Ardını oxu...
ABŞ-ın Əfqanıstanda Əl-Qaidə lideri Ayman əz-Zəvahirinin öldürüldüyünü elan etməsindən beş ay keçsə də, qlobal cihadçı qrup hələ də onun ölümünü təsdiqləməyib və ya yeni başçısını elan etməyib.

Avqustun əvvəlində Prezident Co Bayden demişdi ki, ABŞ silahlı qüvvələri Əfqanıstan paytaxtının üzərində uçan pilotsuz təyyarədən iki raket ataraq əz-Zəvahirinin evinə zərbə endirib və onu öldürüb.

“Dawn” xəbər verir ki, qrupun təbliğat bölmələri 2011-ci ildə ABŞ xüsusi qüvvələri onun xarizmatik qurucusu Usamə bin Ladeni Pakistanda öldürdükdən sonra qrupa rəhbərlik edən saqqallı misirli ideoloqun tarixi göstərilməyən audio və ya video mesajlarını yayımlamağa davam edir.

Başqa bir ehtimala görə, qrup indiyə qədər Zəvahirinin böyük ehtimalla varisi, Saif əl-Adel təxəllüsü ilə tanınan keçmiş ikinci nömrəsi ilə əlaqə qura bilməyib.

Ardını oxu...
Müşahidəçilər hesab edir ki, 1980-ci illərdə cihadda iştirak etmiş Misir xüsusi təyinatlılarının keçmiş polkovnik-leytenantı İrandadır.

İslam respublikasının şiə hökmdarları rəsmi olaraq sünni Əl-Qaidəyə qarşıdırlar, lakin müxaliflər dəfələrlə İranı şəbəkə ilə əməkdaşlıq etməkdə və onun liderlərinə sığınacaq verməkdə ittiham edib.

Ekstremizmlə Mübarizə Layihəsi Analitik Mərkəzinin direktoru Hans-Yakob Şindler açıqlamasında “bu, həqiqətən qəribədir, şəbəkə yalnız liderlə işləyir”- deyib.

Tədqiqatçılar Raffaello Pantucci və Kabir Taneja dekabrın əvvəlində “Lawfare” saytında “əlbəttə ki, Birləşmiş Ştatlar onun ölümü ilə bağlı səhv etmiş ola bilər” deyə bildiriblər.

Hans-Yakob Şindlerə görə, “Seyf əl-Adel İran rejimi üçün bir məsuliyyətdir, həm də valıqdır”.

Tehran öz maraqlarına uyğun olaraq onu ABŞ-a təhvil vermək və ya Qərbə hücum etmək qərarına gələ bilər.

Əl-Qaidə də “Taliban”, Pantucci və Tanejanın təzyiqi altında Zəvahirinin ölümü ilə bağlı səssiz qala bilər.

Qrupun avqust ayında ehtiyatla hazırlayaraq yaydığı bir bəyanatda nə Zəvahirinin Əfqanıstanda olduğu təsdiqlənib, nə də onun ölümü etiraf edilib.

Onların xəbəri şərh etməmək qərarı Əl-Qaidə ilə kövrək, lakin dərin münasibətlərini idarə etmək səylərinin bir hissəsi ola bilər. Eyni zamanda Birləşmiş Ştatlarla bağladıqları razılaşmaya birbaşa zidd olaraq xarici terror qrupunun varlığına diqqəti cəlb etməkdən yayına bilər.

Seyf əl-Adelin həmçinin, ötən il öldürülən sələfinin və ya şəbəkənin əsas rəqibi, silahlı İslam Dövləti qrupunun son iki liderinin taleyindən yayınmaq üçün gizlənmiş olma ehtimalı var.

Zəvahiri şəbəkəni ələ keçirdikdən sonra bin Ladenin xarizmasını və təsirini təqlid etməyə çalışmadı, lakin qrupun mərkəzsizləşdirilməsində əsas rol oynadı.

Əl-Qaidə bu gün ABŞ-a qarşı 11 sentyabr 2001-ci il hücumlarını həyata keçirən qrupdan çox uzaqdır. İndi onun Yaxın Şərq, Afrika və Cənub-Şərqi Asiyaya səpələnmiş muxtar nümayəndəlikləri var ki, onlar əməliyyatlar, maliyyələşdirmə və strategiya baxımından əvvəlkindən daha az mərkəzi komandanlıqdan asılıdır.

ABŞ-da yaşayan Əl Qaidə üzrə ekspert Barak Mendelsohn, qrupun yeni lideri elan etmək üçün niyə vaxt uzatdığını söyləməyin çətin olduğunu söyləyib.

Əl-Qaidənin əzəli düşməni İslam Dövləti (İD), xəlifə Əbu Bəkr əl-Bağdadinin 2019-cu ildə ABŞ-ın Suriyadakı reydi zamanı özünü öldürməsindən sonra liderliyini doldurmaqda oxşar çətinliklərlə üzləşib.

2022-ci ildə onun iki varisi öldürüldükdən sonra İD ötən payızda öz legitimliyini gücləndirmək üçün peyğəmbərin Qureyş qəbiləsindən miras qaldığını iddia edən naməlum bir qohumunu yeni başçı seçib.

Radikallaşmanın Tədqiqi üzrə Beynəlxalq Mərkəzin əməkdaşı Tore Hamminq bildirib ki, Əl-Qaidə üçün onun adından danışacaq simvolik liderin olması vacib deyil: “Biz 2019-cu ildən bəri İslam Dövlətini görürük, bunun heç bir əhəmiyyəti yoxdur. İD yeni xəlifələr seçdi, lakin heç kim onların kim olduğunu bilmədi və onlar haqqında heç nə eşitmədi. Bununla belə, filiallar hələ də sadiq qaldılar. Əl-Qaidə üçün də eyni şey ola bilər, yalnız əmir rolunu oynayan yüksək səviyyəli bir şura və ya lider ilə”.

Laçın SƏMLA

AzPolitika.info
 
Ardını oxu...
Hərbi nöqteyi-nəzərdən Finlandiya və İsveçin NATO-ya eyni vaxtda daxil olması vacibdir.

Bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

“Biz NATO-ya üzvlük üçün birlikdə müraciət etdik və bu prosesi də birlikdə başa çatdıracağıq", - deyə nazir qeyd edib.

Xatırladaq ki, Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət edib. Üzvlük ərizəsini Türkiyə və Macarıstandan başqa bütün NATO ölkələri təsdiqləyib. (modern.az)
 
 
 
Ardını oxu...
Yanvarın 10-da NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen üçüncü birgə əməkdaşlıq bəyannaməsini imzalayacaqlar.

"Report" xəbər verir ki, bu barədə alyansın saytındakı press-relizdə deyilir.

İmzalanma mərasimi NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutacaq. Bundan sonra birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Stoltenberq təhlükəsizlik və sabitliyə töhfə verəcək yeni Aİ-NATO bəyannaməsinin imzalanmasının vaxtının çatdığını bildirib. Birgə bəyannamənin 2021-ci ildə imzalanması nəzərdə tutulsa da, sonradan təxirə salınıb.
 
Ardını oxu...
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri bu gün keçirilən iclasda dördüncü səsvermə zamanı yeni spiker seçə bilməyiblər.

Teref.az APA-ya istinadən xəbər verir ki, Respublikaçılar Partiyasının lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin nəticələrinə görə yenə də əksəriyyətin dəstəyini ala bilməyib və cəmi 201 səs toplayıb – üçüncü turdakından bir səs az. Qalib gəlmək üçün 218 səs toplamaq lazım idi. Cari raundda Makkartinin spiker təyin edilməsini dəstəkləməkdən imtina edən respublikaçılar alternativ namizəd kimi Florida ştatından Bayron Donaldsın namizədliyini irəli sürüblər.

Respublikaçılar Partiyasından olan 20 konqresmen ona səs verib. Ukrayna əsilli respublikaçı Viktoriya Sparts bitərəf qalıb və heç bir namizədə səs verməyib. Demokrat Hakim Ceffrisə əvvəlki turlarda olduğu kimi, 212 konqresmen – hazırkı çağırış Nümayəndələr Palatasında Demokratlar Partiyasının bütün nümayəndələri səs verib.

Qeyd edək ki, bu, 100 ildə ilk dəfədir Nümayəndələr Palatasının sədrinin seçilməsi bir turla məhdudlaşmır.
 
Ardını oxu...
"Biz də Bakı kimi İran tərəfinin bəzi bəyanatlarından narahatıq. Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər".

“Report” xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.
Ətraflı

Ərdoğanın sözçüsü vurğulayıb ki, İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.

"Belə bir səfərə hazırlıq görülürdü, onu təxirə salan bəzi səbəblər ortaya çıxdı. İndi protokollar üzərində danışıqlar gedir, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək, hələlik konkret təqvim yoxdur", - Kalın müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankara İranda baş verən hadisələrdən narahatdır və bununla bağlı rəsmi Tehranın qətiyyətini görür.
 
Ardını oxu...
İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalının efirində bildirib.

“Belə bir səfər hazır idi. Müəyyən səbəblərdən səfər təxirə salındı. İndi protokollar üzərində danışıqlar gedir, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək” - deyə Kalın müsahibəsində deyib.

O, səfərin konkret vaxtını açıqlamayıb.
 
Ardını oxu...
ABŞ dövlət katibi Entoni Blinken yaxın həftələrdə Çinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

Blinken Çinin yeni xarici işlər naziri Tsin Qanqla görüşəcək.

Xatırladaq ki, 2021-ci ilin iyul ayına kimi Tsin Qan Çinin ABŞ-dakı səfiri olub.
 
Ardını oxu...
Paşinyanın Netanyahunu təbrik etməsi İranı qəzəbləndirib.

DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Benyamin Netanyahunu yenidən İsrailin Baş naziri seçilməsi münasibətilə təbrik edib.

O, təbrikində İsrail siyasətçisinin təcrübəsini yüksək qiymətləndirib.

Paşinyanın bu “tələsik” təbrikinə İrandan sərt reaksiya gəlib.

İranlılar Paşinyan elitasına xəbərdarlıq “ötürüb” ki, “əgər Paşinyan erməni xalqının bütün təbii müttəfiqləri ilə münasibətləri belə canfəşanlıqla korlayırsa, biz bunu həzm etməyə hazır deyilik”.

Ardını oxu...
0
 
 
Ardını oxu...
20 və 21 dekabrda Fransa və Ermənistan Azərbaycanın Laçın yolundakı vəziyyət ilə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasını çağırdılar.

Qeyd edək ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyində “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilib. Sözügedən müraciət əsasında TŞ-nın gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi.

Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı BMT TŞ-da sənəd qəbul etmək istəyirdi. O zaman bu baş vermədi.

Xatırlatmaq istərdik ki, 44 günlük müharibə vaxtı da belə cəhdlər olmuşdu.

Bunun özü ayrıca bir haqsızlıqdır ki, BMT TŞ-nın 4 qətnaməsi ola-ola 25 il BMT TŞ-nın Ermənistanın Azərbaycana təcavüzünə qarşı bir dəfə də olsun görüşü keçirilməmişdi. Bunu qoymayanlardan biri də məhz riyakar Fransa idi.

20-21 dekabr müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti humanitar fəlakət kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. 10 gündür ki mətn üzərində sözün əsl mənasında qırğın gedir.

Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı mərklli işlərin aparıldığına eyham etmişdi.

23 dekabrda Prezident İlham Əliyev Makron ilə telefon danışığında demişdi:

Emmanuel Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Prezident İlham Əliyev regional məsələlərə münasibətdə tarazlı və qərəzsiz davranışın vacibliyinə toxunaraq, Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğunu diqqətə çatdırıb.

Fransa düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Bu günlərdə Ermənistanın “dahi” diplomatı və çekisti Armen Qriqoryan da TŞ-da qətnamə qəbul edilməsinin Ermənistanın məqsədlərindən biri kimi müəyyən etmişdi.

Fransız və erməni cütlüyünün bu addımları Rusiyaya qarşı xəyanət, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyətə hörmətsizlik idi.

Amma sözün əsl mənasında Fransa üçün bu proses ciddi rüsvayçılıq oldu. BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri Fransa 10 gündür ki, bir bəayanatı qəbul etdirə bilmədi. Bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirilmişdir. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatda Dağlıq Qarabağ ifadəsi çıxarılmış, humanitar yardım olarsa bu yalnız Azərbyacanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər və Azərbyacanın ərazi bütövlüyünə dəstək kimi ifadələr daxil edilmişdir. Amma Azərbaycan tərəfi də bütün imkanlarından istifadə edərək Fransanı onun öz meydanında rüsvayçılıqla üzbəüz qoydu.

Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn dünən BMT TŞ qaydalarına uyğun olaraq sükut proseduruna yenidən qoyulmuşdu. Bu o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa qəbul edilmiş hesab olunur. Bu sənəddə darmadağın edildi. Fransa Prezident Administrasiyasının xarici siyasət və diplomatik şöbəsi isterika halındadır. Hətta Fransanın BMT yanında Daimi nümayəndəsi və onun müavininin geri çağırılmaq məsələsi var. Argentinadan fərqli olaraq Azərbaycan Fransanı neytral meydanda deyil öz meydanında məğlub etdi.

Beynəlxalq ictimaiyyət, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri də Fransaının necə ədalətsiz, qərəzli və riyakar olduğunu görürdülər və bunu açıq etiraf edirdilər.

Hətta Fransa və Ermənistan cütlüyünün sənədi qəbul olunsaydı belə, əvvəli təsir gücünü itirmişdi. Bu bəyanatın qəbul olunmasının əslində heç isti-soyuğu belə yoxdur.

Amma prinsiplər prinsiplərdir. Amma bu kimi vasitələrlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, hər bir belə addımı ilə Fransa regiondan daha təcrid olur.

Azərbaycanın gücünün və Fransanın öz meydanında onu məğlub etməsinin sirri: Prezident İlham Əliyev və onun şəxsi nüfuzu və onun sayəsində Azərbaycanın dünyadakı dostları!

Azərbaycanın haqlı mövqeyini və haqqı və ədalətli dəstəkləyən BMT TŞ-nın bütün daimi və qeyri-daimi üzvlərinə təşəkkürlər. Diplomatiya sükutu sevir! Ona görə onların adını çəkmirik!.

Cebhe.info
 
Ardını oxu...
Finlandiyanın müdafiə naziri Antti Kaykkönen ölkəsinin gələn ilin yayına kimi NATO-ya üzv olacağını düşünür.

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.

Kaykkönenin fikrincə, Finlandiyanın NATO-ya üzv olması alyansın 2023-cü il iyulun 11-12-də keçiriləcək Vilnüs sammitindən əvvəl baş verə bilər.

Nazir Finlandiyanın NATO-ya üzvlük meyarlarına cavab verdiyini, Finlandiya, İsveç və Türkiyənin Madrid sammitində imzaladığı anlaşma memorandumuna sadiq olduğunu vurğulayıb.

“Düşünürəm ki, Vilnüs sammiti zamanı Finlandiyanın NATO-ya üzv olacağına inanmaq üçün kifayət qədər əsaslar var”, - o qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti