəki mövqeyi də dəyişəcək. Ermənistanla İranın dırnaqarası dostluğu artıq aktuallığını itirəcək", - Tofiq Zülfüqarov qeyd edib.

 
Ardını oxu...
“Prezident Bəşər Əsədə tabe olan Suriya hökuməti istefa verməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu ölkənin baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda müxalifətlə danışıqlar davam edir: “Bizdən tələb olunan kimi səlahiyyətlərimizi ötürməyə hazırıq”.

Bundan başqa, Suriyada müxalifətin lideri, “Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınan Əhməd əl-Şara deyib ki, baş nazir Məhəmməd Qazi əl-Cəlalinin rəhbərlik etdiyi hökumət keçid dövründə Suriyanın xeyrinə olacaq: “Əl-Cəlali hökuməti keçid dövründə bizə fayda verəcək”.
 
Ardını oxu...
  2927  09.12.2024 00:44  Dünya A  A 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dünya siyasi arenasında yalnız iki liderin qaldığını bildirib.

Musavat.com xəbər verir ki, Ərdoğan bu barədə Qaziantepdə keçirilən gənclər toplantısında çıxış edərkən deyib.

"Dünyada hazırda cəmi iki lider qalıb - biri mən, digəri isə Vladimir Putin", - deyə Ərdoğan bildirib.

Türkiyə lideri vurğulayıb ki, bu sözləri şəxsi ambisiya ilə deyil, faktlara əsaslanaraq deyir: "Bunu özümə görə demirəm, faktı deyirəm. Bu adamın 22 il səlahiyyət müddəti var, təxminən də bir o qədər də Putinin var", - Ərdoğan çıxışında əlavə edib.

 

Musavat.com

 

 
 
 
 
 

 

 
 
 
Ardını oxu...
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp son çıxışında Ukrayna və Rusiyanı atəşkəsə və bunun üçün şərtləri açıqlamağa çağırıb.

O bu fikirləri Ukrayna lideri Vladimir Zelenski ilə görüşdən bir neçə saat sonra səsləndirib.

Qeyd edək ki, onlar arasında görüş "Paris Notr-Dam" kilsəsinin açılışından sonra baş tutub.(APA)
 
Ardını oxu...
“Suriya kürdləri İsraillə danışıqlara başlayıb”.

Globalinfo.az xəbər verir ki, məlumatı İsrail mətbuatı yayıb.

Kürdlərin İsrailə müraciəti xarici işlər naziri Qideon Saarın çağırışından sonra baş tutub.

Qeyd edək ki, Saar bundan öncə İsrailin Suriya və İraqdakı etnik azlıqlarla ittifaq formalaşdıracağını açıqlamışdı. Sonra isə o, Təl-Əvivin Suriya konfliktinə müdaxilə etməyəcəyini bildirib.

Bununla belə, Dəməşqin müxaliflərin nəzarətinə keçdikdən sonra kürdlərlə münasibətlərini necə qurulacağı ilə bağlı suallar hələ də açıq qalır..
 
Ardını oxu...
 

Gürcüstan prezidenti Salome Zurabişvili Parisə səfəri çərçivəsində ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makronla söhbətləşib.

Gürcüstan prezidenti bu barədə “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, təmaslar zamanı Gürcüstandakı seçkilər, həmçinin Tbilisidəki vəziyyət müzakirə olunub.

 
 
 
Ardını oxu...
Suriya mürəkkəb vəziyyətdədir, lakin o, bizim dostumuz deyil və ABŞ-nin bununla heç bir əlaqəsi olmamalıdır.

Sherg.az Truth-a istinadla bildirir ki, bu sözləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib.

"Görünməmiş bir sürətlə Suriyadakı müxalif döyüşçülər yüksək koordinasiya ilə hücumda bir neçə şəhəri tamamilə ələ keçirdilər və indi Dəməşqin kənarındadırlar və açıq şəkildə Əsədi devirmək üçün böyük hücuma hazırlaşırlar. Lakin bu bizim mübarizəmiz deyil, hadisələri axarına buraxmaq lazımdır. Qarışmayın!" - deyə o, bildirib.
Ardını oxu...
Gürcüstanın Mərkəzi Seçki Komissiyası Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi rəsmi olaraq qeydiyyatdan keçirib.

Bu barədə Gürcüstan KİV məlumat yayıb.

Hazırda o, hakim partiyanın prezidentliyə yeganə namizədidir. Müxalifət seçkilərdə iştirakdan imtina edir və öz namizədini açıqlamayıb, həmçinin onların seçkilərə qatılıb-qatılmayacağı hələ məlum deyil.

Namizədlərin qeydiyyatı müddəti dekabrın 8-də başa çatır.

Gürcüstanda prezident seçkiləri 14 dekabrda keçiriləcək, inauqurasiya mərasimi isə 29 dekabrda baş tutacaq. Ölkədə ilk dəfə olaraq yeni prezident beş illik müddət üçün seçicilər kollegiyası tərəfindən seçiləcək.
 

Dünyapress TV

Xəbər lenti