Ekspert: Çay ilə bağlı şirkətlərin əksəriyyəti eyni adama məxsusdur
Son bir ildə Azərbaycanda ən çox bahalaşan ərzaq məhsullarından mal, qoyun əti və çaydır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb. Bahalaşma üzrə ikinci yerdə çaydır. Göstərilən dövr ərzində onun qiyməti 15 faiz artıb.

Azərbaycanda hazırda ümumilikdə 1 min 63 hektar çay plantasiyası var. Ən çox çay sahələri Lənkəran, Astara və Masallı rayonlarındadır.

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 6 min 508 ton çay istehsal edilib. DSK habelə bildirilir ki, həmin aylarda çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə isə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan xaricə 3 milyon 417 min dollar dəyərində 379 ton çay satıb. Ötən ilin eyni dövründə Azərbaycan 7 milyon 587 min dollar dəyərində 1 min 263 ton çay ixrac edib. Bu da o deməkdir ki, 2022-ci illə müqayisədə ixrac məbləğ baxımından 2.2 dəfə (4 milyon 170 min dollar), həcm baxımından isə 3.3 dəfə (884 ton) azalıb.

İdxala gəlincə, Azərbaycan bu ilin yanvar-iyul aylarında 38.2 milyon dollar dəyərində 7.2 min ton çay idxal edib. Həmin dövr ərzində ölkənin çay idxalı xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4.1 milyon dollar azalıb. Çay idxalının həcmi isə 14.3 faiz aşağı düşüb.

Kənd Təsərrüfatı Nazirliyindən, əksinə, Turana deyilib ki, Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci il Dövlət Proqramına uyğun olaraq son illərdə çay plantasiyalarının sahəsi və məhsuldarlıq artıb: “Hər hektara düşən məhsuldarlıq artıb. Bu, 16 sentnerdən artıqdır”.

Qeyd olunub ki, Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3 min hektara, yaşıl çay yarpağı yığımının 8.5 min tona çatdırılması nəzərdə tutulur.

Hərçənd, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, Azərbaycan özünün tələbatı həcmində çay istehsal etmir: “Bizdə ildə 20 min tona yaxın çay lazımdır. Son aylarda ölkəyə çayın idxalı azalıb, bu da o deməkdir ki, təklif azdır. Təklif azalırsa, qiymətlər artır. Azərbaycanda da çayda qiymətləri idxal formalaşdırır, çünki istehsal çox cüzidir və ümumi qiymətə heç cür təsir etmir”.

Onun fikrincə, çay idxalı ilə məşğul olanlar idxalın artırmasında maraqlı deyillər: “Çünki qiymət artırmaqla daha çox qazanc əldə edə bilərlər. Xammal xaricdən gətirilir və şirkətlər burada yalnız qablaşdırmaqla məşğuldur. Düzdür, yerli çaydan da istifadə edirlər. Yerli çay istehsalçıları da fikirləşir ki, idxal azalırsa, yerli çayın qiymətini də artırmaq olar və artırırlar da”.

V.Məhərrəmlinin sözlərinə görə, ölkədə çay emalı və satışı ilə məşğul olan şirkətlərin əksəriyyəti eyni adama məxsusdur: “Ona görə də qiymətləri onlar müəyyənləşdirir”.

O, ad çəkmədən əlavə edib ki, çayı istehsal etmək üçün fermerlərə dəstək vermək lazımdır: “Əgər istehsal vasitəsi, məsələn, su yetərincə deyilsə, məhsul xarab olacaq. Diqqət qanun, proqram hazırlaması ilə bağlı deyil. Dövlət proqramını qəbul edirlər, amma su ilə təmi
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür
18 İyun 2025  Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…
17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir

Dünyapress TV

Xəbər lenti