Rusiyanın Ukraynaya hücumu həm siyasi, həm də iqtisadi baxımdan Cənubi Qafqaza qalıcı və mənfi təsirlər göstərib.
Bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində Azərbaycan-Ermənistan əlaqələri, Qarabağda və Laçın yolunda vəziyyətlə bağlı keçirilən dinləmədə deyib.
O, Rusiyanın diqqətini Ukraynaya yönəltməsinin Cənub Qafqazdakı geosiyasi balansa təsir etdiyini vurğulayıb: “Rusiyanın hərəkətləri, xüsusilə də Rusiyanın Ukraynaya hücumu həm siyasi, həm də iqtisadi baxımdan regional və qlobal səviyyədə, xüsusilə də Cənubi Qafqazda qalıcı və mənfi təsirlər göstərib. Rusiyanın diqqətini hazırda Ukraynaya yönəltməsinin Cənub Qafqazdakı geosiyasi balansa nəzərəçarpan (mənfi) təsirləri olub. Bildiyiniz kimi, Ermənistan 2022-ci ilin sentyabrında Azərbaycanla sonuncu hərbi eskalasiya zamanı Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hərbi dəstək üçün müraciət etmişdi. Lakin Ermənistan nə Rusiyadan, nə də KTMT-dən heç bir dəstək qəbul edib”.
Borrell qeyd edib ki, Rusiyanın Qarabağda sülhməramlı qüvvələrinin yerləşdirilməsi onun Ermənistan-Azərbaycan əlaqələrinin tənzimlənməsindəki rolunun vacib aspektidir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib.
"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr Türk Respublikasına səfər edəcək.
"DogruXeber.az" “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşəcək. Türkiyənin Kipr problemi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı çıxış edəcəyi gözlənilir.
Həmçinin Ərdoğan sabah Azərbaycana səfər edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Ölkə liderləri Ankara ilə Bakı arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələsini, həmçinin Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər.
Qafqaz regionunda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyinə namizədliyi müzakirə olunur. Teref.az “Habertürk”ə istinadən xəbər verir ki, bələdiyyə rəhbəri bununla bağlı jurnalistlərin sualına cavab verib. Əkrəm İmamoğlu bildirib ki, o, dəyişikliklərin olmasında qərarlıdır:
“Mən dəyişikliyə dair fikrimdə qəti qərarlıyam. Bu, bizim partiyada da olmalıdır ki, ölkədə fərdlərdən asılı nizam deyil, daimi demokratiya nizamı mövcud olsun. İstanbuldakı dəyişiklik çox yaxşı nəticə verdiyi kimi, siyasətdə, xüsusən də müxalifətdə baş verən bu dəyişikliyin və öz partiyamdan başlayan bu qığılcımın Türkiyə üçün çox yaxşı nəticə verəcəyinə əminəm. Televiziya ekranları və ya mikrofonlar vasitəsi ilə ardıcıl mövqeyimlə yanaşı, ekranlar vasitəsi ilə siyasi partiyamın sədrinə və ya üzvlərinə mesaj göndərməyi də yanlış hesab edirəm. Mənim namizəd olduğum tək bir şey var: Ölkəmizdə eynilə İstanbulda olduğu kimi böyük bir dəyişiklik istəyirəm”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni dövrünün xaricə səfərlərinə simvolik start verir.
“Yeni şafak”xəbər verir ki, Ərdoğan ənənəsinə sadiq qalaraq iyunun 12-də Şimali Kiprə, 13-də isə Azərbaycana səfər edəcək.
Ərdoğan Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşəcək. İki prezident bu səfər zamanı Qafqazda sülh və sabitlik mesajları verəcəklər. yeniavaz
Böyük Britaniyanın baş naziri Rişi Sunak bu həftə ABŞ-a səfəri zamanı prezidentliyə namizəd Donald Trampla görüşməyəcək.
Baş nazir belə bir görüşün olub-olmayacağı ilə bağlı suala belə cavab verib: "Mənim olduqca sıx qrafikim var. Mən əsasən Konqres liderləri və hazırkı prezidentlə görüşəcəm. Bunlar mənim əsas vəzifəmdir".
Sələfi Boris Conson Trampla yaxın münasibətdə olsa da, Böyük Britaniya və ABŞ həlledilməsi vacb problemlərlə üzləşdiyindən Rişi Sunak Bayden administrasiyası ilə əlaqəyə daha çox diqqət yetirir.
Trampın 18 aydan sonra Ağ Evə qayıtması perspektivi ilə bağlı suala cavab olaraq Sunak deyib ki, o, danışacağı liderlərlə “ümumbəşəri azadlıq, demokratiya və qanunun aliliyi kimi dəyərləri” müzakirə edəcək. \\Redaktor.Az
Britaniya Belarusa qarşı yeni sanksiya tətbiq edib. Bakupost.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik Belarusu Rusiyanın Ukraynaya təcavüzünü aktiv şəkildə asanlaşdırmaqda ittiham edib. Açıqlamada bildirilib ki, sözügedən yeni sanksiyalar paketi Belarusdan qızıl, sement, ağac və rezin idxalına qoyulan qadağaları əhatə edir.
İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu prezident seçkilərinin ikinci turunun ardından səsləndirdiyi “dəyişiklik” tələbini yenidən dilə gətirib.
Publika.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.
“Hamımız bilirik ki, dəyişiklik yalnız idarə heyəti və ya nümayəndə heyəti dəyişikliyi ilə olmayacaq”, - o deyib.
İmamoğlu müxalifətin son seçkilərdə məğlubiyyətindən söz açıb: "Təəssüf ki, 9 ildə 3 dəfə dalbadal seçkini uduzduq, prezident seçkisini uduzduq. Bu seçkidən sonra eyni şeyi edib səhvlərə yol verə bilmərik".
O vurğulayıb ki, dəyişiklik məsələsi vacibdir.
"Mən keçən həftə bəyanatımda güclü dəyişiklik tələbindən çox aydın şəkildə danışdım. Mən ümumi anlayış dəyişikliyini, köklü və təfərrüatlı dəyişikliyi ehtiva edən fikirlər ifadə etdim. Yenə də eyni mövqedəyəm", - İmamoğlu bildirib.
İstanbul meri dəyişiklik tələbinin cəmiyyətdən gəldiyini diqqətə çatdırıb:
"Mən dəyişikliyə ehtiyacı müəyyən etmirəm. Bu ehtiyacı cəmiyyət müəyyən edir, insanlar bunu istəyir, onu eşitmədən yol getmək mümkün deyil. Cəmiyyətin bütün təbəqələrini dinləmək və anlamaq vacibdir".
Qeyd edək ki, prezident seçkilərinin ikinci turundan bir neçə gün sonra Ekrem İmamoğlu sosial media hesabından dəyişikliyin labüd olduğunu vurğulayan bəyanat yayıb. Bir çox ekspert onun üzvü olduğu CHP-dən dəyişiklik tələb etdiyini düşünür. İmamoğlunun bəyanatından sonra CHP lideri Kemal Kılıçdaroğlu partiyanın idarə heyətini tam tərkibdə yeniləyib.