Novruz "sürpriz"ləri:
Bayram ayı kimi xarakterizə edilən martın daxil olması ilə bazarlarda meyvə-tərəvəz məhsullarının, xüsusilə də quru meyvələrin satışında aktivlik müşahidə olunur. Belə ki, hətta metro çıxışlarında və ya avtobus dayanacaqlarında quru meyvə satıcılarına rast gəlmək olur. Ölkəmiz quru meyvə yetişdiriciliyi cəhətdən olduqca münbit və bərəkətli torpaqlara sahibdir.
Xüsusilə Naxçıvandan və Qəbələdən gələn quru meyvə məhsulları bu bazarlarda müxtəlif qiymətlərə satılır. Həmin məhsullar içərisində isə fındıq və badamın qiyməti fantastik rəqəmləri ilə diqqət çəkməyi bacarır. Belə ki, ötən il kiloqramı 11 manat olan fındıq bu il 13, hətta bəzi yerlərdə 14.50 azn-ə satılır. Badamın bir kq-nın qiymətinə isə iki kiloqram dana əti almaq olar, çünki badam ləpəsinin qiyməti 25-26 manata satılır. Qoz isə nisbətən "ucuz" qiymətə - 9, 10 manata satılır. Ümumi mənzərə, bayramqabağı bazarlarda olduqca ciddi bahalaşmadan xəbər verir.

DİA.AZ bildirir ki, Azad İstehakçılar Birliyinin sədri Eyyub Hüseynov bazarlarda satılan bu məhsulların bahalığını Bizimyol.info-ya şərh edib. O, bildirib ki, quru meyvə-tərəvəz məhsullarının alış-satışı bir qrup şəxslərin əlində cəmləşdiyindən, onlar bu məhsulları istədikləri qiymətə sata bilirlər:

“Bazarda qiymətlər tələb və təklif əsasında ilə formalaşır. Xüsusilə bayramqabağı bu məhsullara olan tələb artdığı üçün qiymət də artır və keyfiyyət aşağı düşür. Qeyd edək ki, bu il qoz-fındıq sahəsində quraqlıq olduğu üçün fərdi təsərrüfatların çoxunda fındıq məhsulu olduqca keyfiyyətsiz olub, həcmi kiçilib və bazarlıq olmayıb. Fındıq təsərrüfatları böyük bağçılıqlarda birləşdirilib və onların suya olan ehtiyacı, digər zərərverici həşəratlara qarşı mübarizə əlçatanlığı təmin olunub. Ancaq fərdi və ev təsərrüfatlarının istehsal etdiyi məhsullar bazara uyğun deyil, ona görə də onlar satıcılarının əllərində qalıb. Dükan və mağazalar da həmin məhsulları qəbul etməkdən imtina edirlər. Bu sahədə indi təmərküzləşmə gedir – fındıq bağları böyük təsərrüfat sahiblərinin əlində birləşir. Ona görə də bir başa “meyvəli” ilə müqavilə bağlanılır və məhsul ora çıxır. Orda isə bazarın ikinci subyekti ortaya çıxır, alverçilər qiymətlərə təsir edir və məhsul Bakı bazarlarında satılır. Qiymətə təsir edən bu cür amillər var ki, onunla yanaşı bağçılıq təsərrüfatları müəyyən qrup adamların əlində birləşib və həmin qrupların qiymətləri asanlıqla təyin etmək imkanı var. Ola bilsin ki, bu, karter sövdələşmələridir. Onu da qeyd edək ki, fındıq təsərrüfatında bu il suvarma zəif olduğu üçün məhsuldarlıq da aşağı olub. Həmin məhsullar alıcıların diqqətini cəlb edəcək səviyyədə olmadığından bazara çıxarılmayıb. Üstəlik, fındıqda “aflatoksin” adlanan göbələyin də (həmin göbələk məhsulda kiflənmə yaradır – red) olması qiymətlərə təsir edən amillərdəndir.

O ki, qaldı badama, bu quru meyvə növünün istehsalı Azərbaycanda çox məhdud vəziyyətdədir. Bu məhsul xarici ölkədən – İrandan gətirilərək bazarlarımıza çıxarılır. Əlbəttə, xaricdən mal gətirən necə deyərlər, qiyməti də diqtə edə bilir. Onu da qeyd edim ki, hal-hazırda bazarda ötən illərin badamı da var, hansı ki, alıcılar onun təzə badam olduğunu zənn edirlər və idxalçıların özləri bu məhsullara qiymət təyin edirlər. Ölkə prezidentinin də hər zaman qeyd etdiyi kimi, ölkədə inhisarçılıq mövcuddur. Bunun da kökündə yatan səbəb odur ki, Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi bərbad vəziyyətdədir və bu problemi həll etməli olan dövlət orqanının fəaliyyətsizliyi göz önündədir” – deyə, ekspert bazardakı bahalaşmanı şərh edib.

Bölmənin digər xəbərləri

01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı

Dünyapress TV

Xəbər lenti