QLOBAL TİCARƏTDƏ VƏ NƏQLİYYAT DAŞIMALARINDA AZƏRBAYCAN DÜNYANIN ƏSAS MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLİR
Qlobal ticarətdə və nəqliyyat daşımalarında Azərbaycan dünyanın əsas mərkəzlərindən birinə çevrilir

Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində yürüdülən siyasət öz yüksək nəticələrini verməkdə, ölkəmizin dünya üçün əhəmiyyətini böyük ölçüdə artırmaqdadır. Bütün bunlar Azərbaycana çoxsaylı dividendlər qazandırmaqda, ölkənin tərəqqi templərinin intensivliyini də sürətlə yüksəltməkdədir. İlk növbədə o baxımdan ki, ölkənin beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi iqtisadi artım, regional təsir və qlobal əlaqə üçün Azərbaycanın potensialını daha da artırır.

Hazırda ölkəmiz qlobal ticarət və logistikada əsas oyunçulardan biri statusunu daşıyır. Lakin Azərbaycan əldə olunan nailiyyətlərlə kifayətlənmir, yeni uğurlara zəmin yaradan genişmiqyaslı fəaliyyətini davam etdirir. Bu, Azərbaycanın tranzit imkanlarından indi daha çox yararlanmağa çalışan ölkələr tərəfindən də xüsusi olaraq vurğulanır. Məsələn, Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının ölkəmizdəki nümayəndəsi Mariya Suvorovskaya qeyd edir ki, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensialı var: “Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensiala malikdir. Güclü infrastrukturu və nəqliyyat şəbəkələrinin inkişafına sərmayələr sayəsində ölkə özünün strateji üstünlüyünü möhkəmləndirir və qlobal iqtisadi xəritədə mühüm qovşağa çevrilir”. TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev isə bildirir ki, Azərbaycan Avropa və Asiya arasında dayanıqlı yükdaşımaların təmin edilməsində mühüm rol oynayır: “Həmçinin nəqliyyat infrastrukturunda yaşıl həllər tətbiq etməklə dekorbanizasiya istiqamətində vacib addımlar atır”.

Beynəlxalq nəqliyyat mərkəzinə çevrilməyin ən mühüm üstünlüklərindən biri onun iqtisadi inkişafa verdiyi təkandır. Hava, dəniz limanları, dəmir və avtomobil yolları kimi infrastrukturun inkişafı iş yerlərinin artımına səbəb olmaqla yanaşı, investisiyaları stimullaşdırır. Bunu dünya təcrübəsi də təsdiq edir. Misal üçün, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr dünya səviyyəli nəqliyyat şəbəkələri yaratmaqla iqtisadi güc mərkəzlərinə çevrilməyi bacarıblar. İndi bu yanaşma Azərbaycanda da uğurla tətbiq olunur. Ölkəmizin üzərindən mal və məhsul axının artması müxtəlif korporasiyaların və logistika şirkətlərinin Azərbaycana diqqətini artırır, iqtisadiyyatda artımı şərtləndirən əsas faktorlardan birinə çevrilir. Bundan əlavə, artan ticarət büdcə gəlirlərini çoxaldır və hökumətlərə infrastruktura, ictimai xidmətlərə daha çox sərmayə qoymasına imkan yaradır.

Beynəlxalq nəqliyyat qovşağı qlobal təchizat zəncirlərində kritik halqa rolunu oynayır. Effektiv, etibarlı tranzit variantları təklif etməklə Azərbaycan regional və qlobal ticarət üçün əvəzolunmaz rolun ifaçısına çevrilir. Bu hal təkcə ölkəmizin özünə fayda gətirmir, həm də ümumən regionda iqtisadi artıma təkan verir. Azərbaycanın yaratdığı tranzit imkanlarından qonşu Gürcüstanın əldə etdiyi dividendlər bunun real təzahürdür. Elə sözügedən kontekstdə belə hesab olunur ki, Ermənistan da artıq regionda digər istiqamətlərdə kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını tezləşdirməlidir. Bundan bütün Cənubi Qafqaz yararlanacaq, regionda inkişaf dinamikası əhəmiyyətli dərəcədə yüksələcək.

Burada nəzərə alınması vacib nüanslardan biri də odur ki, nəqliyyat qovşaqları turizm və mədəni mübadilənin də gücləndirilməsinə mühüm töhfələr verir. Beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağının yaradılması istiqamətində ölkəmizdə görülən işlər Azərbaycanda qabaqcıl texnologiya və müasir infrastrukturun geniş tətbiqinə münbit şərait yaradır. O da birmənalı həqiqətdir ki, nəqliyyat mərkəzinə çevrilmək Azərbaycanın geosiyasi, geoiqtisadi çəkisini yüksəldir. Bu da öz növbəsində ölkənin regional və qlobal məsələlərdə təsirini artırır.

Proqnozlar göstərir ki, Avrasiyada baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda yaranmış problemlər Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində bundan sonra da davamlı artıma səbəb olacaq. Ötən dövr ərzində də mütəmadi artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə 9 milyon 905,5 milyon ton-km təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Komitə onu da bildirir ki, bu ilin ilk 9 ayı ərzində Şərq-Qərb nəqliyyat dəhlizi ilə 12 milyon 765,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 7 milyon 22,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4 milyon 552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 279,3 min ton yük daşınıb. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 57,9 faizini və yaxud 14 milyon 247,1 min tonunu məhz tranzit yüklər təşkil edib. Qarşıdakı dövr ərzində bu göstəricilərin daha yüksək rəqəmlərlə ifadə ediləcəyi proqnozlaşdırılır. Bu da o deməkdir ki, qlobal tədarük zəncirində Azərbaycan mövqeyinin güclənməsi davam edəcək.

Qeyd edilənlərlə bağlı olaraq, ölkədə mövcud nəqliyyat infrastrukturunun yükötürmə qabiliyyətinin artırılması, tranzit əməliyyatlarında dövlət sərhədindən buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi istiqamətində müvafiq addımlar atılır. Həmçinin, tranzit yüklərin daşınması sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə operator və daşıyıcılar arasında əlaqələndirmə daha təkmil hala gətirilir. Nəqliyyat sisteminin qlobal trendlərə uyğunlaşdırılması ilə Azərbaycan beynəlxalq yükdaşımaların aktiv iştirakçısı statusunu bundan sonra da gücləndirməyə davam edəcək.

MTM Analitik Qrup
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı

Dünyapress TV

Xəbər lenti