Bu məsələ Məcnun müəllimin VECİNƏ OLMALIDIR...
Azərbaycan əhalisi son illər qida rasionundakı ətin çəkisini azaltmaq məcburiyyətində qalıb. Getdikcə məhsul daha əlçatmaz olur. Bir tərəfdən heyvandarlıq çətin dövrünü keçirir. Bunun məntiqi nəticəsi olaraq qiymətlər bahalaşır. Əhali isə daha az ət yemək reallığı ilə üz-üzə qalır.
DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, ölkədə mal-qara, qoyun, keçi sayı dayanmadan azalır. Biz, adətən, bu xəbərləri ciddiyə almırıq. Hətta qoyunların sayının azalması lağ mövzusuna çevrilir. Halbuki heyvandarlıqla bağlı vəziyyət çox acınacaqlı istiqamət alıb. Son bir ildə ölkədə qoyun və keçilərin sayında 8,8 faiz azalma olub. Mal-qara baş sayında da eyni tendensiya müşahidə edilib. Bu istiqamətdə azalma 4 faizi keçib. Ekspertlər vəziyyətin zamanla yalnız pisləşdiyini xüsusi vurğulayırlar. Məsələn, keçən il azalma indiki ilə müqayisədə təxminən 5 dəfə az idi. Aşkar görünür ki, son bir ildə durum daha da korlanıb.

Ölkədə mal-qara, qoyun sayı niyə azalır?
Səbəblər çoxdur. Hər şeydən əvvəl heyvanların qidalandırılması istiqamətində ciddi problem var. Fərdi təsərrüfatlar yükü daşıya bilmir. Ölkədəki su qıtlığı kəndlini çətin vəziyyətdə qoyub. Ekspertlər bildirir ki, yemçilikdə işlərin qaydasında getməsi üçün yarımqapalı şəraitə keçilməsi vacibdir. Yəni təsərrüfat kooperasiyaları olmalıdır. Ölkədə belə kooperasiyalar var, amma olduqca azdır. Kənd təsərrüfatı kooperasiyası haqqında qanun isə yalnız kağız üzərində qalıb. Örüş yerlərinin xeyli azalması da özünü göstərir. Bir çox ərazilər əkin altına verilib. Məsələn, pambıqçılıqla bağlı böyük təbliğat dalğası dövründə örüş yerləri buna qurban verildi. Pambıq ölkəyə ciddi xeyir gətirmədi. Amma örüş yerləri sıradan çıxdı. Heyvandarlıq böyük zərbə aldı. Fərdi təsərrüfatın idarə olunmasında problemlər ortaya çıxır. Dağ örüş yerlərində bir çox prosedurları həyata keçirmək asan deyil. Xəstəliklər yayılanda kəndli çarəsiz görünür. Vaksinasiya məsələləri, xəstəliklərə qarşı mübarizə təşkilatlanma tələb edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyir ki, problemlər ənənəvi köçəri modelinin bugünkü sosial həyat tərzi ilə uyğunlaşmamasına görə ortaya çıxır. Burada müəyyən qədər həqiqət payı ola bilər. Amma əsas səbəb bu deyil. Ölkədə heyvandarlıq da inhisara alınıb. Ayrı-ayrı oliqarxlar otlaq sahələrindən rahatlıqla istifadə edir. Kəndli əli-qolu bağlı qalıb. Su mənbələrinə çıxış yoxdur. Buna görə də ölkə əhalisinin az qala yarısı paytaxtda toplaşıb. Heyvandarlığa yanaşma dəyişməli, bu işlə məşğul olan sadə insanlara şərait yaradılmalıdır.

Bölmənin digər xəbərləri

18 İyun 2025 Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür
18 İyun 2025  Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…
17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir

Dünyapress TV

Xəbər lenti