Büdcədə 1,3 milyardlıq kəsir: -
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında (9 ayda) dövlət büdcəsinə 22 milyard 77 milyon manat vəsait daxil olub.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, büdcədən 23 milyard 214,5 milyon manat vəsait xərclənib. Büdcənin icrasında 1 milyard 137,5 milyon manatlıq kəsir yaranıb. Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında (8 ayda) dövlət büdcəsinə 20 milyard 431,2 milyon manat vəsait daxil olub, büdcədən 20 milyard 649,7 milyon manat vəsait xərclənib və büdcənin icrasında 218,5 milyon manatlıq kəsir yaranmışdı.

Qeyd edək ki, dövlət büdcəsində kəsrin yaranması birmənalı qarşılanmayıb. Belə ki, həmin kəsirin büdcə üçün təhlükəli vəziyyət yaratması ilə bağlı da fikirlər öz əksini tapır.

Bəs reallıqda yaranmış vəziyyət dövlət büdcəsi üçün nə dərəcədə təhlükəlidir? TEREF.AZ-ın məlumatına göörə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki,ümumilikdə götürdükdə büdcə kəsiri problemdir:

“Məsələn, bizim illik gəlirimizlə xərclərimiz arasında xərcin xeyrinə fərq varsa, bu, problemdir. Yəni daha çox xərcləmişik, nəinki qazanmışıq. Sadəcə nəzərə alaq ki, dövlətin gəliri yalnız büdcə deyil, Dövlət Neft Fondu da var. DNF-nun gəliri ondan çoxdur. O demək deyil ki, dövlətin vəsaiti qurtardı. Məsələni sadə dildə izah etsək, məsələn, 4 nəfərdən ibarət ailədə ər-arvad çalışırlar və illik əmək haqqı, gəlirləri 50 min təşkil edir.

Ancaq onların bankda 100 min əmanətləri var. Onlar başqa bir evlərini də icarəyə veriblər. Həmin icarədən və əmanətdən də onlara 20 min manat vəsait gəlir. Onların hansısa ildə illik xərci 60 min manat təşkil edib, ancaq gəliri 50 min manatdır. Bu, təbii ki, problemdir. Ancaq onlar üçün faciə deyil. Çünki onların əlavə gəlirləri də var”.

Ekspert deyib ki, eyni məsələ dövlət büdcəsində də özünü göstərir:

“Bu da o deməkdir ki, ya dövlət büdcəsi DNF-dən vəsait götürməlidir, ya da borc almalıdır. Hesab etmirəm ki, Azərbaycan büdcəsi üçün 1 milyard manatdan çox olan kəsir ciddi problemdir. Yəqin ki, hökumət bunun necə olması ilə bağlı hesabat verər. Böyük ehtimalla bu, gözlənilməz xərclər, sosial sahə, işğaldan azad olunmuş ərazilərlə bağlı olan xərclər olub.

Bu xərclərə ehtiyac var və dövlət bu xərcləri çəkməlidir. Ancaq hamı üçün ən yaxşı olan odur ki, dövlət borca girməsin. Hansısa başqa ölkə, məsələn, Türkiyədə belə bir məsələ olsa, problemdir. Çünki onun neft gəlirləri, neft fondu yoxdur. Onun xərci gəlirindən çox olursa, borca girməli, kredit götürməlidir. Ancaq bizdə belə bir problem yoxdur”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti