Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüşün yekun Bəyannaməsi imzalanıb.
Bu barədə Missiya.Az Report-a istinadən xəbər verir.
Xatırladaq ki, dekabrın 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.
Görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.
Avropa Parlamentinin (AP) Qətər nümayəndələrinə qarşı təklif etdiyi tədbirlər, xüsusən də AP binalarından çıxarılma əmirliyin Aİ ilə münasibətlərinə və beynəlxalq enerji təhlükəsizliyi ilə bağlı müzakirələrə mənfi təsir göstərəcək.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Qətər diplomatı bildirib.
Onun sözlərinə görə, məhkəmə qərarı olmadan Qətərə qarşı belə bir ayrı-seçkilik tədbirinin tətbiqi, regional və qlobal təhlükəsizlik əməkdaşlığına, enerji təhlükəsizliyi ilə bağlı davam edən müzakirələrə mənfi təsir göstərəcək.
Qeyd edək ki, Avropa Parlamenti Qətərlə bağlı qanunvericilik sənədləri üzərində, xüsusən də Qətərlə viza liberallaşdırılması və Aİ-nin aviasiya sazişi ilə bağlı bütün işlərin, habelə planlaşdırılan səfərlərin vəziyyətə aydınlıq gətirilənə qədər dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edib.
Bundan əlavə, deputatlar məhkəmə araşdırmasının nəticələri məlum olana qədər Qətəri nümayəndələri üçün Avropa Parlamentinə daxil olması üçün verilən vəsiqələrin qüvvədən düşməsini xahiş ediblər.
Xatırladaq ki, Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç nəfər Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılıb.
İranın Maku şəhərində İran və Türkiyə nümayəndə heyətlərinin görüşü baş tutub. Bu barədə “Anadolu” agentliyi xəbər verir. Danışıqların əsas mövzusu sərhəd təhlükəsizliyi və ticarət məsələləri olub. Türkiyə nümayəndə heyətinə İğdır valisi Hüseyn Engin Sarıibrahim başçılıq edib.
O, çıxışı zamanı qeyd edib ki, Türkiyə ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin, o cümlədən mədəni, sosial və ticarət sahələrində inkişaf edəcəyini gözləyir. Danışıqların nəticəsi olaraq müvafiq protokol hazırlanıb.
“Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşünün nəticələrindən böyük məmnunluğumuzu bildirmək istərdim. Bu Zirvə görüşü üç qardaş xalqın bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi və Türk Dünyasının daha parlaq gələcəyə sahib olması üçün səylərə dəstək vermək üçün çox mühüm fürsətdir”.
“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Üçtərəfli Zirvə Görüşünün yekunlarına dair bəyanatında bildirib.
“Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanmış müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcəkdir”.
O qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlər arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək və bütün Türk Dünyasının birləşməsi və inteqrasiyası prosesində irəliyə doğru çox mühüm addım olacaq.
Bu gün Türkmənbaşıda Azərbaycan, Türkiyə və Türkmənistan liderləri - İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdımühəmmədovun görüşündə üçtərəfli sənədlər paketi imzalanıb. Dövlət başçıları üç ölkə liderinin birinci sammitinin birgə bəyanatını imzalayıblar. Ticarət-iqtisadi əməkdaşlığa dair üçtərəfli hökumətlərarası saziş imzalanıb. Həmçinin elm, təhsil və mədəniyyət sahələrində hökumətlərarası əməkdaşlığa dair çərçivə proqramı təsdiq edilib. Tərəflər gömrük əməkdaşlığı sahəsində birgə məşvərət komissiyasının yaradılmasına dair hökumətlərarası anlaşma memorandumunu imzalayıblar. Enerji sahəsində əməkdaşlığın inkişafına dair hökumətlərarası anlaşma memorandumu da imzalanıb. Bununla yanaşı, nəqliyyat sahəsində əməkdaşlığın inkişafına dair idarələrarası memorandum imzalanıb. Yeganə Hacıyeva Teref.az
“Goranboy rayon Buzluq kənd tam orta məktəbi korrupsiya yuvasına çevrilib. Məktəb direktoru heç bir qanuni əsası olmadan, qanunvericilik tələbləri pozularaq 2 ildir, təqaüdə çıxmış 68 yaşında, işini yarıtmayan yaşlı adamı yenidən məktəbə müəllim götürüb”.
DİA.AZ bildirir ki, bu barədə Goranboy rayon Buzluq kənd tam orta məktəbinin riyaziyyat müəllimi Kəmalə Novruzova tərfindən Bizim.Media-ya daxil olan şikayətdə deyilir.
Müəllim iddia edir ki, məktəb direktoru Rəşad Ələkbərov iki müəllim ola-ola 68 yaşlı müəllimi işə qaytarıb onların saatlarını kəsib:
“Məktəbdə iki nəfər riyaziyyat müəllimi və 10 saat vakant dərs var idi. Noyabr ayının axırına qədər əsas dərs kimi 15 saat birimizə, 5 saat da birimizə vermişdilər. İndi həmin dərsləri bizim əlimizdən alıb və 68 yaşında bir müəllimlə (Məmmədov Oqtay) yenidən müqavilə bağlayaraq vakant dərsləri ona veriblər. Həmin müəllim iki ildir ki, məktəbdən də uzaqdır. Məktəbdə iki müəllim ola-ola niyə dərsləri vakant yer çıxarıb başqa müəllimə verməlidirlər?”
Direktor Rəşad Ələkbərov Bizim.Media-ya açıqlamasında səsləndirilən fikirlərlə razılaşmayıb və onun müəllim götürmək səlahiyyətinin olmadığını deyib:
“Müəllim 68 yox, 66 yaşındadır. Əmək Məcəlləsinə müvafiq olaraq müddətli müqavilə ilə işləyir. Barəmdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və onun nəticəsi əlimdədir. Müəllimlə müqavilə mərkəzləşmiş qaydada regional təhsil idarəsinin razılığı ilə prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. Şikayətçi Kəmalə Novruzova ixtisasından 8 bal toplamış müəllimdir. Siz bir avlideyn olaraq öz övladınızı ona etibar edərsinizmi?! Buna baxmayaraq müəllimə artıqlaması ilə dərs saatı verilib”.
Direktor bildirib ki, bu problem uzunmüddətdir ki, var. Şikayətçi müəllimin tələbi odur ki, o müəllimi çıxarıb dərs saatlarını onlara verək.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin mətbuat xidmətindən verilən açıqlamaya görə, riyaziyyat müəllimi Kəmalə Novruzovanın şikayəti araşdırılıb:
“Bildiririk ki, Goranboy rayonu Buzluq kənd tam orta məktəbdə 2022-2023-cü tədris ilində riyaziyyat fənnindən dərs yükü müəllimlərin diaqnostik qiymətləndirmə nəticəsinə uyğun olaraq bölünüb, müəllimlər arasında dərs bölgüsü həyata keçirildikdən sonra artıq olan 10 saat riyaziyyat fənnindən dərs yükü 2022-2023-cü tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsində vakant elan edilib, lakin vakant yerə təyin edilən namizəd olmayıb. Qeyd edilən dərs yükünü tədris etmək üçün Goranboy rayonu Buzluq kənd sakini, ötən tədris illərində də həmin məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmış Məmmədov Oqtay Baba oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət edib. Məktəbdə kadr çalışmazlığı və Oqtay Məmmədovun pedaqoji təcrübəsi nəzərə alınaraq Goranboy rayonu Buzluq kənd tam orta məktəbdə tədris ilinin sonunadək müddətli əsaslarla riyaziyyat fənnindən vakant olan dərs saatlarını tədris etməsinə razılıq verilib”.
Yaş həddinə çatmış müəllim ilə əmək müqaviləsinin bağlanması məsələsinə qaldıqda isə idarənin cavabı belə olub:
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinin 10-1.1 və 10-1.2 bəndlərinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Həmçinin bildirək ki, çalışmanın yaş həddinə çatmış şəxslə bağlanmış müddətli əmək müaviləsi bitdikdən sonra həmin şəxsin 1 (bir) il müddətinə pedaqoji fəaliyyətə fasilə verməsi, həmin şəxslə yenidən müddətli əmək müaviləsi bağlanılmasına Azərbaycan Respublikasının Əmək Məcəlləsində heç bir məhdudiyyət və qadağa qoyulmayıb”.
Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfəri başlayıb.
Teleqraf.com xəbər verir ki, Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.
Sizdən əldə olunmuş həmrəyliyə hörmət etməyinizi xahiş edirəm: Rusiya təcavüzünü davam etdirir, bu isə o deməkdir ki, Ukraynaya dəstək də davam etdirilməlidir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski G7 ölkələrinin onlayn formatda keçirilən iclasında çıxış edərkən deyib.
Zelenski cari ildə olduğu kimi, növbəti ildə də dəstəyinin davam etməsinin zəruriliyini qeyd edib:
“Bununla yanaşı, çoxdan gözlənilən addımlar atmalıyıq - sülhün başlanğıcını sürətləndirəcək bir şey”.
“İlk baxışda Avropa İttifaqının belə bir imkana malik olmadığı düşünülsə də, reallıq fərqlidir”.
Bu fikirləri Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin Aİ-nin Cənubi Qafqazda fəallığı artırmasının vacibliyi haqda fikirlərini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Aİ Cənubi Qafqazda özünə dayanıqlı mövqe tutmaq üçün yetərli imkanlara malikdir:
“Tarixdən də gördüyümüz kimi, imperiyalardan biri zəiflədikdə, yaxud da tamamilə sıradan çıxdıqda, onun yerini digərləri tutur. Mövcud şəraitdə Rusiyanın zəifləməsi və əvvəlki təsir imkanlarını itirdiyi müşahidə olunmaqdadır.
Belə bir vəziyyətdə Qərbin, Avropa İttifaqının Cənubi Qafqazda fəallığını artırmaq haqda fikirləşməsi təbiidir. Bu, çox təbii yanaşmadır. İlk baxışda Avropa İttifaqının belə bir imkana malik olmadığı düşünülsə də, reallıq fərqlidir. Cənubi Qafqazda fəallaşmaq üçün Avropanın potensialı böyükdür.
Özünüz də baxın, Azərbaycandan, postsovet ölkələrindən xaricə gedənlər ilk növbədə hara üz tuturlar? Bəli, Avropaya. Avropa öz siyasətində daha çox “yumşaq güc”ə əsaslanır. Lakin bəzən “yumşaq güc”ün təsiri “qaba güc”dən daha effektli olur”.
NATO-nun missiyası Rusiyanı və ya başqa bir ölkəni təhdid etmək deyil, üzv dövlətləri qorumaqdır.
Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib ki, Vladimir Putin guya NATO ölkələrinin Rusiyanı təhdid etdiyinə dair görüntü yaratmağa çalışır.
“NATO açıq şəkildə bildirir ki, biz müdafiə ittifaqıyıq. NATO heç vaxt Rusiyanı təhdid etməyib və indi də etmir”, – o, bəyan edib.
Kleverli vurğulayıb ki, NATO-ya daxil olan ölkələr bunu könüllü edirlər və bunda heç bir məcburiyyət yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Ukraynadakı müharibə Rusiya ilə NATO arasında müharibəyə çevrilə bilər. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü bütün beynəlxalq nizamı təhlükə altına qoyur. Deməli, bütün dünya Rusiyanın məğlubiyyətində maraqlıdır.