AZAL qiymətləri necə ucuzşaldıra bilər? –
“Azərbaycanda problem AZAL-da deyil, rəqabətin olmamasındadır”.
Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Xalid Kərimli Cahangir Əsgərovun gedişindən sonra AZAL-da qiymət siyasətinin dəyişməz olaraq qalmasının əsas səbəblərindən danışarkən deyib.
Ekspertin fikirincə, rəqabət mühitinin yaranması üçün bazara əlavə aviaşikətlər daxil olmalıdır:
“Bu nəyə gətirib çıxardacaq? Məsələ ondan ibarət deyil ki, vətəndaş AZAL-ın lüks xidmətindən istifadə edib getməlidir. Əsas odur ki, vətəndaş harasa getmək istəyirsə, onun üçün ucuz imkanlar olmalıdır. AZAL-da əsas problem həm aviaşirkətlərin, həm də aeroportların inzibatçısı olması ilə bağlıdır. İstəmədiyi aviaşirkətləri bazara buraxmır. Düzdür, biz bu təyinatdan sonra eşitdik ki, Bakıya müxtəlif aviaşirkətlər gələcək. Lakin onlar gəldikcə də qiymət ucuzluğu avtomatik olaraq baş vermir. AZAL müştəri azlığı ilə üz-üzə qalmalıdır ki, qiymətlər ucuzlaşsın. Təyyarəni doldura bilməyib, qiymətləri aşağı endirsin. Bunun üçün müəyyən zaman lazımdır. Və yaxud öz qiymət strategiyası ola bilər. Deyə bilər ki, bu qiymətə lüks xidmətləri satıram, yemək, kabina, baqaj və s. ilə təmin edirəm. İstəyirsən bundan istifadə elə, istəmirsən başqasından. Bundan sonra seçin vətəndaşın olacaq”.
Xalid Kərimli AZAL-ın həmişə yüksək xidmət təklif etdiyini vurğulayıb:
“Təyyarələri yeni və keyfiyyətli olur. Amma vətəndaş üçün seçim imkanı yoxdur. Vətəndaş ola bilsin ki, 23 kiloqramlıq baqaj almaq istəmir, uçuş vaxtı heç nə yeməyəcək, evində yeyib mənzil başına kimi ac gedəcəyini düşünür. Yəni, vətəndaşın aldığı biletlərdə bu imtinalar, seçimlər yoxdur. AZAL bu şərtləri götürməlidir ki, vətəndaş ucuz bilet ala bilsin. Problem dediyim kimi, Cahangir Əsgərovda deyil, Azərbaycanın hava məkanında rəqabətinin olmamasıdır”.
Ekspert bildirib ki, aeroportların və aviaşirkətlərin ayrı-ayrı inzibatçılığı olmalıdır, hər biri xidmətlərini təkmilləşdirmək üçün qarşılarına hədəflər qoymalıdır:
“AZAL həm də aeroportları idarə etdiyinə görə bir növ monopolist vəziyyətə düşür, kefi istədiyini hava limanlarına buraxır, kefi istəmədiyini buraxmır. İkincisi, çoxlu aviaşirkətlərin ölkə aeroportlardan istifadəsinə şərait yaratmaq lazımdır. Sərnişinlərin 99%-i Bakıdan uçur. Böıgələrdə tikilən aeroportlar istifadəsiz qalıb. Hətta işğaldan azad olunan ərazilərdə aeroportlar var. Uçuşların hamısını Bakıya yığmağın özü də yalnışdır. Gəncə, Lənkəran, Zaqatala hava limanlarından uçanların biletlərinin qiymətini endirmək lazımdır. Bu zaman xaricə gedənlərin əksəriyyəti həmin hava limanlarına üstünlük verəcək”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti