Ardını oxu...

28 dekabr 2022-ci il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub.

XİN-dən "DogruXeber.az"a verilən məlumata görə, görüş zamanı, Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub və məktubda əks olunmuş iddialar qətiyyətlə rədd edilib.

Bu çərçivədə, bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Fransa prezidentinə ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsinin qəbuledilməz olduğu bildirilib.

Sözügedən məktubun Fransa Parlamentinin hər iki palatasının Azərbaycana qarşı əsassız ittihamlarla dolu qətnamələrinin qəbul edilməsinin də daxil olduğu, məqsədyönlü və sistemli şəkildə həyata keçirilən silsilə xarakterli anti-Azərbaycan tədbirləri və bəyanatlarının davamı olduğu vurğulanıb.

Azərbaycan tərəfi Fransa hökuməti tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Ardını oxu...
“Çin hesab edir ki, Yaponiya siyasi razılaşmalara əməl etməli və buna görə də Tayvan adası ilə rəsmi əlaqələri dayandırmalıdır”.

Bu tələblə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin çıxış edib.

Eyni zamanda diplomat Yaponiya ilə Tayvan arasında münasibətlərin hansı sənədlərə əsasən bitməli olduğu ilə bağlı dəqiq açıqlama verməyib.

Bundan başqa, Yaponiya parlamenti üzvlərinin dekabrın 26-da başlayan səfəri Pekini qəzəbləndirib. Van Venbin Yaponiyanı “vahid Çin” prinsipinə əməl etməyə və adada “separatçı qüvvələrə yalan siqnallar göndərməməyə” çağırıb.

Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur. ÇXR hakimiyyəti isə adanın müstəqilliyini tanımır.

Mənbə: TASS
 
Ardını oxu...
Rusiya, Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində söhbət apara bilərlər.

"Report" xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov "Birinci kanal"ın efirində bildirib.

O qeyd edib ki, dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.
“Biz üçtərəfli görüş təyin etməmişik, lakin pərdə arxasında onların bir-biri ilə danışmaq imkanı olacaq”, - Kreml sözçüsü qeyd edib.
Ardını oxu...
“İsveç və Finlandiya 2023-cü ildə NATO-ya qoşulacaq”. “Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Əminəm ki, İsveç və Finlandiyanın NATO-ya qoşulmaq üçün müraciətlərinin ratifikasiyası vaxtında başa çatacaq”, - Stoltenberq bildirib.

Bununla belə, Stoltenberq prosedurun tamamlanması üçün konkret müddət göstərməyib.
 
Ardını oxu...
“Gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız öz yerlərinə qayıdacaqlar”

“Gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız öz yerlərinə qayıdacaqlar”. AYNA xəbər verir ki, Prezident İlham Əliyevin dediyi bu sözün Ermənistanda hansı ajiotajı yaradacağı, İrəvandakı isteriya Azərbaycan Televiziyasının (AzTV) Rövşən Məmmədovun təqdimatında efirə gedən “HƏFTƏ” verilişində təhlil edilib. Təhlildə bildirilir ki, Azərbaycan liderinin mesajları ilə bağlı üzümüzə gələn həftə erməni ekspertləri, yaxud Ermənistanın Avropadakı bacı və qardaşları hay - kül salacaqlar ki, bəs Azərbaycan Ermənistan torpaqlarına iddialıdır.

“HƏFTƏ”nin materialında gələn həftəni gözləmədən hayların cavabı indi verilir və bildirilir ki, söhbət müharibə aparmaqdan getmir. Söhbət Azərbaycan xalqının tarixin müxtəlif mərhələlərində zorla qovulduğu, deportasiya edildiyi ərazilərə, dədə - baba yurduna dönüşündən gedir. Söhbət tarixi ədalətin bərpasından gedir.

“Nə deyir tarix? Prezident İlham Əliyev bu suala konkret faktlarla, mərhələli şəkildə, bir - bir aydınlıq gətirdi. Bir sözlə, XX əsrin əvvəlindən etibarın azərbaycanlılara qarşı yürüdülən işğal, soyqırımı siyasətinin real mənzərəsini yaratdı”, - deyə təhlildə vurğulanır.

 
Ardını oxu...
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi fikirləri təhrif edən 24 dekabr 2022-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Tereef.az-a verilən məlumatda bildirilir.

Ermənistan XİN-in Azərbaycanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını, beynəlxalq hüququ pozduğunu iddia etməsi riyakarlıqdan başqa bir şey deyil. Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal edilməsinə, yüz minlərlə əhalinin ərazilərimizdən qovulmasına və kütləvi qırğınlar törədilməsinə baxmayaraq, Azərbaycan tərəfi 25 il ərzində Ermənistanla münaqişənin danışıqlar və dinc yolla həll edilməsi istiqamətində danışıqlar prosesinə sadiq qalıb. 44 günlük Vətən müharibəsində tam qalibiyyətə və ərazilərin işğaldan azad olunmasına baxmayaraq, Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini də məhz Azərbaycan tərəfi irəli sürüb.

Azərbaycanın Praqa və Soçi razılaşmalarını pozması, sülh prosesinə maneçilik törətməsi fikri də eynilə əsassızdır. Qeyd edək ki, Praqa və Soçi razılaşmalarında bütün problemli məsələləri suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa baxmayaraq, məhz Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməklə yanaşı, Laçın yolu ətrafında yaranmış vəziyyətdən göründüyü kimi Azərbaycanın suverenliyinə qarşı müdaxilələrini davam etdirir. Bununla yanaşı, məhz Ermənistan tərəfinin dekabr ayında Brüsseldə liderlər arasında görüşə maneçilik törədən şərtlər irəli sürməsi, o cümlədən xarici işlər nazirlərinin 23 dekabr tarixli Moskva görüşünə getməkdən imtina etməsi sülh prosesinə hansı tərəfin maneçilik törətdiyini açıq-aşkar nümayiş etdirir.

Azərbaycan tərəfinin Ermənistanla delimitasiya olunmamış sərhəd istiqamətində daha əlverişli mövqelərə sahiblənməsinin guya Azərbaycanın Ermənistanın hər hansı bir ərazisini işğal etməsi kimi qiymətləndirilməsi təəccüb doğurur. Belə ki, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsi faktı, hələ də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 8 kəndini işğal altında saxlaması və bir çox istiqamətlərdə hərbi mövqelərini məhz Azərbaycanın suveren əraziləri daxilində yerləşdirməsi nəzərə alınaraq, qeyd edilən ərazidə hər hansı bir mövqenin əvvəl məhz Ermənistana məxsus olması iddiasının heç bir əsasının olmadığını bir daha göstərir.

Bütün tarixi əsərlərdə, xəritələrdə və qəbul edilmiş sənədlərdə qeyd edildiyi kimi indiki Ermənistanda bir sıra ərazilərin Azərbaycanın tarixi torpaqları olması barədə fikirlərin Ermənistana qarşı ərazi iddiaları kimi qiymətləndirilməsi, habelə Azərbaycanın etnik təmizləmədə təqsirləndirilməsi riyakarlıqdır və Ermənistanın tarixi faktlardan xəbərsiz olduğunu sübut edir.
Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1988-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 200 mindən çox azərbaycanlı Ermənistandan qaçqın düşüb. Bütün bunlardan əlavə, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 30 ilə yaxın işğalı dövründə Ermənistan tərəfi 700 mindən artıq Azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirib, yalnız Xocalıda bir gecə ərzində 613 nəfəri kütləvi şəkildə amansızlıqla qətlə yetirib.

Laçın yolunun fəaliyyətinin bərpa olunması barədə çağırışlara gəldikdə, görünür ki, Ermənistan tərəfi qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı Laçın yolunda həyata keçirilən etirazların onun bu istiqamətdə fəaliyyətinə, etirazların Üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd olaraq Azərbaycan ərazisindən hələ də çıxarmayan erməni silahlı qüvvələrinin təchizatına, 6-cı bəndə zidd olaraq Laçın yolundan minaların daşınması kimi hərbi təxribatlarına maneçilik törətməsindən narahatdır.

Qeyd edək ki, Laçın yolunda etirazların humanitar böhran təhdidi yaratdığı və guya ermənilərin blokadada olduqları barədə iddiaların heç bir əsası yoxdur. Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət rejimi dəyişməz olaraq qalır. Videogörüntülər təcili yardım maşınları və humanitar yardım karvanları da daxil olmaqla müxtəlif növ nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirir. Bununla yanaşı, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Azərbaycan hökuməti, həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan edib.

Bir daha bəyan edirik ki, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi niyyəti və sülh quruculuğu təşəbbüsləri qarşılığında Ermənistanın öz öhdəliklərinə zidd olaraq destruktiv fəaliyyəti davam etdirməsi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımları bölgədə sülhün bərpasına xidmət etmir. Azərbaycan beynəlxalq hüququn ona verdiyi əsasla müvafiq sülh quruculuğu tədbirlərini davam etdirəcək.

 
Ardını oxu...
Dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AZƏRTAC xəbər verir ki, telefon danışığı əsnasında Emmanuel Makron Ermənistan və Azərbaycan arasındakı münasibətlərə, həmçinin Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhərinə gedən yoldakı vəziyyətə toxunub.

Dövlətimizin başçısı Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhəri istiqamətində olan yoldakı vəziyyət ilə bağlı qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun nəticəsində ətraf mühitə vurulmuş ciddi zərərə etiraz edirlər.

Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə yaşayan sakinlərin bu yoldan mülki və humanitar məqsədlər üçün istifadəsi üçün maneənin olmadığını, başqa təsisatlara lüzum olmadan Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisinin xətti ilə tibb maşınlarının keçidlərinin təmin edildiyini vurğulayıb.

Dövlətimizin başçısı vətəndaş cəmiyyəti nümayəndələrinin əsas tələbinin faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması və ərazidə ekoloji monitorinq fəaliyyətinin aparılmasının təmin edilməsi olduğunu bildirib.

Söhbət əsnasında Prezident İlham Əliyev, həmçinin Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd edib.

Emmanuel Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Prezident İlham Əliyev regional məsələlərə münasibətdə tarazlı və qərəzsiz davranışın vacibliyinə toxunaraq, Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğunu diqqətə çatdırıb.
 
Ardını oxu...
Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi Ermənistan nümayəndəsinin BMT TŞ-də səsləndirdiyi fikirlərə cavab olaraq Xankəndi-Laçın yolundakı vəziyətlə bağlı bəyanat yayıb.

Bəyanatda Ermənistan nümayəndəsinin BMT Təhlükəsizlik Şurasındakı çıxışında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin saxtalaşdırılması və bunun beynəlxalq hüquqa zidd olduğu bildirilib.

Vurğulanıb ki, Ermənistan nümayəndəliyinin bəyanatlarındakı heç bir tarixi və hüquqi əsası olmayan coğrafi adlara istinadlar bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının davam etdiyini bir daha sübut edir.

Qeyd olunub ki, Ermənistanın Azərbaycandakı ekoloji terroruna qarşı Laçın yolundakı aksiyanın dinc xarakter daşıyır və Ermənistanın blokada ilə bağlı iddiaları əsassızdır.

Sənəddə həmçinin Ermənistanın Üçtərəfli Bəyanat üzrə öhdəliklərinin yerinə yetirilməsinə çağırış edilib. Bildirilib ki, Ermənistanın ittihamları növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdür və bütün bunlar ikitərəfli münasibətlərin normallaşması prosesini pozmağı, regionda vəziyyəti gərginləşdirməyi hədəfləyir.
 
Ardını oxu...
Fransa prezidenti Emanuel Makronun rəsmi Moskvaya təhlükəsizlik zəmanəti verməsi ilə bağlı dedikləri ölümcül strateji səhvdir. Çünki Rusiya Federasiyası NATO və ya Ukraynanın hücumu ilə təhdid edilmir.

Bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski açıqlamasında bildirib.

“Fransa prezidenti Emmanuel Makronun Rusiyaya təhlükəsizlik təminatının verilməsi zərurəti ilə bağlı bəyanatları ölümcül strateji səhv kimi qiymətləndirilir. Rusiya kənardan hücumla təhdid edilmir, ona əlavə təminat lazım deyil, çünki heç bir şey onu təhdid etmir”, - Yablonski bəyan edib.

O, həmçinin vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə hər hansı danışıqların mənası yoxdur.

“ABŞ prezidenti Co Bayden tamamilə haqlıdır ki, Rusiya ilə söhbətin məntiqli olması üçün o, dürüst və etibarlı olmalıdır. Hazırda Rusiya etibarlı tərəf deyil, onun məqsədi müharibəni bitirmək və sülh yaratmaq deyil”, - polşalı diplomat qeyd edib.

Xatırladaq ki, bu gün Fransa lideri Emmanuel Makron növbəti dəfə müharibə başa çatdıqdan sonra Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsinin zəruriliyindən danışıb.

Bundan əlavə, Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri hesab edirlər ki, Makronun bu cür ritorikası Rusiyanın informasiya əməliyyatının tərkib hissəsidir.

Mənbə: rbc.ua
 
 

Ardını oxu...
Zelenski ABŞ-a səfər edib

Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında görüş baş tutub.

AYNA xəbər verir ki, bu, müharibə başlayandan bəri Ukrayna rəhbərinin ilk xarici səfəri çərçivəsində baş tutub.

Prezidentlər Rusiyanın təcavüzünə qarşı mübarizədə gələcək əməkdaşlığı müzakirə ediblər.

Dünyapress TV

Xəbər lenti