Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binaları, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, “Şimal” Kiçik Su Elektrik Stansiyası və “Diamed” dərman istehsalı zavodu istifadəyə verilib.

Qeyd edək ki, Azərbaycanda yerli istehsalın artırılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı müzakirələr uzun illərdir davam edir. Həm hökumət nümayəndələri, həm də müstəqil iqtisadçılar daxili istehsalın artırılmasının vacib olduğunu bəyan edirlər.

Ərzaq təhlükəsizliyinin və ərzaq təminatının gücləndirilməsi, dövlət dəstəyinin bu istiqamətdə artırılması və daha çox subsidiyaların ayrılması ilə bağlı davamlı təkliflər səslənsə də, görünən odur ki, Azərbaycan hökuməti yerli istehsal müəssisələrinin sayının çoxaldılması istiqamətində aktiv fəaliyyət göstərmir. Son 7 ay ərzində cəmi bir iri istehsal müəssisəsinin istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Görəsən, hökumət yerli istehsalın artırılması istiqamətində konkret fəaliyyətə niyə keçmir?

TEREF.AZ-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, ərzaq təhlükəsizliyinin gücləndirilməsi ölkəmiz üçün prioritet istiqamətlərdən biridir: “Ölkəyə qida məhsullarının yarıdan çoxu xaricdən idxal olunur. Hansı ki, Azərbaycanda bu məhsulları istehsal etmək üçün kifayət qədər münbit şərait mövcuddur. Sistemli şəkildə ərzaq təminatının formalaşmasına ünvanlanan yeni proqramların qəbul edilməsinə ehtiyac var”.

“Koronavirus pandemiyası və dünya miqyasında baş verən iqtisadi böhranlar göstərdi ki, dövlətlər daxili istehsalı gücləndirmək istiqamətində səylərini artırmalıdır. Təkcə ərzaq sektorunda deyil, digər sahələrdə də yerli istehsal müəssisələrinin sayı artırılmalıdır. Bakıda dərman istehsalı zavodunun istifadə verilməsi mütərəqqi addımdır. Hesab edirəm ki, bu siyasət davam etməlidir”, - deyə deputat bildirib.

Əlavə edib ki, daxili istehsalın artırılması inflyasiyanın təsirlərini azaltmaq üçün də effektiv üsuldur: “İnflyasiyanın cilovlanması üçün strateji yol yerli istehsalın ümumi istehlakda payını artırmaqdır. Etiraf etmək lazımdır ki, bu yöndə mühüm addımlar atılır. Lakin bununla kifayətlənmək olmaz. Porses davam etməli və dövlət yardımları çoxalmalıdır”.

“Bununla yanaşı, çox vəsaitin yönəldilməsi, eləcə də, bank kreditlərinə çıxış imkanlarının artırılması istiqamətində regionlar üçün girov mexanizminin təkmilləşdirilməsi vacibdir. Sahibkarlara güzəştli kreditlərin verilməsi də bu sırada yer alır. Yeni təşviq alətlərinin istifadə edilməsinə, subsidiyanın baza məbləğinin artırılmasına ehtiyac var. Bütün bu işlər sistemli şəkildə həyata keçirilməlidir və heç şübhəsiz ki, zaman alacaq”, - deyə Bayramov vurğulayıb.

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı ekspert Natiq Cəfərli mövzuya dair AYNA-ya şərhində söyləyib ki, yerli istehsalı artırmaqla yanaşı, daxili istehsalın keyfiyyətinə olan inamı da artırmaq vacibdir: “Misal üçün, uzun müddət idi ki, Azərbaycanda dərman zavodunun istifadəyə verilməsi ilə bağlı müzakirələr aparılırdı. Bir ara təşəbbüs irəli sürüldü ki, Rusiya və İran şirkətləri ilə birgə Azərbaycanda dərman istehsalı üçün müəssisə yaradılsın. Bu məqsədlə vəsait də ayrıldı. Lakin bu layihə baş tutmadı”.

“Burada əsas səbəb elmi bazanın olmaması ilə bağlıdır. Çünki bu sahədə fəaliyyət göstərmək üçün əvvəlcə xammalı təşkil edən molekulun isstehsal olunmasına ehtiyac var. Bu da olmadığına görə istehlakçılar arasında ölkədə istehsal olunan dərmanların keyfiyyətinə inam azdır. Lakin bütün hallarda dərman zavodu istifadəyə verilib və bu, digər sahələrdə də davam etməlidir”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Onun sözlərinə görə, istehsalatda artım olmadığına görə ölkəyə idxal olunan məhsulların sayı da çoxalır: “Çox təəssüf ki, rəsmi statistika hökumətin əlindədir və bir çox hallarda elan olunan rəqəmlər reallığı ehtiva etmir. Azərbaycanda ən böyük problemlərdən biri alternativ statistik bazanın yaradılmasıdır ki, bu tip məlumatlar ortaya çıxarkən onu dəqiqləşdirmək, ölçmək mümkün olsun. Bu yoxdur və olmadığına görə, rəqəmlərlə bağlı qəti fikirlər bildirmək də mümkün olmur”.

“Daxili istehsalı təşviq etməkdən ötrü sahibkarlara güzəştli kreditlər verilməlidir. Elə sahələr var ki, orada beş il sonra bəhrə götürmək lazımdır. Sahibkar isə bu müddətdə kredit ödəyir. Burada hansı mənfətdən, yerli istehsalın artırılmasından danışmaq olar ki?! Görüləsi işlər hələ çoxdur və hökumət real olaraq sahibkarlığın inkişafına töhfə verməlidir”, - deyə Cəfərli fikrini tamamlayıb.
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür
18 İyun 2025  Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…
17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir

Dünyapress TV

Xəbər lenti